Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-903/2022 21.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X14 və üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X5 adına verilmiş xx.xx.2002-ci il tarixli 309 nömrəli “Qeydiyyat vəsiqəsi”nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına verilmiş xx.xx.2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası X1 rayonu Qabaqçöl qəsəbəsində 0,0699 ha (7 sot) torpaq sahəsinin hüquqi sahibi olmuşdur. O, 03 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Vəfad etməmişdən əvvəl ona aydın olmuşdur ki, onun Sədrəddin Eminov ilə bağladığı kirayə müqaviləsi əsasında ona ayırdığı torpaq sahəsi X10 tərəfindən özgəninkiləşdirilmişdir. Bununla əlaqədar iddiaçının atası X7 torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə gedişi zamanı aydın olmuşdur ki, həmin torpaq sahəsinə münasibətdə S.Eminov bələdiyə qərarları əsasında iddiaçının atasına məxsus olan torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş, elə həmin əsasla iddia təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmişdir. Həmçinin iddiaçının atası X1 rayonu Qabaqçöl bələdiyyəsinin 28 fevral 2002-ci il tarixli, 02 saylı protokol qərarının, habelə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 05 mart 2002-ci il tarixli, 3 nömrəli sərəncamının etibarsız sayılması (etibarsızlığın tanınması) barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddia təmin edilmişdir. Göründüyü kimi iddiaçının atası M.M.Şoxiyev ilə S.H.Eminov arasında icarə müqaviləsi bağlanmasına baxmayaraq sonuncu bələdiyyə aktına əsasən iddiaçının atasına məxsus torpaq sahəsini qanunsuz olaraq özgəninkiləşdirmişdir. Belə ki, 27 fevral 2002-ci il tarixdə icarə haqqında razılaşma olmasına baxmayaraq, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 28 fevral 2002-ci il tarixli, 02 saylı protokol qərarının, habelə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 05 mart 2002-ci il tarixli 3 nömrəli sərəncamı ilə atası X3 məxsus torpaq sahəsini öz mülkiyyətinə keçirmişdir. Qeyd olunanlara əsasən iddiaçı S.Eminovun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv olunması məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********30 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Şəki İnzibati Məhkəməsinin qərarını nəzərə alaraq X5 adına verilmiş 28 oktyabr 2002-ci il tarixli, 300 nömrəli “Qeydiyyat vəsiqəsi”nin ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan “Qeydiyyat vəsiqəsi”nin iddiaçının ərizəsi əsasında ləğv edilməsi ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizəsinin icrası tərəfimizdən mümükün olmamış və ona bu barədə xx.xx.2022-ci tarixli, **********56 nömrəli məktub göndərilmişdir. İddiaçı müraciətinə əlavə etdiyi Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(116)-106/2021 nömrəli qərarı ilə bağlı bildirilir ki, həmin qərar ilə 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə vəzifə, öhdəlik qoyulmamış və ərazi idarəsinə qarşı hər hansı tələb yönəlməmişdir. İddiaçı hazırkı iddia tələbində göstərilən məsələ ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(019)-93/2022 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, X5 qeyd olunan daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ keçmiş Balakən DTİ və MHQİ tərəfindən 01 nömrəli reyestr kitabının 75-ci səhifəsində xx.xx.2002-ci il tarixində qeydiyyata alınmış və 511 inventar nömrəli, 309 reyestr nömrəli “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmişdir. Həmin “Qeydiyyat vəsiqəsi”nin arxiv qovluğu mövcuddur. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-903/2022 nömrəli qərardadı ilə X11 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri, X13 adi qaydada cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “X5 adına verilmiş xx.xx.2002-ci il tarixli 309 nömrəli “Qeydiyyat vəsiqəsi”nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdə materiallarında olan: Cavabdehin etiraz məktubuna əlavə olunmuş “Texniki pasport”un təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. Sənədin verilməsinə əsas: Balakən rayon Qabaqçöl bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 3 nömrəli sərəncamı. Cavabdehin etiraz məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən fərdi yaşayış evi tam, 0,0699 ha torpaq sahəsinin 2/3 hissəsi İddiaçı, torpaq sahəsinin digər 1/3 hissəsi isə X8 xüsusi mülkiyyətindədir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş 309 nömrəli xx.xx.2002-ci il tarixli “Qeydiyyat vəsiqəsi”nin təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-106/2021 nömrəli qərarından görünür ki, həmin iş üzrə iddiaçı X2 həmin iş üzrə cavabdeh Balakən rayon Qabaqçöl bələdiyyəsinə qarşı “Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 28 fevral 2002-ci il tarixli 02 saylı protokol qərarının, habelə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 05 mart 2002-ci il tarixli 3 nömrəli sərəncamının etibarsız sayılması (etibarsızlığın tanınması) tələbinə dair iddiası qismən təmin olunmuş, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 28 fevral 2002-ci il tarixli 02 saylı protokol qərarı X2 həyətyanı torpaq sahəsindən X9 mağaza binası tikmək üçün 50 kv.m ayrılması barədə sərəncam verilməsi hissəsində və Balakən rayonu Qabaqçöl bələdiyyəsinin X3 məxsus həyətyanı torpaq sahəsindən 50 kv.m torpaq sahəsi azaldılaraq mağaza binası tikmək üçün X5 adına keçirilməsi barədə xx.xx.2002-ci il tarixli 3 saylı sərəncamı iddiaçı X2 mülkiyyətidə olan torpaq sahəsi ilə üst-üstə düşən 38 kv.m hissədə etibarsız sayılmışdır. İddia tələbi qalan hissədə təmin olunmamışdır. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi qızı İddiaçıdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən X4 adına qeydiyyat vəsiqəsi ilə verilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən sxem və hər hansı bir koordinatları olmadığına görə həmin torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamışdır. İddiaçı naturada istifadə etdiyi ərazi yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədilə onun ailə üzvlərinin ümumi birgə paylarına 0,0699 ha olmaqla seriya RX №1349469 saylı, xx.xx.2018-ci il tarixli Çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin Çıxarışa və naturaya görə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 11.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir; 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 16.4-cü maddəsinə görə bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İnzibati mühakimə icraatı çərçivəsində məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsirini nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının müdafiəsi məqsədilə hər hansı vəzifənin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Odur ki, məhkəmə araşdırma nəticəsində müəyyən edilmiş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-106/2021 nömrəli qərarı ilə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 28 fevral 2002-ci il tarixli 02 saylı protokol qərarı X2 həyətyanı torpaq sahəsindən X9 mağaza binası tikmək üçün 50 kv.m ayrılması barədə sərəncam verilməsi hissəsində və Balakən rayonu Qabaqçöl bələdiyyəsinin X3 məxsus həyətyanı torpaq sahəsindən 50 kv.m torpaq sahəsi azaldılaraq mağaza binası tikmək üçün X5 adına keçirilməsi barədə xx.xx.2002-ci il tarixli 3 saylı sərəncamı iddiaçı X2 mülkiyyətidə olan torpaq sahəsi ilə üst-üstə düşən 38 kv.m hissədə etibarsız sayılmışdır. Mübahisəli Qeydiyyat vəsiqəsi isə məhz həmin bələdiyyə qərarı və sərəncam əsasında verilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, X5 adına verilmiş xx.xx.2002-ci il tarixli 309 nömrəli “Qeydiyyat vəsiqəsi”nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X5 adına verilmiş xx.xx.2002-ci il tarixli 309 nömrəli “Qeydiyyat vəsiqəsi”nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı paylı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-903/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-903/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver