Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-892/2021 29.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1975-ci ildə Oğuz rayonu Bucaq kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin 06.01.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin tərkibinə daxil edilməklə bütün növ təminatlarla təmin edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 05.02.1994-cü il tarixli 31 nömrəli əmri ilə bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 06.02.1994-cü il tarixli 33 nömrəli əmri ilə 07.02.1994-cü ildən 2-ci MAT-un şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli 93 nömrəli əmri ilə 17.04.1994-cü ildən şəxsi heyətin ümumi siyahısından, bütün təchizatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 17.04.1994-cü il tarixli 107 nömrəli əmri ilə 19.04.1994-cü ildən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək müvəqqəti sürücü vəzifəsinin icrasına başlamışdır. O, 01.05.1994-cü ildən 10.05.1994-cü ilədək "Sağrı nahiyəsinin kor qəlpə yaraları" diaqnozu ilə Bakı şəhəri Sabunçu rayonunda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müalicə almışdır. O, N nömrəli hərbi hissə komandirinin 31.07.1994-cü il tarixli 212 nömrəli əmri ilə 30.04.1994-cü ildən döyüş bölgəsini özbaşına tərk etdiyinə görə qazan təminatından çıxarılmışdır. İddiaçı müalicə başa çatdıqdan sonra hərbi hissəyə qayıtmayaraq hərbi xidmətini davam etdirməmiş və hərbi xidmətdən qanuni əsaslarla buraxılmamışdır. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 12.04.2021-ci il tarixli 1/M-9100 nömrəli cavab məktubunda bildirmişdir ki, xidmət yerini özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, Ağdam rayon Güllücə kəndi istiqamətində gedən döyüş zamanı top mərmisinin partlaması nəticəsində xəsarət aldığına görə Ağcabədi rayon Sarıcalı kəndində yerləşən hərbi hospitala təxliyə olunmuş, orada ilkin tibbi yardım aldıqdan sonra Bakı şəhəri Sabunçu rayonu 3 nömrəli xəstəxanada 1 ay 2 gün stasionar müalicə almış, sonra Oğuz Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş, orada, sonra isə Bakı şəhərində olan xəstəxanalarda uzun müddət müayinə və müalicə olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı zamanı izahatında əlavə olaraq bildirdi ki, o, müalicə aldıqdan sonra xidmət etdiyi hərbi hissəyə qayıtmamış və hərbi xidmətdən tərxis olunmamışdır. Cavabdeh iddiaya qarşı 20.05.2021-ci il tarixli 11/2400 nömrəli etirazında iddianı qəbul etməmiş və imtina məktubunun dəlillərinə əsaslanmışdır. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 02.11.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin 06.01.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin tərkibinə daxil edilməklə bütün növ təminatlarla təmin edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 05.02.1994-cü il tarixli 31 nömrəli əmri ilə bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 06.02.1994-cü il tarixli 33 nömrəli əmri ilə 07.02.1994-cü ildən 2-ci MAT-un şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli 93 nömrəli əmri ilə 17.04.1994-cü ildən şəxsi heyətin ümumi siyahısından, bütün təchizatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 17.04.1994-cü il tarixli 107 nömrəli əmri ilə 19.04.1994-cü ildən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək müvəqqəti sürücü vəzifəsinin icrasına başlamışdır. - İşdə olan, "3 nömrəli Şəhər Klinik Xəstəxanası" publik hüquqi şəxsin 20.05.2021-ci il tarixli 665 nömrəli arayışından görünür ki, İddiaçı 01.05.1994-cü ildən 10.05.1994-cü ilədək "Sağrı nahiyəsinin kor qəlpə yaraları" diaqnozu ilə həmin Xəstəxanada müalicə almışdır. - İşdə olan, "Oğuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin 17.05.2021-ci il tarixli 16 nömrəli məktubundan görünür ki, Xəstəxananın arxiv şöbəsində İddiaçı aid heç bir sənəd tapılmadı. - İşdə olan, "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin 17.05.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 1993-1994-cü illərdə rayonun Sarıcalı kəndində yerləşən hərbi hospitalda müalicə almasına dair sənədlər həmin Xəstəxanada mövcud deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Lakin aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. İddiaçının İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-892/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-892/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver