Məhkəmə qərarları › İş №2-1(116)-915/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-915/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-915/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “**********06-10301 reyestr nömrəli çıxarışın “hüquq sahibləri” qrafasında X7 münasibətdə müvafiq dəyişikliklərin edilərək Göyçay şəhəri Xəqani küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri Xəqani küçəsi ev 3 ünvanda yerləşən fərdi yaşayış evinin 2/1 hissəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək “**********06-10301 reyestr nömrəli çıxarışın “hüquq sahibləri” qrafasında X7 münasibətdə müvafiq dəyişikliklərin edilməsi, Göyçay şəhəri Xəqani küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-915/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-915/2024 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-235-2022 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən və mərhum həyat yoldaşı X7 məxsus fərdi yaşayış evindən ibarət miras əmlakının X10 tərəfindən qəbul edilməsi və həmin miras əmlakına dair vərəsəlik hüququnun tanınması qət edilmişdir. Həmin qətnaməyə əsasən X8 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən hüquqların qeydiyyata alınaraq çıxarış və texniki pasport verilmişdir. Sözügedən qətnamədən X1 rayon məhkəməsi vasitəsi ilə Apellyasiya şikayəti vermiş və X3 xx.xx.2022-ci il tarixli 2(107)-1230/2022 saylı qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-235/2022 saylı qətnaməsi ləğv edilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş və Goyçay şəhəri Xəqani küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə münasibətdə mirası qəbul edilməsi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X11 ilə İddiaçı birgə nikah dövründə inşa edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin əmlakın 1/2 hissəsi İddiaçı məxsusdur. Bundan sonra iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, X8 Göyçay şəhəri, Xaqani küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə **********806-10301 reyestr nömrəli elektron çıxarış və daşınmaz əmlakın texniki pasportu verilmişdir. Göyçay şəhəri Xaqani küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə verilmiş çıxarışda carı dəyişikliyin edilməsi ilə bağlı təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1230/2022 nömrəli 17.11,2022-ci il tarixli Qətnaməsinin “qət etdi” hissəsində Göyçay şəhəri, Xaqani küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinin 14 hissəsinə münasibətdə miras qəbul etməsini müəyyən etmişdir. X4 mərhum atası X2 miras qalmış Göyçay şəhəri, Xaqanı küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinin 2/1 hissəsinə miras payı müəyyən etmişdir. Digər 2/1 hissənin İddiaçı tərəfindən qəbul edilməsi qeyd edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1230/2022 nömrəli qətnaməsi, X11 ilə bağlı “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarış, X6 mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, X4 mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışlar. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Belə ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda mərhum X6 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1230/2022 nömrəli qətnaməsində sözügedən fərdi yaşayış evi iddiaçı ilə mərhum Zeynal Zeynalovun birgə nikahı dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilmiş və qeyd edilmişdir ki, mərhum X6 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən hazırda mübahisə predmeti olan əmlakın ½ hissəsi İddiaçı məxsusdur. Odur ki, iddiaçı X4 mərhum atası X2 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinə münasibətdə mirası qəbul etməsi və həmin fərdi yaşayış evinin ½ hissəsinə miras payı müəyyən edilmişdir. Cavabdehin etirazının başlıca dəlili Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1230/2022 nömrəli qətnaməsinin nəticə hissəsində digər 2/1 hissənin İddiaçı tərəfindən qəbul edilməsinin qeyd edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə cavabdeh orqanın dəlilini əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisə və işin faktiki halları ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak olması və həmin əmlakın ½ hissəsinin iddiaçıya məxsus olması ilə bağlıdır. Başqa sözlə, iddiaçı sözügedən daşınmaz əmlakı miras olaraq qəbul etməsini deyil, əmlakın ½ hissəsinin özünə məxsus olmasını bildirir. Sözügedən daşınmaz əmlakın ½ hissəsi birgə nikah dövründə əldə edilmiş əmlak olduğuna görə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1230/2022 nömrəli qətnaməsi ilə iddiaçı X4 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsində miras payı müəyyən edilmişdir. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmaması üçün olan və alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Nəzərə alınmalıdır ki, istinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi təsbit etmir. Burada diqqət edilməli olan əsas məqam həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğunun təsdiq edilib-edilmədiyidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də, məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Qeydiyyat orqanının bu hüququ qeyd almaq öhdəliyi isə bilavasitə qanundan irəli gəlir. Yəni, bu öhdəlik onun üzərinə qanunla qoyulub və o, bu öhdəliyi həmin qanunun tələbinə uyğun icra etməlidir. Göstərilənlərə əsasən sırf məhkəmə qərarında qeydiyyat orqanının üzərinə konkret əmlak üzərində şəxsin hüququnun reyestrdə qeydə alınması barədə öhdəliyin birbaşa göstərilmədiyinə dair hallardan çıxış etməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-cü maddəsinə istinadla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması yolverilməzdir. Məhkəmə qərarının özünün mövcudluğu və ya onun qanuni qüvvədə olub-olmaması barədə şübhələr olduqda qeydiyyat orqanı bu məsələni müvafiq sorğular verməklə dəqiqləşdirməlidir. Belə dəqiqiləşdirmə aparma öhdəliyi inzibati orqanın xidməti vəzifəsinə görə borcudur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia olunan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1230/2022 nömrəli qətnaməsi sözügedən daşınmaz əmlak obyektinin ½ hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə aparılmış qeydiyyatda (**********06-10301 reyestr nömrəli) “hüquq sahibləri” qrafasına dəyişiklik edilərək Göyçay şəhəri Xəqani küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar