Məhkəmə qərarları › İş №2-1(116)-909/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-909/2020

14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-909/2020 14.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi iştirakı ilə İddiaçı cavabdeh Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı “veteranlıq statusunun təsdiq olunduğu gündən, yəni veteran vəsiqəsini aldığı gündən arxada qalan üç illik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “veteranlıq statusunun təsdiq olunduğu gündən, yəni veteran vəsiqəsini aldığı gündən arxada qalan üç illik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 1996-cı il tarixdə 001708 nömrəli müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2017-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ona birdəfəlik ödənilməsi üçün DSMF-nin Mingəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının müharibə veteranı adını və vəsiqəsini xx.xx.1996-cı ildə aldığını əsas gətirərək müavinətin ödənilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal,nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təyin edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində yaradılmış müvafiq komissiyanın rəyinə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilir.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.1996-cı il tarixdə 001708 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına Prezident təqaüdü təyin edilmiş və hal hazırda 80 manat ödənilir. “Veteranlar haqqında “Azərbaycan Respublikası Qanununun 7- ci maddəsin əəsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.Vetaranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinət almaq hüququnun yaranması üçün şəxs müharibə veteranı olduğunu təsdiq edən sənədləri, yəni müharibə veteranı vəsiqəsini təqdim etməlidir. Cavabdeh orqan məlumat üçün bildirir ki, İddiaçı Əmək və X1 Nazirliyi yanında Cavabdehndən heç bir növ üzrə əmək pensiyası almır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1996-cı il tarixli 001708 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiq edilmiş surəti, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu, DİN-nin ******* nömrəli arayışı, AR DİN Şəxsi X4 xx.xx.2020-ci il tarixli 024-2594-1220 nömrəli məktubu, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli etiraz məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X4 xx.xx.2020-ci il tarixli 024-2594-1220 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçıya veteran adı və vəsiqəsi xx xxx 1997-ci il tarixdə verilmişdir. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü təyin edilmiş və hər ay 80 manat təqaüd ödənilir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edərək ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməmiş müaviənətin ödənilməsi üçün cavabdeh orqana müraciət etdiyini qeyd etmişdir. Ancaq iddiaçının istinad etdiyi Qanun xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olduğu üçün xx xxx 1997-ci il tarixdə ona verilən “Müharibə veteranı” adı və vəsiqəsinə əsasən tələbin icrası mümkün deyildir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları qanunun qüvvəyə mindiyi xx xxxxxx 2006-cı il tarixdən sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qüvvəyə minənədək “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı “veteranlıq statusunun təsdiq olunduğu gündən, yəni veteran vəsiqəsini aldığı gündən arxada qalan üç illik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar