Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-90/2021 15.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X20, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X23rşı (üçüncü şəxslər: X12, X24 və X21) “Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə İddiaçı, X12, X24 və X9 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-527A KOD 40108038 nömrəli şəhadətnamədə düzəliş edilərək, X12, X24 və X9 adlarının şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarının X12, X24 və X13 aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Balakən rayonunda aqrar islahat keçirilməmişdən əvvəl iddiaçı adına olmuş 0.08 ha həyətyanı torpaq sahəsini öz razılığı ilə 1988-ci ildə bacısı X14 vermişdir. N.İbrahimova həmin torpaq sahəsində 1992-ci ildə fərdi yaşayış evi tikmiş və ailəsi ilə birlikdə bugünədək orada yaşamaqdadır. Rayonda aqrar islahat aparılan zaman Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsinə iddiaçı ilə birgə onun həyat yoldaşı, qızı və oğlunun da adı daxil edilmiş və bununla bağlı JN-527 (kod 40108038) nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı bildirir ki, onun ailə üzvlərinin adları şəhadətnaməyə səhvən daxil edilmişdir. Belə ki, aqrar islahat aparılan zaman həmin şəxslər rayonun Qazbinə kəndində yaşamamış və qeydiyyatda olmamışlar, çünki iddiaçının orada yaşamaq üçün evi olmamışdır. Torpaq sahəsi iddiaçıya 1982-ci ildə “Musabəyov” adına kolxoz tərəfindən verilən zaman o, G.Qarayeva ilə evli olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, həmin torpaq sahəsi G.Qarayeva ilə onun birgə mülkiyyətində ola bilməz. İddiaçı Balakən Rayon İcra Hakimiyyətinə müraciət edərək, Balakən rayon AİK-nın xx xxxx 1998ci il tarixli 08 saylı qərarının X12, X24 və X13 aid hissədə etibarsız hesab edilməsini xahiş etmiş, lakin Balakən Rayon İcra Hakimiyyəti başçısının aparatı xx.xx.2019-cu il tarixli 03- 1701 nömrəli məktubda müraciətin təmin edilməsindən imtina etmişdir. Beləki, Aparatın qeydinə əsasən kənddə islahat aparılan zaman iddiaçı evli olmuş və onun iki övladı vardı. Bu səbəblə də torpaq sənədinə digər ailə üzvlərinin adları daxil edilmişdir. Hazırda Yerli AİK fəaliyyət göstərmədiyi üçün Aparat iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddiası üzrə cavabdeh Balakən Rayon İcra Hakimiyyəti tələbə cavab verməli olan orqan deyil. İddia ərizəsində dəqiqləşmə aparılaraq cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X37 qoyulmalı və iddia tələbi JN-527A nömrəli 40108038 saylı şəhadətnamənin ləğvi olmalıdır. Bundan başqa bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddiaçıya təklif edilərək bildirilmişdir ki, ilk növbədə cavabdehə müraciət etməli və cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədi ərizəyə əlavə etməlidir. İddiaçı yardım məktubunu aldıqdan sonra cavabdeh 18 saylı X30 analoji tələblə müraciət etmiş, müraciəti təmin edilmədikdə (səbəb: şəhadətnamənin ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil) cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X31, üçüncü şəxslər olaraq X12, X24 və X15 qeyd edərək, Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə İddiaçı Bəşir oğlu, X12, X24 və X9 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-527A KOD 40108038 nömrəli şəhadətnamənin ləğv edilməsi və əvəzində İddiaçı mülkiyyətində 0.08 ha həyətyanı torpaq sahəsinin olmasına dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixində iddiaçının nümayəndəsinə hüquqi marağı nəzərə alınaraq tələbini dəqiqləşdirməsi təklif olunmuş, iddiaçı xx.xx.2020-ci il tarixində məhkəmənin dəftərxanasına daxil olmuş iddianın dəqiqləşdirilməsi barədə ərizəsində “JN- 527A KOD 40108038 nömrəli şəhadətnamədə düzəliş edilərək, X12, X24 və X9 adlarının şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında ərizə protokol qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 063443 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü Qarayeva Nəcibə Başir qızı Balakən rayonu, Tülü kəndində anadan olmuşdur. X18, anası X29r. İş materiallarında olan 063442 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Balakən rayonu, Talalar kəndində anadan olmuşdur. Atası qrafa boş saxlanılmış, anası X29r. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 277 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “qaytanlanmış torpaq” kitabına əsasən 1106-cı sırada İddiaçı torpağının cəmi 0.08 ha olması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5759/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarından müəyyən edilir ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə iddiaçılar (hazırkı iş üzrə üçüncü şəxslər) X4, X16 və X9 cavabdehər İddiaçı, İbrahimova Nəcibə Başir qızı, X25, X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı evdən və torpaq sahəsindən çıxarılma, mülkiyyət hüquqlarının bərpa edilməsi barədə iddia tələbi qismən təmin edilərək iddiaçılar X12, X24 və X9 və cavabdeh İddiaçı ümumi birgə mülkiyyətlərində olan Balakən rayonu Qazbinə kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin iddiaçılar X12, X24 və X9 istifadələrinə qaytarılması, onların həmin torpaq sahəsində yerləşən evə köçürülmələri, cavabdeh İddiaçıların həmin torpaq sahəsi və üzərindəki evdən istifadələrinə yaratdığı maneəyə son qoyulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi cavabdehlər İddiaçı və İbrahimova Nəcibə Başir qızına münasibətdə dəyişdirilmədən, onların apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Cavabdeh X22 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5759/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)- 783/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi iddiaçılar X4, X16 və X9 ümumi mülkiyyət hüququ ilə onlara və cavabdeh İddiaçı məxsus Balakən rayonu Qazbinə kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülmələri və cavabdeh İddiaçıların həmin evdən istifadələrinə yaratdığı maneəyə son qoyulması hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(107)-2560/2018 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı və X22 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)- 2033/2017 nömrəli qətnaməsi qismən, iddiaçılar X4, X16 və X9 ümumi mülkiyyət hüququ ilə onlara və cavabdeh İddiaçı məxsus Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülmələri və cavabdeh İddiaçıların həmin evdən istifadələrinə yaratdığı maneəyə son qoyulması hissələrində ləğv edilmişdir. İş materiallarında olan inventar nömrəsi 714 olan xx.xx.1992-ci il tarixli “yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qazbinə kəndində yerləşən fərdi yaşayış evi X3 (iş üzrə iddiaçının nümayəndəsi Nəcibə İbrahimovanın həyat yoldaşı) mülkiyyətinə verilmişdir. İş materiallarında olan DƏDRX Bakı Şəhər Ərazi idarəsinin xx.xx.2016-cı il tarixli arayışından müəyyən edilir ki, X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yeni Hövsan küçəsi, b. 11, m. 13 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 605öz nömrəli reyestr kitabının 90790 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Mahamalar kəndində xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Aktdan müəyyən edilir ki, X22 və həyat yoldaşı X5 1988-ci ildən hazırda yaşadıqları mənzildə ailəvi yaşayıblar, onların yaşadıqları torpaq sahəsində və mənzilləri yerləşən ərazidə başqa heç kəs yaşamamışdır. İş materiallarında olan Mahamalar kəndində xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Aktdan müəyyən edilir ki, X12 1992-ci ildə ərə getsə də uşaqları ilə birlikdə Balakən rayonu, Tülü kəndində öz qaynanasına məxsus evdə yaşamışlar və 1994-cü ildən Bakı şəhərinə köçərək aldıqları mənzildə yaşayırlar. İş materiallarında olan JN-527A nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı, X12, X24 və X9 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 59 nömrəli məktubundan müəyyən edilir ki, Qazbinə kəndi İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarına əsasən 1991-1995-ci illər üzrə İddiaçı, X12, X24 və X9 adları yazılmış, cəmi torpaq sahəsi 0.08 ha, evin tikildiyi il 1993-cü il olaraq qeyd edilmişdir. 1996-2000-ci illər üzrə isə İddiaçı-adının üstündən xətt çəkilib, xx.xx.2000-ci ildə Tülü kəndinə getmişdir, X12-adının üstündən xətt çəkilib, xx.xx.1998-ci ildı Bakı şəhərinə gedib uçotdan çıxarılıb, X24- adının üstündən xətt çəkilib Bakı şəhərinə getmişdir və X21-adının üstündən xətt çəkilib Bakı şəhərinə getmişdir, Qarayeva Sanur Başir qızı-xx.xx.2000-ci il tarixdə Tülü kəndinə gəlmişdir olaraq qeydlər aparılmışdır. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 109- 28767-1220 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Balakən Rayonu Mahamalar kəndindən qeydiyyatdan çıxarılaraq Balakən rayonu Tülü kəndinə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********16 nömrəli məktubuna əlavə edilən sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Hövsan qəsəbəsi, Yeni Hövsan küçəsi, b. 11, m. 13 ünvanında yerləşən mənzil X17 mülkiyyətində olmuş, sonradan R.Qəhrəmanov mənzili xx.xx.2002-ci il tarixli 151599 nömrəli müqaviləyə əsasən X2, M.Əliyeva isə xx.xx.2003-cü il tarixli 192937 nömrəli müqaviləyə əsasən mənzili X1. G.Qarayeva isə Hövsan qəsəbəsi, Yeni Hövsan küçəsi, b. 11, m. 13 ünvanında yerləşən mənzili qızı X11 xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən bağışlamışdır. Bunun əsasında Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. Əsaslandırma hissəsi: Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, o təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman hazırkı iş üzrə üçüncü şəxslərin həmin təsərrüfatda qeydiyyatda olmamış və həmin təsərrüfatla heç bir hüquqi bağlılığı mövcud olmamışdır. Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “qaytanlanmış torpaq” kitabına əsasən 1106-cı sırada İddiaçı torpağının cəmi 0.08 ha olması qeyd edilmişdir. Mübahisəli torpaq sahəsi iddiaçıya hələ 80-ci illərdə verilmişdir. Torpaq sahəsi iddiaçıya veriləndə o, üçüncü şəxs X12 ilə nikahda olmamışdır. İnventar nömrəsi 714 olan xx.xx.1992-ci il tarixli “yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qazbinə kəndində yerləşən fərdi yaşayış evi X3 (iş üzrə iddiaçının nümayəndəsi Nəcibə İbrahimovanın həyat yoldaşı) adına tərtib olunmuşdur. Bu da ona əsas verir ki, iddiaçı və 3-cü şəxs nikaha daxil olmamışdan əvvəl iddiaçı hələ 1982-ci ildən özünə məxsus olan həyətyanı sahəni bacısı və onun ailəsinə vermiş, onlar da həmin həyətyanı sahədə fərdi yaşayış evi tikməklə yaşamışlar. 3-cü şəxslər 2017-ci ilə qədər həmin torpaq sahəsi və evə dair hər hansı iddia irəli sürməmiş, yanlız üçüncü şəxs X12 ilə iddiaçının nikahı pozulduqdan sonra (xx.xx.2017-ci il tarixli Balakən Rayon Məhkəməsinin qətnaməsi ilə) həmin torpaq sahəsi və evə dair mülki qaydada iddia irəli sürmüşlər. Bu da məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, 3-cü şəxslər həmin torpaq sahəsindən istifadə etməmiş, orada yaşamamışdır. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin onların adının şəhadətnaməyə salınmasında ifadə olunan hərəkəti qanunsuz olmuşdur. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə İddiaçı, X12, X24 və X9 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-527A KOD 40108038 nömrəli şəhadətnamədə düzəliş edilərək, X12, X24 və X9 adlarının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X28 üzərinə “Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə İddiaçı, X12, X24 və X9 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-527A KOD 40108038 nömrəli şəhadətnamədə düzəliş edilərək, X12, X24 və X9 adlarının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-90/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-90/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver