Məhkəmə qərarları › İş №2-1(116)-91/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-91/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-91/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, iddiaçının vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, **********619400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli, **********389000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin qəbul etdiyi 31 iyul 2023-cü il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında **********486900 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, **********619400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Firması 04 yanvar 1998-ci il tarixində dövlət qeydiyyatından keçərək ********** saylı VÖEN almışdır. Müəssisə elə həmin tarixdən başlayaraq sifarişlər əsasında müxtəlif təyinatlı tikinti-quraşdırma işləri ilə məşğul olmuşdur. Qeyd edilir ki, İddiaçı Firması öz iqtisadi fəaliyyətini həyata keçirmək üçün kifayət qədər maddi-texniki bazaya malikdir. Belə ki, Mingəçevir şəhəri, ünvan 2 ünvanında yerləşən “Ofis”, Mingəçevir şəhəri, ünvan 1si 3 750,0 m2 olan “Anbar” və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 9 000,0 m2 olan “Torpaq sahəsi” həmin firmanın mülkiyyətindədir. 2021-ci ilin dekabr ayından başlayaraq bu günə kimi icrası 5 (beş) il nəzərdə tutulmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli, “Müqavilə razılaşdırılması 21-NWC-MNG-2140”-na uyğun olaraq, onun sifarişi əsasında İddiaçı Firması tərəfindən Mingəçevir şəhərinin su təhcizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işləri həyata keçirilir. Həmin işləri həyata keçirmək üçün lazım olan mal-materiallar müxtəlif müəssisələrdən aralarında bağlanmış müqavilələrə əsasən əldə edilmişdir. Həmin alqı-satqı əməliyyatları qanunvericiliyin tələblərinə uyğun qaydada sənədləşdirilmişdir. İddiaçı tərəfindən 2022-ci il üzrə “Mənfəət vergisi bəyannaməsi” təqdim edildikdən sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən müəssisəmizdə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı cavabdeh vergi orqanı tərəfindən riskli hesab edilən vergi ödəyicilərindən 2022-ci il ərzində 12 alqı-satqı əməliyyatları üzrə İddiaçı Firması tərəfindən 77 824,00 manat dəyərində malların alınması və həmin məbləğin gəlirdən çıxılan xərclərə aid edilməsi müəyyən edilmişdir. Vergi orqanı həmin məbləği riskli əməliyyatlar üzrə kənarlaşma kimi qiymətləndirmişdir. Belə ki, kameral vergi yoxlaması zamanı elektron qaimə-fakturaları araşdırılarkən İddiaçı Firması tərəfindən 2022-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 7 568,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 1 200,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 9 416,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 4288,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 9 680,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 7 480,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 3 520,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 4 400,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 3 168,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 12 496,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 7 216,00 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 7 392,00 manat, ümumilikdə 11 vergi ödəyicisindən 12 alqı-satqı əməliyyatları üzrə 77 824,00 manat dəyərində mal alındığı vergi orqanı tərəfindən müəyyən edilmişdir. Halbuki, yuxarıda adları çəkilən vergi ödəyiciləri ilə İddiaçı Firması arasında malmaterialların alqı-satqısı zamanı onlardan heç birini “Riskli vergi ödəyicisi” hesab edilməmişdir. Bizimlə qanunamüvafıq şəkildə alqı-satqı əməliyyatlarını başa vurduqdan bir müddət keçdikdən sonra həmin müəssisələr “Riskli vergi ödəyicisi” hesab edilmişdirlər. (“Riskli vergi ödəyiciləri barədə məlumaf’-lar və arayış iddia ərizəsinə əlavə edilir.) Qeyd edilən kənarlaşma ilə əlaqədar Vergi Məcəlləsinin 37., 67. və 83. maddələrinə əsasən, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 25 may 2023-cü il tarixli, **********389000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq 2022-ci ilin “Mənfəət vergisi bəyannaməsi” üzrə İddiaçı Firmasına 15 564,80 manat əlavə vergi məbləği hesablanmışdır. Sonradan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi özünün 28 iyul 2023-cü il tarixli, **********038300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarını qəbul edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyicisi olmadığı üçün “Elektron qaimə-faktura” əsasında alınmış 4 288,00 manat (ƏDV-siz) məbləğində malların dəyərinin gəlirdən çıxılan xərclərə aid edilməsini qanunamüvafıq hesab etmiş və hesablanmış “Mənfəət vergisi” 857,60 manat azaldılmışdır Bundan sonra tərəfimizdən digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə müraciət olunmuşdur. Həmin Baş İdarənin qəbul etdiyi “İnzibati şikayətin təmin edilməməsi haqqında Qərara Nə **********486900” hüquqi şəxs İddiaçı Firmasının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə 25 may 2023-cü il və 19 iyul 2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş və Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2023-cü il tarixli, **********038300 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, mübahisənin mahiyyəti ilə bağlı bildiririk ki, İddiaçı Firması xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün mənfəət vergisi bəyannaməsini təqdim edərək bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 220-ci (çıxılmalardan sonra ümumi gəlir) sətrində 6238827,13 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 236-cı (ümumi gəlirdən çıxılan xərclər) sətrində 5 995198,51 manat (o cümlədən 3415861,0 manat malların dəyəri) qeyd edərək 48725,72 manat mənfəət vergisi bəyan etmişdir. Həmin bəyannamənin kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.4-cü (malın dəyəri) sətrində göstərilmiş 3415861,0 manat məbləğin 77824,0 manat məbləğində olan hissəsi riskli əməliyyatlar üzrə əldə edilən elektron qaimə-fakturalar hesab olunduğundan əmttəsiz əməliyyat kimi qiymətlkəndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 15564,8 manat əlavə vergi məbləği hesablamışdır. Elektron qaimə-fakturaların araşdırılması zamanı İddiaçı Firması tərəfindən 2022-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 7568,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 1200,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 9416,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 9680,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 7480,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 3520,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********) 4400,0 manat "PRİVATİON-22 MMC-dən (VÖEN:**********) 3168,0 manat,"xxxx" MMC-dən (VÖEN:**********) 12496,0 manat, "xxxx" MMC-dən (VÖEN: 7********) 7216,0 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən VÖEN: **********) 7392,0 manat, ümumilikdə 11 vergi ödəyicisindən 73536,0 manat dəyərində alındığı müəyyən edilmişdir. Araşdırma zamanı yuxarıda göstərilən vergi ödəyiciləri tərəfindən müxtəlif vergi ödəyicilərinə onların özləri tərəfindən istehsal olunmamış, satın alınmamış müxtəlif növ malların təqdim edilməsi halları, o cümlədən hazırkı iş üzrə iddiaçı firmaya 2022-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 1200,0 manat dəyərində avtomobil ehtiyat hissələrinin, digər 10 vergi ödəyicisi tərəfindən isə “Çuqun petləli lyuk, D600 mm-lik” adlı malınm satılması barədə elektron qaimələrin təqdim edilməsi halı aşkar edilmişdir. Yuxarıda göstərilən hüquqi şəxslərin təsisçiləri tərəfindən eyni gündə 4-5 məhdud məsuliyyətli cəmiyyət təsis edilmişdir. Həmin MMC-lərin bəzilərinin təsisçiləri tərəfindən işə götürülmək adı ilə aldadılaraq adlarına müəssisələrin yaradılması və onları aldadan şəxslər barəsində tədbir görülməsi barədə hüquq-mühafizə orqanlarına müraciətlər mövcuddur (müraciətlərin surəti etiraza əlavə olunur). Həmin müraciətlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən qəbul edilmiş “Mütəxəssis təyin edilməklə yoxlama aparılması haqqında” 11 dekabr 2023-cü il tarixli qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən 2019-2022-ci illər ərzində maddi yardım edəcəkləri və sair vədlər verməklə çoxsaylı şəxslərin adına müxtəlif hüquqi şəxslərin təsis edilməsi, hüquqi şəxslərin idarəçiliyini əldə etmək üçün təsisçilər tərəfindən verilmiş etibarnamələr əsasında əmtəəsiz əməliyyatlar aparılması və nəticədə xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasına dair daxili işlər orqanlarından daxil olmuş materiallarda vəzifə səlahiyyətlərindən sui-istifadə, yalançı sahibkarlıq və vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətlərinin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu göstərilmişdir. 3)Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən əmtəəsiz əməliyyatların rəsmiləşdirilməsində iştirak edən müəssisələrin hamısının vergilər üzrə borcları mövcuddur və heç bir ödəniş aparılmamışdır(təsdiqedici cədvəl əlavə olunur). 4)X1 adına təsis edilmiş "xxxx" MMC və "xxxx" MMC, X2 adına təsis edilmiş "xxxx" MMC, X4 adına təsis edilmiş "xxxx" MMC xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. 5)Yuxarıda göstərilən əmtəəsiz əməliyyatların rəsmiləşdirilməsində iştirak edən 11 müəssisədən 10-u tərəfindən bank hesabları "xxxx" ASC-nin “Universal” Filialında açılmış və əməliyyat aparıldıqdan sonra bağlanmışdır. Bu fakt həmin müəssisələrin müxtəlif şəxslərin adına açılmasının və idarə edilməsinin eyni şəxs və ya şəxslər tərəfindən həyata keçirildiyini bir daha sübut edir. Yuxarıda göstərilənlərlə qaimələrdə göstərilən alqı-satqı əməliyyatının əmtəəsiz olduğu, vergidən yayınma sxemi olduğu sübuta yetirilmiş, vergi ödəyicisi bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Göründüyü kimi yuxarıda göstərdiyimiz müəssisələr əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmiş müəssisələrdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 15 dekabr 2023-cü il tarixli, **********619400 nömrəli qərar.

2. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli **********291400 nömrəli qərar.

3. xx.xx.2022-ci il tarixli 07/2022 nömrəli Alqı-satqı müqaviləsinin surəti.

4. KİRS ” Firmasının təsis sənədləri,

5. 15 dekabr 2021-ci il tarixli, “Müqavilə razılaşdırılması №-21-NWC-MNG-2140 ”,

6. “NORT VEST KONSTRAKŞN" MMC-yə təqdim edilmiş “Elektron qaimə-faktura larin reyestri,

7. "xxxx" MMC tərəfindən ödənilmiş məbləğlərin reyestri,

8. Alqı-satqıya dair Müqavilələr,

9. “Elektron qaimə-fakturalar”.

Əsaslandırma hissəsi

Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına” dair 15 dekabr 2023-cü il tarixli, **********619400 nömrəli qərarını mübahisələndirmişdir. İddia ərizəsi nəzərdə tutulmuş müddət ərzində verildiyindən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmamışdır. İddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslıdır. Mübahisələndirilən qərar riskli hesab olunan elektron qaimə-fakturaları təqdim edən MMC-lər ilə iddiaçı arasında müqavilələrin bağlanması nəticəsində qəbul edilmişdir.Məhkəmə tərəfindən iddiaçı ilə həmin vergi ödəyiciləri arasında müqavilələrin bağlanma tarixi ilə onların riskli vergi ödəyicisi hesab olunmaları tarixləri araşdırılmışdır.Araşdırma nəticəsində aşağıdakılar müəyyən edilmişdir.

1. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

2. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

3. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

4. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

5. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

6. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

7. "xxxx" MMC ilə müqavilələr xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

8. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

9. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

10. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

11. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış,həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur. Göründüyü kimi iddiaçı ilə vergi ödəyiciləri arasında müqavilələr bağlandıqdan,əməliyyatlar aparıldıqdan müxtəlif müddətlər keçdikdən sonra həmin vergi ödəyiciləri “riskli vergi ödəyicisi hesab edilməsinə dair” qərar qəbul edilmişdir. Müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir. Belə ki,Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. İddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.(Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2023 saylı 22.xx.xx.2024-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutubtutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-480/2024 saylı xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 15 dekabr 2023-cü il tarixli, **********619400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar