Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-911/2023 20.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “15 il 8 ay 29 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ИТ-İ ******* №-li, xx.xx.1983-cü il tarixli əmək kitabçasında, B 138251 və КТ 027322 nömrəli diplomunda və НЗ ******* nömrəli hərbi biletində qeyd edilən sosial sığorta stajı müddətlərinin nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının iddiaçının ümumi iş stajının 19 il 6 ay 19 gün olmaqla, tələb olunan müddətdən (25 il) az olduğu, güzəştli iş stajının isə 9 il 6 ay olmaqla, 12 il 6 aydan az olduğu bildirilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində X2nin əl ilə yığım sexində mürəttib (əl ilə yığıcı) vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı xx.xx.1991-xx.xx.1991-ci il və xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlərə aid sənədlər yararsız halda olduğu üçün həmin illəri araşdırmaq mümkün olmayıb. Bu fakt X2nin Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialı ilə birgə 24 oktyabr 2022-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Həmçinin “X2” MMC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 15 nömrəli arayışında da sözügedən illərə aid əməkhaqqı cədvəllərinin yararsız hala düşməsi səbəbilə iddiaçıya əmək haqqı ödənildiyinin təsdiq edilməsinin mümkün olmadığı göstərilib (Sözügedən sənədlər iş materiallarına əlavə olunmuşdur). Bu səbəbdəndə qanunvericiliyin tələblərini nəzərə alaraq həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçının mübahisəsiz qəbul edilən ümumi sığorta stajı 19 il 6 ay 19 gün (25 ildən az) təşkil edir: xx.xx.1979-xx.xx.1982-ci il; 01.09.1982-xx.xx.1987-ci il; xx.xx.1987-xx.xx.1990-cı İİ; 01.01.1992-xx.xx.1997-ci il; xx.xx.2003-xx.xx.2005-ci il; > xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri. Bundan başqa, iddiaçının güzəştli sığorta stajı 9 il 6 ay təşkil edir ki, bu da qanunvericilikdə nəzərdə tutulan 12 il 6 aydan azdır. xx.xx.1987-xx.xx.1990-cı il; 01.01.1992-xx.xx.1997- ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri. İddiaçının mübahisə edilən sosial sığorta stajı aşağıdakı kimidir: xx.xx.1991-xx.xx.1991-ci il; xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri. Mübahisə edilən dövlərin cəmi ümumilikdə 6 il 3 ay təşkil edir. Göründüyü kimi, İddiaçı ümumi iş stajı 19 il 6 ay 19 gün, güzəştli iş stajı 9 il 6 ay olmaqla qanunvericilikdə nəzərdə tutulan müddətdən azdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayarag, kifayət gədər sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ИТ-İ ******* №-li, xx.xx.1987-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982 – xx.xx.1983, xx.xx.2003 – xx.xx.2005, xx.xx.1985 - xx.xx.1987 xx.xx.2005 – xx.xx.2005, - B 138251 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1982-ci illərdə peşə təhsili almışdır. - КТ 027322 nömrəli diplomundan görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1987-ci illərdə peşə təhsili almışdır. - НЗ ******* nömrəli hərbi biletindən görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1985-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - “X2” MMC-nin xx.xx.2022-ci il tarixli 13 nömrəli və işin xarakteri haqqında xx.xx.2022-ci il tarixli 14 arayışından görünür ki, iddiaçı xx.xx.1987-xx.xx.1988-ci illərdə Mingəçevir şəhər mətbəəsində xx.xx.1987-ci il tarixli 68/k nömrəli əmrlə 3-cü dərəcəli mürəttib (əl ilə yığıcı) vəzifəsinə, xx.xx.1988-xx.xx.2003-cü illərdə əl ilə yığım sexində xx.xx.1988-ci il tarixli 10/a nömrəli 5-ci dərəcəli 5-ci dərəcəli mürəttib (əl ilə yığıcı) vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikası ƏQMnin 37-ci maddəsi ilə 14/k nömrəli əmr ilə işdən azad olunmuşdur. Güzəştli iş stajı 15 il 8 aydır. Gördüyü işin xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarına əsasən 2№-li siyahının 20a bəndinin dərin çap üçün forma aşılayıcısı, klişe aşılayıcısı peşəsinə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verir. İddiaçı xx.xx.1987-ci ildən xx.xx.2003-cü ilə qədər X2ndə əl ilə yığım sexində mürəttib (qəzet formasının hazırlanması, qəzet şəkilləri üçün kleşelərin hazırlanması, formaya salınması, yonulması, korrektə üçün ilk nüxələrin çapı üçün əl ilə yığıcı) vəzifəsində işləmişdir. Həmin illərdə Poliqrafiya sahəsi istehsal və iş rejiminə görə zərərli, sağlamlığa mənfi təsir göstərən sex kimi xaraktirik idi. Çünki sexlər primitiv olmaqla blanklar, elan və afişalar, eyni zamanda qəzetlər maşın ilə yığım sexində yığılmış qurğuşunlarla, insan orqanizmi üçün zərərli təsir göstərən şriftlərlə, rəngli boyalarla, qalay və digər oksidli metallarla hasilə gətirilirdi. Bunu nəzərə alan dövlət həmin sexlərdə çalışan mürəttib və poliqrafçıları gündə 0,5 litr süd verilməsini təmin etmişdir. - X4 filialının xx.xx.2022-ci il tarixli 347-Asan nömrəli arxiv arayışından görünür ki, filialda mühafizə olunan X1 şəxsi heyyət üzrə əmr kitablarında İddiaçı qeyd edilmişdir. X1 29 iyul 1982-ci il tarixli 231 saylı əmrinə əsasən İddiaçı “Sənaye və mülki tikinti” ixtisası üzrə İİ kursa gündüz şöbəsinə qəbul edilmişdir. Texnikumun 27 aprel 1983-cü il tarixli 120 saylı əmrinə əsasən 222 qrup tələbəsi İddiaçı Sovet Ordusu sıralarına çağrıldığı üçün müvəqqəti tələbələr sırasından azad edilmişdir. Texnikumun 04 iyul 1985-ci il tarixli 101/u saylı əmrinə əsasən Sovet Ordusu sıralarından tərxis edilmiş, İddiaçı texnikumun “Sənaye və mülki tikinti” ixtisasının 224 №-li qrupa İİ kursa bərpa edilmişdir. Texnikumun 27 aprel 1987-ci il tarixli 56/u saylı əmrinə əsasən İddiaçı 1202 ixtisası üzrə inşaatçı-texnik ixtisası verilməklə diplom verilmişdir. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışansığortaolunanların:kişilər -60yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55yaşına çatdıqda, azı 20 ilsığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığortastajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1964-cı ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 il 5 ay 16 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Cavabdeh orqan həmin müddətin ümumilikdə 6 il 3 ayını (xx.xx.1991-xx.xx.1991, xx.xx.1998-xx.xx.2003) mübahisələndirir və bunu sözügedən illərə aid əməkhaqqı cədvəllərinin yararsız hala düşməsi səbəbilə iddiaçıya əmək haqqının ödənilibödənilməməsinin araşdırılmasının mümkünsüzlüyü ilə əsaslandırır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Həmin müəssisənin sənədlərinin yararsız olması isə iddiaçının təqsiri olmadığından qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. Digər tərəfdən xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilibödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li qərarında əks olunmuş hüquqi mövqe). Azərbaycan Respublikası “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, xx.xx.2002-ci ildən sonrakı dövrdə də iddiaçının əmək haqqı alıb-almamasının, əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsinin araşdırılmasına heç bir lüzum yoxdur. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, həmin müddət 15 il 6 ay olmaqla tələb olunan 12 il 6 aydan çoxdur. Cavabdeh yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək həmin müddəti 9 il 6 ay olmaqla qəbul edir və bunun tələb olunan 12 il 6 aydan az olduğunu bildirir. Məhkəmə yuxarıda qeyd edilmiş hüquqi mövqeyə uyğun olaraq cavabdehin etirazının dəlilini güzəştli iş stajına münasibətdə də əsassız hesab edir. İş xarakteri haqqında arayışın məzmunu ilə müəyyən edilir ki, iddiaçı X2ndə əl ilə yığım sexində mürəttib vəzifəsində qəzet formasının hazırlanması, qəzet şəkilləri üçün kleşelərin hazırlanması, formaya salınması, yonulması, korrektə üçün ilk nüxələrin çapı üçün əl ilə yığıcı fəalliyyətini həyata keçirmişdir. Sözügedən müəssisədə blanklar, elan və afişalar, eyni zamanda qəzetlər maşın ilə yığım sexində yığılmış qurğuşunlarla, insan orqanizmi üçün zərərli təsir göstərən şriftlərlə, rəngli boyalarla, qalay və digər oksidli metallarla hazırlandığından həmin əmək fəaliyyəti zərərli sahə kimi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda qeyd olunmuşdur (11900000 XX. Poliqrafiya istehsalatı, 1190000a—19186, klişe aşılayıcıları, 1190000a—19201, dərin çap üsulu üçün forma aşılayıcıları). İddiaçının yerinə yetirdiyi əmək funksiyasının xarakteri güzəştli işə dair arayışda ətraflı qeyd olunduğundan, həmçinin xx.xx.2006-cı il tarixədək xüsusi stajı 12 il 6 aydan, ümumi iş stajı 25 ildən çox olduğundan, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibatiicraathaqqında”AzərbaycanRespublikasıQanununun19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.