Məhkəmə qərarları › İş №2-1(116)-913/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-913/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-913/2023 03.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-na qarşı “səhvən İddiaçı hesabına köçürülmüş pensiya kapitalın iddiaçının hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “pensiya kapitalın iddiaçının hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “səhvən İddiaçı hesabına köçürülmüş pensiya kapitalın iddiaçının hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, dövlət büdcəsində maliyyələşən müəssisənin işçisi olaraq çalışmanın yaş həddinə çatmışdır.Lakın hal -hazıradək barəsində əmək pensiyası təyin edilməmişdir. Çünki iddiaçının pensiya kapitalı (Dövlət Sosial Sığorta Şəhadətnaməsi №**********1622, FİN: xxxxxxx), səhfən X2 (Dövlət Sosial Sığorta Şəhadətnaməsi № **********269, FİN: 443WLLK) hesabına köçürülmüşdür. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta (Hesabat)” altsisteminden əlde edilən məlumatlara əsasen sığortaedənlər Yevlax şəhər Təhsil Şöbəsi (SUN: **********1) tərəfindən 2006-2016-cı illər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı ərazi X8 (SUN: **********5) tərəfindən 2017-2021 -ci illərin l-İV, 2022-ci ilin İ rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda ve məcburi dövlət sosial sığortası üzrə hesabatlarda sığorta olunan İddiaçı (FİN: xxxxxxx) adı sığortaolunan kimi qeyd edilməmişdir. Bununla bağlı olaraq, sığortaedən tərəfindən təqdim olunan məlumatlarda iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış ve ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının səhvən X1 adına qeyd olunması barədə X10 Təhsil İdarəsinin (SUN: **********5) Nazirliyin tabeliyində Dövlat Sosial Müdafia Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciəti daxil olmuşdur. Fondun müvafiq filialı tərəfindən sığortaedən X10 Təhsil İdaresinə hər iki sığortaolunana dair təqdim edilmeli olan sübutedici sənədlərin siyahısı barədə məlumatın verilməsinə baxmayaraq iddiacı İddiaçı fərdi şəxsi hesabında müvafiq düzəlişlərin edilməsi üçün yoxlanılmasına zərurət yaranan sənədlər sığortaedən tərəfındən tam və düzqün təqdim edilməmiş, eləcə də təqdim olunmuş sənədlərdəki malumatlarla MElS-in "Sığorta (Hesabat)” altsistemindan əldə olunan məlumatlar arasında uyğunsuzluqlar aşkar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Elm və Təhsil Nazirliyinin X10 Təhsil idarəsinin xx.xx.2023-cü il tarixli məktubu və əlavə olunan sənədlər; - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçası; - X3 məxsus ******* nömrəli əmək kitabçası. - DSMF-nun xx.xx.2023-cü il tarixli etiraz məktubu. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki,iddiaçı 2006-2016-cı illər ərzində Yevlax rayon Nəmərli kənd tam orta məktəbində müəllim işlədiyi müddət ərzində onun əmək haqqından tutulan məcburi dövlət sosial sığorta ayırmaları texniki səhv nəticəsində xx.xx.1959-cu il doğum tarixli X1 qızının fərdi hesabına köçürülmüşdür. Həmin vəsaitin texniki səhv nəticəsində adı qeyd edilmiş şəxsin fərdi hesabına köçürülməsi iş materiallarında olan sənədlərlə sübut olunur.X1 Yevlax şəhər 1 saylı tam orta məktəbində əmək fəaliyyəti xx.xx.2003-xx.xx.2007-ci il tarixləri arasındakı dövrü əhatə etdiyi ona məxsus əmək kitabçasına əsasən müəyyən olunur.Lakin,bundan sonrakı dövrdə də iddiaçının əmək haqqından aparılan tutulmalar səhvən X1 qızının fərdi hesabına köçürülmüşdür. Göründüyü kimi X4 2007-ci il tarixdən sonra işləməməsinə baxmayaraq iddiaçının əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqı onun hesabına köçürülməkdə davam etmişdir. Belə olan halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan hesabda əks olunmadığından iddiaçı cavabdeh orqana qarşı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun üzərinə İddiaçı əmək haqqından tutularaq (məcburi dövlət sosial sığorta ayırmaları) səhvən xx.xx.1959-cu il doğum tarixli İddiaçı Məhəmmədiyə qızının fərdi hesabına köçürülmüş pensiya kapitalının iddiaçının fərdi şəxsi hesabına qaytarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar