Məhkəmə qərarları › İş №2-1(116)-904/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-904/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-904/2022 25.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “gəlini X6 və nəvəsi X5 iddiaçıya məxsus Qax rayonu Turaclı kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, gəlini X6 və nəvəsi X5 iddiaçıya məxsus Qax rayonu Turaclı kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayonunun Turaclı kəndində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının keçmiş gəlini X6 və nəvəsi X9 həmin fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. Kəmalə Nəzarəliyeva ilə iddiaçının oğlu arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı keçmiş gəlini və nəvəsinin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh 08.03.2022-ci il tarixli 172-4306-1222 nömrəli məktubunda qeyd etmişdir ki, X6 iddiaçı Qax rayonu Turaclı kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinə Şəki “ASAN xidmət“ mərkəzinə müraciəti əsasında 04.04.2019-cu il tarixdə qeydiyyata götürülmüş və ona AA0338901 nömrəli elektron şəxsiyyət vəsiqəsi verilmişdir. 19.10.2021ci il tarixdə isə X1 rayonu Yeni Yaşma kəndinə yaşayış yeri üzrə qeydiyyata götürülmüş və ona Əliyeva soyadı ilə AA ******* nömrəli elektron şəxsiyyət vəsiqəsi verilmişdir. Həmçinin onun azyaşlı qızı X3 rayonu Yeni Yaşma kəndinə anası ilə birlikdə ilkin qeydiyyata Xızı RPŞ tərəfindən götürülərək 17.10.2021-ci il tarixdə AA3198146 nömrəli elektron şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. İddiaçıya 04.05.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, “AZEMİS” elektron məhkəmə sistemində aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər X7 və X9 iddiaçının mülkiyyətində olan, Qax rayon Turaclı kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda deyillər. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh 08.03.2022-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, 19.10.2021-ci il tarixdə X2 rayonu Yeni Yaşma kəndində yaşayış yeri üzrə qeydiyyata götürülmüş və ona Əliyeva soyadı ilə AA ******* nömrəli elektron şəxsiyyət vəsiqəsi verilmişdir, həmçinin onun azyaşlı qızı X4 rayonu yeni Yaşma kəndinə anası ilə birlikdə ilkin qeydiyyata Xızı RPŞ-si tərəfindən götürülərək 17.10.2021-ci il tarixdə AA3198146 nömrəli elektron şəxsiyyət vəsiqəsi verilmişdir. Odur ki, qeydiyyatdan çıxarılmasını xahiş etdiyi şəxslər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmadıqlarından iddia tələbi İPM-in tələblərinə əsasən mümkün sayılmamalıdır. Yardım məktubunda qeyd olunanlarla bağlı iddiaçıya münasibət bildirməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən məktuba münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının, cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının özünə məxsus fərdi yaşayış evindən qeydiyyatdan çxıarılmasını tələb etdiyi şəxslər artıq həmin ünvanda qeydiyyatda olmadığından tərəflər arasında mübahisə və iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmadığı üçün iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “gəlini X6 və nəvəsi X5 iddiaçıya məxsus Qax rayonu Turaclı kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar