Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-915/2022 23.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "01.03.1982-ci ildə tərtib edilmiş İT-İ ******* nömrəli əmək kitabçası üzrə illərin, 189 nömrəli kolxozçunun əmək kitabçası üzrə illərin, ******* nömrəli hərbi bilet üzrə illərin, 1970-1972, 1976-1981, 1987-1988, 1991-1999-cu illərdə Şəki rayonu Baltalı kəndi Partiyanın XXİİİ qurultayı adına kolxozda kolxozçu kimi işlədiyi illərin, 24.06.1988-ci ildən 27.06.1990-cı ilədək 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi illərin, 10.07.1990-cı ildən 30.04.1991-cı ilədək Azərsənayetikinti Qırmızı əmək bayrağı ordenli 4 nömrəli trestin kiçik mexanizasiya idarəsində işlədiyi illərin ümumi iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "01.03.1982-ci ildə tərtib edilmiş İT-İ ******* nömrəli əmək kitabçası üzrə illərin, 189 nömrəli kolxozçunun əmək kitabçası üzrə illərin, ******* nömrəli hərbi bilet üzrə illərin, 1970-1972, 1976-1981, 1987-1988, 1991-1999-cu illərdə Şəki rayonu Baltalı kəndi Partiyanın XXİİİ qurultayı adına kolxozda kolxozçu kimi işlədiyi illərin, 24.06.1988-ci ildən 27.06.1990-cı ilədək 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi illərin, 10.07.1990-cı ildən 30.04.1991-cı ilədək Azərsənayetikinti Qırmızı əmək bayrağı ordenli 4 nömrəli trestin kiçik mexanizasiya idarəsində işlədiyi illərin ümumi iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 18.05.2022-ci il tarixli yardım məktubu ilə İddiaçı həmin iddianın mümkünlüyü üçün əsasların mövcud olmaması barədə məlumat verilmiş və bundan sonra o, məhkəməyə 23.05.2022-ci il tarixli ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı iddianın baxılmamış saxlanmasını və sənədlərinin geri qaytarılmasını xahiş etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq, yazılı icraat qaydasında qəbul olundu. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "01.03.1982-ci ildə tərtib edilmiş İT-İ ******* nömrəli əmək kitabçası üzrə illərin, 189 nömrəli kolxozçunun əmək kitabçası üzrə illərin, ******* nömrəli hərbi bilet üzrə illərin, 1970-1972, 1976-1981, 1987-1988, 1991-1999-cu illərdə Şəki rayonu Baltalı kəndi Partiyanın XXİİİ qurultayı adına kolxozda kolxozçu kimi işlədiyi illərin, 24.06.1988-ci ildən 27.06.1990-cı ilədək 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi illərin, 10.07.1990-cı ildən 30.04.1991-cı ilədək Azərsənayetikinti Qırmızı əmək bayrağı ordenli 4 nömrəli trestin kiçik mexanizasiya idarəsində işlədiyi illərin ümumi iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-915/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-915/2022
23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver