Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-893/2023 13.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Rasimə Telman qızının katibliyi cavabdehin nümayəndəsi X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mühəndisi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarı ilə ona verilmiş JN-1305 A seriyalı KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0.06 ha həyətyanı torpaq sahəsini adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarı ilə ona verilmiş JN-1305 A seriyalı KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0.06 ha həyətyanı torpaq sahəsini adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-893/2023 nömrəli qərardadı ilə ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir İşin qısa məzmunu ondan ibarətdir ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarı əsasında JN-1305A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-yə əsasən ümumilikdə 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinə çıxarış və texni pasportun verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********89 saylı məktubla ilkin müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olur ki, İsmayıllı rayon Torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş JN-1305A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin plan cizgisində göstərilən torpaq sahəsi elektron DWG baza məlumatlarında JN-1348A nömrə ilə qeyd olunmuşdur. Eyni zamanda qeyd edilmişdir ki, texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, uyğunsuzluqlar mövcuddur. Belə ki iddiaçının iddia etdiyi faktiki torpaq sahəsi X4 adına tərtib edilmiş, JN-1348 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı xx.xx.2023-cü il tarixində teleqram göndərərək məhkəmə prosesində səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis iddia olunan torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahələrinin koordinatlarının Şəhadətnaməyə əsasən yanlış yerə uyğun vurulduğunu,üçüncü şəxsin həmin Şəhadətnaməyə əsasən mülkiyyət hüququnun qeydə alındığını və çıxarışla rəsmiləşdirildiyini bildirdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-919/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0687 hektar torpaq sahəsi İsmayıllı şəhər kənd inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqə torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olan ərazidə yerləşir və İslahat xəritəsinə əsasən İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0.0687 hektar torpaq sahəsinin müəyyən hissəsi JN-1348 A KOD 40701004 saylı şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Faktiki naturada ölçülmüş torpaq sahəsiningöstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi JN- 1305 A seriyalı KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0,06 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. JN-1305 A seriyalı KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0,06 ha həyətyanı torpaq sahəsinin koordinatları X4 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1348 A KOD 40701004 saylı şəhadətnamədə göstərilən torpaq sahəsi arasında üfüqi olaraq 1175 metr məsafə mövcuddur. X1 (hal-hazırda X2 istifadəsində və mülkiyyətində olan ) istifadəsində olan faktiki torpaq sahəsi JN- 1348 A nömrəli şəhadətnamə əsasında DƏDRX-də qeydiyyata alınmışdır. DWG baza məlumatlarına əsasən X1 (hal- hazırda X2 istifadəsində və mülkiyyətində olan) istifadəsində olan faktiki torpaq sahəsi 1348 A nömrəli şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,06 hektar torpaq sahəsindən 1175 metr məsafədə yerləşir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2365/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyinə əlavədən görünür ki, 1348A nömrə ilə qeyd olunmuş Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi 1305A seriya kod 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən verilən torpaq sahəsi ilə eyni deyildir, üst-üstə düşmür. - JN-1305A seriyalı kod 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü tarixli 111 saylı qərarı ilə İddiaçı adına 0.06 ha torpaq sahəsi verilmişdir. - JN-1306A seriyalı kod 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü tarixli 111 saylı qərarı ilə X5 adına 0.06 ha torpaq sahəsi verilmişdir. - JN-1348A seriyalı kod 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü tarixli 111 saylı qərarı ilə X6 adına 0.06 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 1999-cu il tarixli İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı adı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, JN-1305A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdehin həmin torpaq sahəsinin koordinatlarının başqa şəxsə məxsus Şəhadətnamnənin pan çizgisinə düşdüyü barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki,üst-üstə düşdüyü bildirilən Şəhadətnamənin koordinatları hazırkı iş üzrə iddiaçıya məxsus torpaq sahəsinin pan cizgisi ilə üst-üstə düşməsinə baxmayaraq JN-1348A nömrəli Şəhadətnamə əsasında üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmışdır.Yəni, JN-1305A nömrəli Şəhadətnamə əsasında hazırkı iş üzrə iddiaçıya verilən torpaq sahəsinin koordinatları ilə JN-1348A nömrəli Şəhadətnamə əsasında digər şəxsə verilmiş torpaq sahəsinin koordinatları dəyişik olaraq vurulduğundan elektron bazaya əsasən üst-üstə düşmə halı mövcud olmuşdur.Faktiki olaraq isə iki torpaq sahəsi arasında 1175 metr məsafədə vardır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarı ilə iddiaçıya verilmiş JN-1305 A seriyalı KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0.06 ha həyətyanı torpaq sahəsini adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-1305A seriyalı KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən iddiaçıya verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-893/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-893/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver