Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-903/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımı almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair hərəkətlərinin (qərarının) qanunsuz hesab edilməsi, VEMTAS tərəfindən aztəminatlı ailəsinə xx.xx.2023-cü il tarixli müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın cavabdeh tərəfindən dayandırıldığı 2023-cü ilin oktyabr ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun ailəsinin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması haqqında qəbul etdiyi qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən VEMTAS tərəfindən aztəminatlı ailəsinə 1 (bir) il müddətinə təyin olunmuş, cavabdeh tərəfindən 2023-cü ilin oktyabr ayından qanunsuz dayandırılmış hər ay üçün 235,31 manat məbləğin 2023-cü ilin oktyabr ayından 5 (beş) ay ərzində, yəni 1326,55 manat məbləğin aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı sosial yardım almaq məqsədi ilə 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədib xx.xx.2023-cü il tarixli **********341 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət edən zaman VEMTAS tərəfindən aztəminatlı ailəsinə hər ay üçün 235,31 manat məbləğində 1 (bir) il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilmişdir. İddiaçı 7 ay ərzində dövlət tərəfindən göstərilən pul yardımını aldıqdan sonra aztəminatlı ailəsinə təyin olunmuş sosial yardım məbləğinin verilməsinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdehin “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişində “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması, maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi – ailə tərkibinin düzgün göstərilməməsi səbəblərinə görə müraciətdən imtina olunmuşdur. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-307246/2023 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçınm iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə **********341 nömrəli ərizəylə ünvanlı dövlət sosial yardımın (bundan sonra - sosial yardım) təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, xx.xx.2023-cü il tarixdən iddiaçıya sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində xx.xx.2023-cü il tarixdən sosial yardımın ödənilməsi dayandırılmışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə sosial yardımın verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.2-ci bəndində qeyd olunur ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda Müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” (bundan sonra - Qaydalar) ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” əltsistemi (bundan sonra - VEMTAS) tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya Mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə-bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir. Əməkdaş müayinə və monitorinq keçiriləcək mənzilə daxil olmazdan əvvəl audiovideo-foto çəkiliş aparmağa imkan verən texniki vasitəni işlək vəziyyətə gətirir. 2022-ci il tarixindən ÜDSY-nin təyin edilməsi üçün ailənin maddi-məişət şəraitinin müayinəsinin və təyinatdan sonrakı monitorinqlərin aparılması prosedurunun sadələşdirilməsi, həmçinin vahid yanaşmanın tətbiq edilməsi məqsədi ilə passport və müvafiq təlimat hazırlanaraq icrasına başlanılmışdır. Qeyd olunan təlimatın 3.12.4 və 3.12.5-ci bəndlərinə əsasən ümumi həyətyanı təsərrüfata malik iki və daha çox ailənin həyətyanı təsərrüfatının müəyyən edilməsi zamanı bir həyətdə iki və daha çox fərdi ev olduqda və ümumi həyətyanı təsərrüfatın hansı ailəyə aid edilməsi mümkün olmadıqda bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilir. Müayinə zamanı evdə “ərizəbəyannamə”də qeyd olunmayan əlavə şəxs aşkar olunarsa və ya başqa şəxsin yaşadığı müəyyən edilərsə, həmin şəxsin ailə ilə birgə yaşamadığı israr edilərsə, bu məlumatlar uyğunsuzluq kimi qiymətləndirilmir və ailə risk kateqoriyasına daxil edilir. Bundan sonra aidiyyəti Bölmə və ya Mərkəz tərəfindən rübdə 3 dəfə audio-video-foto qeydiyyat aparılmaqia monitorinqlər aparılır və həmin şəxs ailədə müəyyən edilərsə bu məlumatlar uyğunsuzluq kimi qiymətləndirilir. Belə ki, təlimata əsasən qeyd olunan ailənin ünvanında aparılmış müayinə zamanı təmsilçinin anasının ailə tərkibində olması şübhəsi ilə ÜDSY işi risk kateqoriyasına daxil edilmişdir. Qeyd edilir ki, risk kateqoriyasına daxil edilmiş ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə “ərizə-bəyannamə”də göstərilən ünvanda təyinatdan sonra Regional Filial tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müayinə həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli müayinə zamanı təmsilçi ünvanda olmamış, digər bütün müayinələr zamanı “ərizə-bəyannamə”də ailə tərkibində göstərilməyən təmsilçinin anası X11 ünvanda aşkarlanmışdır. Həyata keçirilmiş monitorinq video çəkilişlə qeydə alınmış, müayinə zamanı əldə olunan məlumatlar akta qeyd edildikdən sonra, həmin məlumatlar İddiaçı şəxsi imzası ilə təsdiqlənmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “cavabdehin ünvanlı dövlət sosial yardımı almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair hərəkətlərinin (qərarının) qanunsuz hesab edilməsi, VEMTAS tərəfindən aztəminatlı ailəsinə xx.xx.2023-cü il tarixli müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın cavabdeh tərəfindən dayandırıldığı 2023-cü ilin oktyabr ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Məhkəmə işin faktiki hallarına qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün iddiadır, həmçinin əsaslıdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: xx.xx.2023-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, mütəxəssislər ünvanda olmuşlar. Ərizəçi və övladından savayı anası da ünvanda idi. Qonaq gəldiyini bildirdi. Anasının yan binada yaşadığını qeyd etdi. Ərizəçi qohumuna məxsus evdə ödəniş etmədən yaşayır. 2022-ci ilin yay ayından köçüb. Ərizəçi qeyri-rəsmi nikahda olub, ayrılıb. Forma 4 sənədi təqdim olunmuşdur. Ailəyə qohumları tərəfindən aylıq 100 azn köməklik olunur. Son 1 ildə alısatqı etməyiblər. xx.xx.2023-cü tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, monitorinq təmsilçinin iştirakı ilə keçirilmişdir. Ünvanda təmsilçinin anası aşkarlanmışdır. Səadət xanım ünvana qonaq gəldiyini, H.Əliyev prospekti bina 80 mənzil 25-də yaşadığını bildirdi. Ailənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsi olmadığı bildirildi. Ünvan təmsilçinin nənəsinə məxsusdur. Ailə ünvanda ödəniş etmədən yaşayır. Təmsilçi həyat yoldaşından ayrılıb, ailment tələbi yoxdur, rəsmi nikah yoxdur. Təmsilçi işləmir. “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, monitorinq təmsilçinin iştirakı ilə aparıldı. Monitorinq zamanı təmsilçinin anası X11, təmsilçininn bacısı X4, təmsilçinin yeznəsi X12, təmsilçinin bacısı oğlu X2 ünvanda aşkarlandı. Təmsilçi anasının kömək üçün gəldiyini, bacısı Nərminənin əməliyyat olunduğu üçün qonaq gəldiklərini, onların Bakı şəhəri, ünvan 1 ünvanında yaşadıqlarını, ailənin 2 nəfərdən ibarət olduğunu, rəsmi nikahın olmadığını, aliment tələbinin olmadığını, aliment alınmadığı bildirildi. xx.xx.2023-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, monitorinq zamanı ünvanda heç kim yox idi. Təmsilçinin ərizə-bəyannamədə qeyd etdiyi mobil nömrə ilə əlaqə saxlanıldı. Təmsilçi bildirdi ki, Bakı şəhərinə bacısının evinə qonaq gedib. Bir həftədən sonra evə qayıdacağını bildirdi. Müayinə aparmaq mümkün olmadı. xx.xx.2023-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, monitorinq təmsilçinin iştirakı ilə keçirildi. Ailənin qeyd olunan ünvanda 2 nəfər tərkibdə yaşadığı bildirildi. Ailənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olmadığı bildirildi. Ünvanda təmsilçinin anası aşkarlandı. Təmsilçi anasının ona kömək üçün gəldiyini bildirdi. Ünvan təmsilçinin nənəsinə məxsusdur. Təmsilçi həyat yoldaşından ayrılıb, rəsmi nikah olmayıb, uşağın atalıq sənədinin Forma 4 olduğunu bildirdi. Təmsilçi işləmədiyini bildirdi. Məhkəmənin sorğusuna əsasən Mingəçevir ŞİH başçısının 1 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-3-1/2-12/2024 nömrəli cavab məktubundan və ona əlavə olunmuş, 4 nömrəli MİS tərəfindən verilmiş 61 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Mingəçevir şəhəri, H.Əliyev küçəsi ev 78 mənzil 38-da yaşayır. Ailə üzvü oğlu xx.xx.2022-ci il təvəllüdlü X3r. Məhkəmənin sorğusuna əsasən Mingəçevir ŞİH başçısının 1 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-3-1/2-13/2024 nömrəli cavab məktubundan və ona əlavə olunmuş, 4 nömrəli MİS tərəfindən verilmiş 62 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X1 şəhəri, H.Əliyev küçəsi ev 80/25 mənzil 19-da qeydiyyatsız yaşayır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanuni qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X15 və X19 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 9.0cı maddəsinə əsasən sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində aşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2-ci bəndinə görə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2-ci bəndinə görə VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X8 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmçinin Qaydalara görə: 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.5-ci bəndinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.6-cı bəndinə əsasən sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır: 3.6.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 3.6.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 3.6.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 3.6.4. axtarışda olan şəxslər; 3.6.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları; 3.6.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X6 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. ... 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır... Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi – ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən ünvanlı dövlət sosial yardımının ödənişi dayandırılmış, həmçinin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Lakin məhkəmənin sorğusu əsasında əldə olunmuş Mingəçevir ŞİH başçısının 1 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubları və onlara əlavə olunmuş, 4 nömrəli MİS tərəfindən verilmiş arayışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı anası X1 şəhəri H.Əliyev prospekti ev 78 mənzil 38 ünvanında qeydiyyatda olsa da, ünvan 5eydiyyatsız yaşayır. Həmçinin məhkəmə tərəfindən “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”lar və onların tərtib edilməsi zamanı aparılmış audio-video yazılar araşdırılmış, heç bir məlumatda iddiaçı və ya anasının eyni ünvanda yaşaması barədə məlumat verməsi aşkar edilməmiş, video görüntülərdə onların bunu etiraf etmələri öz təsdiqini tapmamışdır. Cavabdehin imtinası və uyğunsuzluq barədə məlumatı iddiaçının anasının onunla birlikdə evdə olması ilə əsaslandırılmış, anasının iddiaçı ilə bir evdə olması onların birlikdə yaşaması və birgə təsərrüfat aparması kimi qiymətləndirilməsi birbaşa olaraq cavabdehin nümayəndələrinin mülahizə və ehtimallarından asılı edilmişdir. Nəticə etibarilə bununla bağlı “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 1b3a0e6f688e436f974f20183a09e375 nömrəli bildiriş tərtib edilmişdir. Həmin bildirişdə xx.xx.2023-cü il tarixli **********34101 nömrəli müraciətə görə sosial yardımın təyin edilməsindən “maddi məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailə tərkibinin düzgün göstərilməməsi” əsası ilə imtina edildiyi bildirilmişdir. Bununla yanaşı bildirişdə “Ünvanlı dövlət sosial yardımı haqqında” AR Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Məhkəmə işin göstərilən halına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şəxsin valideyninin onun evində mütəmadi olaraq aşkar edilməsi hələ onların birgə təsərrüfat aparması və birlikdə yaşaması anlamına gəlmir. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə maddi məişət şəraitinin müayinəsinin aparılması zamanı evdə iddiaçının valideyninin aşkar etməsi hələ uyğunsuzluğun qeydə alınması üçün kifayət deyildir. Belə ki, vəzifəli şəxs onların birgə təsərrüfat aparmasını təsdiq edən xüsusatları da aşkar edərk ortaya çıxarmalı və bununla bağlı sübutları inzibati icraat çərçivəsində qarşılıqlı şəkildə qiymətləndirməli idi. Məhkəmə hesab edir ki, cavbdeh inzibati orqan tərəfindən həm ünvanlı dövlət sosial yardımının təyin edilməsi, həm də artıq təyin edilmiş və ödənişi həyata keçirilən yardımın qanunauyğunluğunun yoxlanılması zamanı bu fəaliyyət formal hüquqi baxımdan deyil sosial təminat hüququnun məzmununa uyğun şəkildə qurmalı və ona uyğun qiymətləndirmə aparılmalıdır. Belə olan halda, nəzərə almaq lazımdır ki, həmin icraat inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla həyata keçirilməlidir. Cavabdeh dayandırılmaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün səbəbləri aydın şəkildə göstərməli, onlara dair mövqeyini bildirməli və əsaslandırmalıdır. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə qeyd edirlməlidir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə və ya ünvanlı dövlət sosial yardımının dayandırılmasına gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı dövlət sosial yardımının dayandırılması barədə qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq dayandırmanın əsasını təşkil edə bilər. Eyni zamanda qeyd edilməlidir ki, VEMTAS vasitəsilə, yəni texniki qurğunun köməyilə aparılan inzibati icraat da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə tabedir. Bu baxımdan cavabdeh faktiki olaraq bildirişlə iddiaçı və onun təmsilçisi olduğu ailəsinə mansibətdə, onların hüquqi statusunda dəyişikliyə səbəb olan qərarları qəbul etmiş və məhdudiyyətin müəyyən edilməsi barədə qərarını da həmin bildirişdə təsbit etmişdir. Məhkəmə göstərilən mövqedən çıxış edərək hesab edir ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən ailə tərkibinin düzgün göstərilməməsindən ibarət məlumata işin halları baxımından formal yanaşmış, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əmək etməmiş, ödənişlərin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsindən ibarət qənaətə gəlmişdir. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının poluzlmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin hərəkət və qərarlarının əsaslılığını, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin fəaliyyəti inzibati orqan olaraq onun güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair qərarı ləğv edilərək, VEMTAS tərəfindən İddiaçı aztəminatlı ailəsinə xx.xx.2023-cü il tarixli müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı 2023-cü ilin oktyabr ayından bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-903/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-903/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver