Məhkəmə qərarları › İş №2-1(116)-9/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-9/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-9/2020 18.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X6, İddiaçı ASC-nin nümayəndəsi X7 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Zərdab rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: X3) qarşı “Zərdab rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 127 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Zərdab rayon İcra Hakimiyyətinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə mürciət edərək, Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli, 127 nömrəli sərəncamını ləğv edib torpaq aktına əsasənİddiaçınin sərəncamında olan 75 ha ərazisinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-1(86)-1295/2017 nömrəli qərardadı ilə ddiaçı İddiaçı ASC-nin cavabdeh Zərdab rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi, torpaq sahəsinin geri qaytarılması” barədə iddia ərizəsi üzrə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X15 xx.xx.2018-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində dəqiqləşdirmə apararaq iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə isə Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli 127 nömrəli sərəncamının ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(086)-317/2018 saylı qərardadı ilə iddiaçının nümayəndəsi X15 tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, mübahisəyə İddiaçı ASC-nin cavabdeh Zərdab rayon İcra Hakimiyyətinə qarşı “xx xxxxxx 2012-ci il tarixli 127 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-yə Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, ləğv edilmiş İddiaçı İB-nin tərkibinə daxil olan nizamnaməyə əlavədə göstərilən müəssisələrin bazasında yaradılıb və onların hüquqi varisidir. xx xxx 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən Zərdab rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən müddətsiz olaraq 100 (yüz) hektar torpaq sahəsi ayrılmışdır. Lakin Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli 127 nömrəli sərəncamı əsasında X2 adına 150 hektar torpaq sahəsi ayrılan zaman İddiaçı ASC-nin sərəncamında olan 100 ha torpaq sahəsindən 75 ha-nı ona vermişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(086)-317/2018 saylı qərardadı ilə İddiaçı ASC-nin Zərdab rayon İcra Hakimiyyətinə qarşı Zərdab rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 127 nömrəli sərəncamının ləğv edilməsi barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün hesab edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(106)-129/2018 saylı qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsininxx.xx.2018-ci il tarixli 2-1(086)-317/2018 saylı qərardadından İddiaçı ASCnin nümayəndəsi X22 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(107)-193/2018 saylı qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(086)-317/2018 saylı qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Zərdab rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. X13 Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(107)-193/2018 saylı qərardadı ilə iddiaçının müddəti ötürmədiyi müəyyən olunmuşdur. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və qismən əsaslıdır. İş materialında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli 000015 qeydiyyat nömrəli dövlət əmlakının investisiya müsabiqəsində hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnaməyə əsasən, bu şəhadətnamə verilir “BMİ” X1 görə ki, o (onlar) həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, Yusifzadə küçəsi, 13 ünvanında yerləşən İddiaçı ASC-nin nizamnamə kapitalının 85,67 faizini təşkil edən 37002 ədəd səhmini investisiya müsabiqəsi vasitəsi ilə qüvvədə olan qanunvericilik əsasında satın alınmışdır. Dövlət əmlakının (səhmlərin, hissələrin) alınması müqabilində alıcı tərəfindən ümumi məbləği 205287 - iki yüz beş min iki yüz səksən yeddi manat investisiya qoyuluşu və digər şərtlər yerinə yetirilmişdir. Dövlət əmlakının (səhmlərin, hissələrin) alınması nəticəsində dövlət büdcəsinə Milli Bankdakı **********944 nömrəli hesaba 70000 – yetmiş min manat məbləğində pul köçürülmüşdür. İş materialında olan Azərbaycan Respublikası Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 127 saylı sərəncamı ilə qərara alınmışdır ki, 1. Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində məskunlaşan Kəlbəcər rayonu Soyuqbulaq kənd sakini X2 Dövlət X18 Qəsəbəsi ərazisindən heyvandarlığın inkişafı üçün 120 ha, əkinçiliyin inkişafı üçün 30 ha, 15 il müddətinə 150 hektar torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə rayon İcra Hakimiyyətinə yazdığı ərizəsi nəzərə alınsın. 2. Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində məskunlaşan Kəlbəcər rayon Soyuqbulaq kənd sakini X2 Dövlət Torpaq Fonduna daxil olan Bəyimli qəsəbəsi ərazisindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında heyvandarlığın inkişafı üçün 120 ha, əkinçiliyin inkişafı üçün 30 ha 15 il müddətinə, cəmi 150 hektar torpaq sahəsi icarəyə ayrılsın. 3.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş yerquruluşu və torpaqayırma sənədlərinə uyğun olaraq yerdə (naturada) torpaq sahəsinin sənədlərini ayırmaqla, müvafiq sənədlərin Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində məskunlaşan Kəlbəcər rayon Soyuqbulaq kənd sakini X3 verilməsini təmin etsin. (Torpaqayırma və yerquruluşu sənədləri əsasında) 4. Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində məskunlaşan Kəlbəcər rayon Soyuqbulaq kənd sakini X3 tapşırılsın ki, icarəyə ayrılmış torpaq sahəsindən müvafiq qanunvericiliyin tələblərinə uyğun istifadə etsin. 5. Tərəflər arasında müqavilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib edilsin. 6. Sərəncamın icrasına DT və XK-in Zərdab rayon şöbəsinin müdiri E.Məlikova tapşırılsın. İş materialında olan Zərdab rayonu inzibati ərazi vahidliyinə aid olan Dövlət X18 qəsəbəsi ərazisindən heyvandarlığın inkişafı üçün Kəlbəcər rayon Soyuqbulaq kənd sakini X3 icarəyə torpaq sahəsi ayrılması barədə rəydən görünür ki, Zərdab rayon inzibati ərazisindən heyvandarlığın inkişafı üçün 150 hektar torpaq sahəsini Kəlbəcər rayonu Soyuqbulaq kənd sakini X3 icarəyə ayrılması Azərbaycan Respublikasının “Torpaq islahatı, torpaq icarəsi haqqında” qanunları və Torpaq Məcəlləsinə uyğundur. DT və XKnin Zərdab rayonu şöbəsi Zərdab rayonu Kəlbəcər rayonu Soyuqbulaq kənd sakini X4 bu məqsədlə 150 ha torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edilmişdir. İş materialında olan Zərdab rayon İcra Hakimiyyəti adından X11 ilə X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 127 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, “İcarəyəverən” icarə əsasında sahəsi bir yüz əlli hektar olan gələcəkdə “sahə” adlanan ərazini “icarəçi”yə uzunmüddətli istifadəyə verir. Torpaq sahəsi heyvandarlığın inkişafı üçün verilir. Müqavilənin xüsusi şərtlərinə əsasən müvəqqəti tikililərə icazə verilir. Torpaq sahəsi geri alınarkən tərəflərə dəyilən itki və ziyanın ödənilmə mövcud qanunericiliyə uyğun olaraq icra olunacaq. Bu müqavilə 15 il müddətinə bağlanılır. xx.xx.2012-ci il tarixdən hesablanır. İş materialında olan torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Azərbaycan Respublikası Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 127 saylı sərəncamı ilə X3 icarəyə verilmiş 150 hektar torpaq sahəsi ilə bağlı tərtib olunmuşdur. İş materialında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli 22584 nömrəli ekspert rəyindən görünür ki, Zərdab rayonun yerləşən xx xxx 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən İddiaçı ASC-nin istifadəsinə verilmiş 100 ha torpaq sahəsinin və Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli 127 nömrəli sərəncamı əsasında X3 icarəyə verilmiş 150 hektar torpaq sahəsinin sərhədləri müəyyən edildi. xx xxx 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən İddiaçı ASC-nin istifadəsində olan 100 ha torpaq sahəsinin 75 hektarı Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli 127 saylı sərəncamı əsasında X3 icarəyə verilmiş 150 hektar torpaq sahəsi ilə 72.88 ha hissədə üst-üstə düşdüyü müəyyən olunur. İş materialında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2017-ci il tarixli 842 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, xx xxx 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən İddiaçı ASC-nin istifadəsinə verilmiş 100 ha torpaq sahəsinin sərhədləri iddiaçıya məxsus torpaqdan istifadə hüququna dair Dövlət Aktında göstərilən metrə və orientlərə uyğun müəyyən edildi. Həmçinin, Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli 127 nömrəli sərəncamı əsasında X3 icarəyə verilmiş 150 hektar torpaq sahəsinin sərhədləri müəyyən edildi. xx xxx 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən İddiaçı ASC-nin istifadəsində olan 100 ha torpaq sahəsinin 75 hektarı Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli 127 saylı sərəncamı əsasında X3 icarəyə verilmiş 150 hektar torpaq sahəsi ilə 72.88 ha hissədə üst-üstə düşdüyü müəyyən olunur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 05/0053 nömrəli Mütəxəssis rəyindən görünür ki, keçmiş Camışçılıq sovxozunun sərhəd hüdudları daxilində Bəyimli bələdiyyəsi və keçmiş Qaravəlli kolxozunun sərhəd hüdudları daxilində Qaravəlli bələdiyyəsi yaradılmışdır. Mərkəzin elektron bazasında bu bələdiyyələrin sərhəd hüdudları haqqında məlumatlar vardır və həmin məlumatların əsasında sərhədləri müəyyən etmək mümkündür. Həmin ərazidə keçmiş Camışçılıq sovxozunun sərhəd hüdudları daxilində yaradılmış Bəyimli bələdiyyəsinin 9623.02 ha, keçmiş Qaravəlli kolxozunun sərhəd hüdudları daxilində yaradılmış Qaravəlli bələdiyyəsinin 1116.64 ha torpaq sahəsi vardır. İddiaçı qəbulu və tədarükü məntəqəsinə aid 004944 nömrəli “Torpaqdan istifadə hüququna dair" Dövlət Aktında torpaq istifadəçiliyinin planında göstərilən 100 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. İddiaçı qəbulu və tədarükü məntəqəsinin sərhədlərini təqdim olunmuş B №004944 saylı “Torpaqdan istifadə hüququna dair" Dövlət Aktında göstərilmiş cizgi planında öz əksini tapmış Qaravəlli kanalına istinad edilərək verilmiş miqyas əsasında torpaq sahəsini müəyyən etmək olar. İddiaçı qəbulu və tədarükü məntəqəsinə aid 004944 nömrəli “Torpaqdan istifadə hüququna dair” Dövlət Aktının torpaq istifadəçiliyinin planında göstərilən 100 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. Mərkəzin elektron bazasında “İddiaçı" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. İddiaçı qəbulu və tədarükü məntəqəsinə aid 004944 nömrəli “Torpaqdan istifadə huququna dair" Dövlət Aktının torpaq istifadəçiliyinin planında göstərilən 100 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. Həmin torpaq sahəsinin sərhədləri ilə X2 adına hazırlanmış A 515874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan ******* kv.m. torpaq sahəsinin koordinatları ilə 72.88 ha hissədə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinin mövcud vəziyyətinə dair izahlı sxem Mərkəzin elektron məlumat bazasına və ortofoto məlumatları əsasında tərtib edilərək rəyə əlavə olunur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********75 nömrəli məktubuna əlavə edilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsinin koordinatlarından görünür ki, mərkəzin baza məlumatlarına əsasənİddiaçı-yə B№-004944 saylı Dövlət aktı əsasında verilmiş 100 ha torpaq sahəsi ilə X3 A-515874 nömrəli plan və ölçü əsasında verilmiş 150 ha torpaq sahəsinin üst-üstə düşən hissəsi 72.88 hektardır. İş materiallarında olan Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20923 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, keçmiş Camışçılıq sovxozunun sərhəd hüdudları daxilində Bəyimli bələdiyyəsi və keçmiş Qaravəlli kolxozunun sərhəd hüdudları daxilində Qaravəlli bələdiyyəsi yaradılmışdır. Mərkəzin elektron bazasında bu bələdiyyələrin sərhəd hüdudları haqqında məlumatlar vardır və həmin məlumatların əsasında sərhədləri müəyyən etmək mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, həmin ərazidə keçmiş Camışçılıq sovxozunun sərhəd hüdudları daxilində yaradılmış Bəyimli bələdiyyəsinin 9623.02 ha, keçmiş Qaravəlli kolxozunun sərhəd hüdudları daxilində yaradılmış Qaravəlli bələdiyyəsinin 1116.64 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı qəbulu və tədarükü məntəqəsinə aid 004944 nömrəli “Torpaqdan istifadə hüququna dair” Dövlət Aktında torpaq istifadəçiliyinin planında göstərilən 100 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı qəbulu və tədarükü məntəqəsinin sərhədlərini təqdim olunmuş B № 004944 saylı “Torpaqdan istifadə hüququna dair” Dövlət aktında göstərilmiş cizgi planında öz əksini tapmış Qaravəlli kanalına istinad edilərək verilmiş miqyas əsasında torpaq sahəsinin müəyyən etmək olar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı qəbulu və tədarükü məntəqəsinə aid 004944 nömrəli “Torpaqdan istifadə hüququna dair" Dövlət Aktında torpaq istifadəçiliyinin planında göstərilən 100 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. Mərkəzin elektron bazasında İddiaçı ASC-nin istifadəsinə verilmiş torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı qəbulu və tədarükü məntəqəsinə aid 004944 nömrəli "Torpaqdan istifadə hüququna dair” Dövlət Aktında torpaq istifadəçiliyinin planında göstərilən 100 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. Həmin torpaq sahəsinin sərhədləri ilə X2 adına hazırlanmış A 515874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan ******* kv.metr torpaq sahəsinin koordinatları ilə 72.88 ha hissədə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinin mövcud vəziyyətinə dair izahlı sxem Mərkəzin elektron məlumat bazasına və ortofoto məlumatları əsasında tərtib edilərək mütəxəssis rəyinə əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx xxx 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən İddiaçı ASC-nin istifadəsində olan 100 ha torpaq sahəsinin 75 hektarı Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2012-ci il tarixli 127 saylı sərəncamı əsasında X3 icarəyə verilmiş 150 hektar torpaq sahəsi ilə 72.88 ha hissədə üst-üstə düşür. Zərdab rayon X19 Rəyasət Heyətinin xx xxxxxx 1992-ci il tarixli qərarı ilə 100 ha torpaq sahəsi iddiaçının daimi istifadəsinə ayrılmışdır. Torpaq Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun geriyə qüvvəsi yoxdur. 1978-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən isə torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçıya torpaq sahəsi ayrılarkən qüvvədə olan 1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20-ci maddəsinin 1-ci bəndinə görə respublikalararası (dövlətlərarası), respublika məqsədləri üçün respublikanın hüdudları daxilində rayon, şəhər xalq deputatları Sovetlərinin, habelə torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin və torpaq istifadəçilərinin razılığı ilə torpaqlar barəsində sərəncam vermək torpaq münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmişdi. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxil edilmişdi. Həmin Məcəllənin 23-cü maddəsində isə təsbit edilmişdi ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının Keçid müddəalarının 6-cı bəndinə əsasən bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli X19nin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikası yerli X10 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçıya torpaq sahəsinin ayrılması barədə aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli sərəncamı ilə iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin 72.88 ha hissəsi qanunsuz olaraq 3-cü şəxsin icarəsinə verildiyi üçün iddia qismən təmin olunmalı, Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 127 nömrəli sərəncamı İddiaçı ASC-nin daimi istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 72.88 ha torpaq sahəsinin 3-cü şəxs X3 icarəyə verilməsi hissəsində ləğv edilməlidir. Məhkəmə xərci iddia qismən təmin olunduğu üçün iddiaçı və cavabdeh arasında bərabər bölüşdürülməklə hər ikisinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 127 nömrəli sərəncamı İddiaçı ASC-nin daimi istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 72.88 ha torpaq sahəsinin 3-cü şəxs X3 icarəyə verilməsi hissəsində ləğv edilir. İddia qalan hissədə təmin edilmir. Məhkəmə xərci iddia qismən təmin olunduğu üçün iddiaçı və cavabdeh arasında müvafiq nisbətdə bölüşdürülməklə hər ikisinə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 749,34 manatın 364,029 manatı İddiaçı ASC-dən və 385,311 manatı Zərdab rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 150 manatın 72,87 manatı İddiaçı ASC-dən və 77,13 manatı Zərdab rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar