Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-90/2025 03.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi): Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “dövlət reyestrindən çıxarış və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xx.xx.2006-cı il tarixli, JN-123A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında 0,0928 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi iddiaçının adına qeydiyyata alınması, ev və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2798/2023 nömrəli qərardadı ilə X14, X4 və X15 üçüncü şəxs qismində cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-90/2025 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının vəkili xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xx.xx.2006-cı il tarixli, JN-123A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında 0,0607 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi iddiaçının adına qeydiyyata alınması, ev və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinən dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən, “iddiaçı 17 yanvar 2007-ci il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmi alqı-satqı müqaviləsi bağlamaqla ünvan 2 ünvanında 0.09238 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini etibarnamə əsasında nümayəndəsi X16 vasitəsilə evin əvvəlki sahibi X2 almışdır. Həmin müqaviləni və digər sənədləri cavabdehə rəsmi ərizə ilə təqdim edərək qeyd edilən evə və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqların adıma qeydiyyata alınmasını xahiş etmişdir. Həmin təşkilatdan verilən 28 aprel 2023-cü il tarixli, 3-21-3-42/2-2129/2023 saylı cavab məktubu ilə ərizəyə baxıldığı, ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə inventarlaşdırma işlərinin aparılması üçün ərazidə olunduğu lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair JN-1323A saylı şəhadətnamə ilə əvvəlki sahibinin adına olduğu, eyni zamanda torpaq sahəsi üzərində mübahisə səbəbindən torpaq sahəsində çöl ölçmə işlərinin aparılmasının mümkün olmadığı bildirilmiş, qeyd edilən fərdi yaşayış evi və yerləşdiyi həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi adıma qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd edilən həyətyanı torpaq sahəsi 17 yanvar 2007-ci il tarixdən iddiaçının qanuni və faktiki istifadəsində olduğundan, həmin tarixdən sonra evin və həyətyanı torpaq sahəsinin əvvəlki sahibinin bütün hüquqlarına xitam verilərək həmin hüquqlar iddiaçıya keçdiyindən evin əvvəlki sahibinin adına JN-1323A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mövcudluğu əsası ilə evin və yerləşdiyi həyətyanı torpaq sahəsinin adına qeydiyyata alınmasından imtina edilməsini qanunsuz və əsassız hesab edir. Artıq torpaq islahatı başa çatmışdır. Oğuz rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi artıq fəaliyyət göstərmir. X22 Komissiyalarnın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin səlahiyyətlərini isə cavabdeh həyata keçirir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən evin köhnə sahibinin adına hazırlanmış JN-1323A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilməli, ünvan 3 ünvanında 0,09238 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi yerşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adıma qeydiyyata alınmalı, evə və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti kimi mənim adıma DƏDR-dən çıxarış hazırlanmalıdır. Bu isə indiki vəziyyətdə yalnız məhkəmə qərarı ilə mümkündür.”. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, “İddiaçı Oğuz şəhəri, Q.Ağakişiyev küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.928 hektar həyətyanı torpaq sahəsini mülkiyyət hüququnun qeydiyyyata alınaraq adına dövlət reyestrindən Çıxarışın verilməsi ilə bağlı “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı Oğuz şəhəri, Q.Ağakişiyev küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evinin yerləşdiyi 0.928 hektar həyətyanı torpaq sahəsinə dair hüqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0.928 hektar həyətyanı torpaq sahəsinin 600 kv.m hissəsinə fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X14 vəilə üzvlərinin adına xx.xx.2006-cı il tarixli, JN-985 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilmişdir. Qeyd olunan JN-985 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ləğv edilmədən Oğuz şəhəri, Q.Ağakişiyev küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.928 hektar həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyyata alınaraq adına dövlət reyestrindən Çıxarışın verilməsi mümkün deyil. Həmin şəhadətnamənin ləğv edilməsi “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 257962 seriya nömrəli Müqavilənin surətindən görünür, ünvan 3 ünvanında 0.09238 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini X14 X1.
3. 143 inventar nömrəli texniki pasportun surəti.
4. JN1323A kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi X11 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
5. Oğuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu.
6. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Kadastr və Yerquruluşu Lyihə-Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, X14 və ailə üzvlərinin adına torpaq sahəsi verilmişdir
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər.
8. Üçüncü şəxslər X4 və X6 xx.xx.2025-ci tarixli ərizəsindən görünür ki, İddiaçı iddia etdkiyi torpaq sahəsinə dair heç bir etirazımız yoxdur. İddia tələbinin təmin edilməsini xahiş edirik.
Tətbiq edilən hüquq
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3. “Torpaqların alğı-satqısı Qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” çıxarılsın. 26. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanı 1. “Azərbaycan Respublikasında X8 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: ... 2.3. X8 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X8 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X8 X9 ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
Əsaslandırma hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı 17 yanvar 2007ci il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmiləşdireilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında, 0.05129 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini X2 almışdır. Cavabdeh imtinanın əsası kimi fərdi yaşayış evinin yerləşdiyi 0.928 hektar həyətyanı torpaq sahəsinə dair hüqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyinə, eyni zamanda torpaq sahəsinin 600 kv.m hissəsinə fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X14 vəilə üzvlərinin adına xx.xx.2006-cı il tarixli, JN-985 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edildiyinə istinad etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. Belə ki, iş üzrə mübəhisəsiz qaydada təsdiq olunur ki, iddiaçı mübahisəli mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair 17 yanvar 2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamaqla 0.05129 ha həyətyanı torpaqla birgə JN-985 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə adı qeyd olunmuş X5 almış, həmin dövürdən də sözügedən əmlak iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Sözügedən müqavilə ləğv və ya etibarsız hesab edilməmiş, torpaq sahəsinin iddiaçının istifadəsinə dair əvvəlki mülkiyyətçi tərəfindən heç bir etiraz olunmamışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki. yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdlərin mübahisələndirilməsi üçün çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Hazırkı haldada mübahisəli, ünvan 3 ünvanında, 0.05129 ha həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsində X14 iradə ifadəsini məhz 17 yanvar 2007-ci il tarixli müqavilədə bəyan etdiyindən, bu iradə ifadəsi ilə JN-1323A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də “gözlənilən mülkiyyət hüququnu” da iddiaçıya ötürmüşdür. Həmin şəhadətnamənin formal olaraq mövcudluğu iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab oluna bilməz. Odur ki, JN- 1323A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv olunmalıdır. Bununla yanaşı iş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2- 4778/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “1323A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə münasibətdə subyektlərin siyahısı sizə təqdim edilir. xx.xx.2006-cı il tarixli, JN-1323A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsinin təsdiq edilmiş surəti sizə təqdim edilir. Faktiki naturada ölçülmüş torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Həmin ev mübahisələndirilən faktiki naturada ölçülmüş torpaq sahəsinin sərhədləri daxilindədir. Oğuz şəhəri ərazisində aparılımış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə (DWG) əsasən İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0791 hektar torpaq sahəsinin 0,009 hektar hissəsi JN-1323A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən X14 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0,0104 hektar hissəsi JN-497A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə’’ əsasən X7 və ailə üzvlərinin xüsusi mülkiyətinə və 0,0597 hektar hissəsi isə kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aid, uqodiyası çoxillik əkmələr olan Oğuz şəhər bələdiyyəsinin mülkiyyətinə aid əraziyə düşür. X8 X9 (TEKUİS) əsasən, kateqoriyası yaşayış məntəqələrinin torpaqları , uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü 4554 B nömrəli xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyətləri yerquruluşu planlarında göstərilmişdir.”. Göründüyü kimi iddiaçının əldə etdiyi torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur, həmin ev mübahisələndirilən faktiki naturada ölçülmüş torpaq sahəsinin sərhədləri daxilindədir və faktiki naturada ölçülmüş 0,0791 ha təşkil edir. Həmin sahənin 0,009 hektar hissəsi JN-1323A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən X14 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0,0104 hektar hissəsi JN-497A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə’’ əsasən X7 və ailə üzvlərinin xüsusi mülkiyətinə və 0,0597 hektar hissəsi isə kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aid, uqodiyası çoxillik əkmələr olan Oğuz şəhər bələdiyyəsinin mülkiyyətinə aid əraziyə düşür. Hazırda iddiaçının hüquqi marağı ünvan 1 ünvanında 0,0607 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi iddiaçının adına qeydiyyata alınmasından ibarətdir. Qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinə Oğuz şəhər bələdiyyəsi tərəfindən hər hansı münasibət bildirilməmiş, üçüncü şəxslər X4 və X6 xx.xx.2025-ci tarixli ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia etdkiyi torpaq sahəsinə dair heç bir etirazlarının olmamasını bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Baxılan iş üzrə mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin yuxarıda qeyd edilən əsaslarla iddiaçının mərhum əri tərəfindən qanuni əsaslarla əldə edildiyindən iddiaçının tələbi haqlıdır. İnzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən imtina edilməsi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xx.xx.2006-cı il tarixli, JN-123A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilməli, ünvan 1 ünvanında 0,0607 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi iddiaçının adına qeydiyyata alınması, ev və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və müvafiq texniki pasportun hazırlanaraq iddiaçıya verilməsi öhdəliyi Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə həvalə edilməlidir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xx.xx.2006-cı il tarixli, JN-123A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə ünvan 1 ünvanında 0,0607 ha hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi İddiaçı adına qeydiyyata alınması, fərdi yaşayış evinə və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun hazırlanaraq iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.