Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-915/2025 03.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavadehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi təmirçi çilingər, xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi usta, böyük usta, xx.xx.2015-ci il tarixdən hal-hazıradək işlədiyi boruçu vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1984cü il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi təmirçi çilingər, xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi usta, böyük usta, xx.xx.2015-ci il tarixdən hal-hazıradək işlədiyi boruçu vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1961-ci ildə Ucar rayonu Şahlıq kəndində anadan olmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keymiş SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək İS saylı orta texniki peşə məktəbində rəngsaz ixtisası üzrə təhsil almışdır. Örnək fəaliyyətinə xx.xx.1979-cu ildə Mingəçevir tikinti idarəsində rəngsaz kimi başlamış və xx.xx.1980-ci il tarixədək həmin idarədə işləmişdir. xx.xx.1984-cü il tarixdə Azərb. DRES-də Hidrotexniki sexə 2-ci dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-xx.xx.1985-ci illərdə 3-cü qrup növbətçi çilingər, xx.xx.1985-xx.xx.1986-cı illərdə həmin sexdə 3-cü dərəcəli təmirçi çilingər, xx.xx.1986xx.xx.1988-ci illərdə həmin sexdə 4-cü dərəcəli təmirçi çilingər, xx.xx.1988-xx.xx.1989-cu illərdə 5-ci dərəcəli təmirçi çilingər peşəsində işləmişdir. xx.xx.1991-ci il-xx.xx.2001-ci illərdə 2-ci qrup usta, xx.xx.2001-xx.xx.2001-ci ilədək həmin sexdə 1-ci qrup usta, xx.xx.2001-xx.xx.2003-cü illərdə böyük usta peşəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək böyük usta peşəsində işləmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" ASC-də Qazan İstilik quraşdırıcı sexinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmiş və xx.xx.2008-ci ilə kimi həmin sexdə işləmişdir. 11.08.201 1-xx.xx.2015-ci il tarixədək quraşdırıcı çilingər, xx.xx.2015-xx-xx.2016-cı illərdə, xx.xx.2018-xx.xx.2020, xx.xx.2020-ci ii tarixdən hal-hazıradək AZFEN müəssəsində boruyu ( dəmir-beton borular üzrə) peşəsində işləmişdir. xx.xx.2024-cü il tarixli şəxsin güşəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi təmir üzrə çilingər vəzifəsində sosial sığorta stajı 07 il 07 ay 08 gün təşkil edir, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusuiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cü a) bəndinə uyğundur. xx.xx.2024-cü il tarixli şəxsin güşəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-eı il tarixədək işlədiyi usta, böyük usta vəzifəsində sosial sığorta stajı 15 il 02 ay, 26 gün təşkil edir.İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusuiyyətləri olmaqla. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cii b) bəndinə uyğundur. AZFEN müəssisəsi tərəfindən verilmiş güzəştli arayışa əsasən İddiaçı xx.xx.2015xx.xx.2016-cı illərdə, xx.xx.2018-xx.xx.2020-ci illərdə, xx.xx.2020-ci ildən hal-hazıradək işlədiyi boruçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 29-cu bölməsi Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsi, sənaye dəmir- beton borularının boruçəkənləri bəndinə uyğundur. İşin xarakteri haqqında arayışa əsasən qeyd edilən vəzifələr üzrə vəzifə funksiyalarını yerinə yetirərkən müxtəlif zərərli faktorların(aqressiv kimyəvi maddələrin, titrəmə, səs-kiiy. yüksək temperatur) təsirinə məruz qalmışam. İş şəraiti ağır və zərərli olduğuna görə aylıq məvacibinin 8 faiz məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir. Eyni zamanda işin xarakteri haqqında arayışa əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi təmirçi çilingər və kanalizasiya və boru kəmərlərinin təmiri üzrə çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu a) bəndinə Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) yarımbəndinə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifələrinin xüsusiyyətlərinə uyğun hesab edilir. xx.xx.1991 -ei ildən xx.xx.2006-cı il tarixədək işlədiyi usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər KabinetiniN 27.ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 24-ciı bölməsinin b) bəndində avadanlıqların yerində təmiri üzrə ustalar, böyiık ustalar (qazanxana, turbin, buxaı- qaz turbin, yanacaqötürmə. tozhazırlama) vəsitələrinin xüsusiyyətlərinə uygun hesab edilir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazını iddiaçının tərəfindən təqdim edilmiş güzəştli iş arayışında müvafiq olaraq Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması barədə məlumat Qeyd edilmədiyindən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmaması ilə əsaslandırmışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə, o cümlədən "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışında xx.xx.1984-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Hidrotexniki sexdə təmirçi çilingər, növbətçi çilingər, kanalizasiya və boru kəmərlərinin təmiri üzrə çilingər, xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi qeydlər yuxarıda qeyd olunan sahə və vəzifələrə uyğun deyil. Eyni zamanda, “Azfen" Birgə Müəssisəsinin iddiaçıya dair xx.xx.2021-ci il tarixli AZF-2021/48 K nömrəli arayışında onun xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2018-xx.xx.2020-ci il və xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu vəzifələrində işlədiyi qeyd olunsa da, müvafiq Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan sənaye dəmir-beton borularının çəkilməsi ilə məşğul olub- olmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı yoxdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir.Hazırkı işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasının surəti;
2. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;
3. xx.xx.1997-ci il tarixli Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi.
4. AZFE N B.M müəssisəsinin xx.xx.2021-ci il tarixli güzəştli arayışı;
5. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.
6. H3 ******* nömrəli hərbi biletin surəti;
7. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış,
8. xx.xx.2024-cü il tarixli İşin xarakteri haqqqında Arayış;.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.İddiaçı hüququnun yarandığı tarixdən ifadəsini göstərməklə pensiyanın hansı tarixdən təyin edilməli olmasını məhkəmənin mülahizəsinı buraxmışdır. Cavabdehin imtina və etiraz məktublarından göründüyü kimi iddiaçının 25 il ümumi sosial sığorta stajına malik olması mübahisələndirilməmiş, xx.xx.1984-xx.xx.1991-ci, xx.xx.1991-xx.xx.2006-cı il, xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2018-xx.xx.2020-ci il və xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində işlədiyi dövr ümumi iş stajı kimi qəbul edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Cavabdeh orqan imtina səbəbini iddiaçının vəzifəsinin güzəştli iş arayışında müvafiq olaraq Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması barədə məlumatın qeyd edilməməsi ilə əlaqələndirir. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü il tarixdə Azərbaycan DRES-də Hidrotexniki sexə 2-ci dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmiş,xx.xx.1984xx.xx.1985-ci illərdə 3-cü qrup növbətçi çilingər, xx.xx.1985-xx.xx.1986-cı illərdə həmin sexdə 3-cü dərəcəli təmirçi çilingər, xx.xx.1986-xx.xx.1988-ci illərdə həmin sexdə 4-cü dərəcəli təmirçi çilingər, xx.xx.1988-xx.xx.1989-cu illərdə 5-ci dərəcəli təmirçi çilingər, xx.xx.1989-cu ildən xx.xx.1991-ci il tarixinədək boru kəmərlərinin təmiri üzrə çilingər vəzifəsində işləmişdir.İddiaçının həmin müəssisədə çilingər peşəsində (müxtəlif adlanmalara baxmayaraq əmək funksiyası eynidir) işlədiyi dövr 7 il 6 ay 24 gün təşkil edir. İddiaçının işlədiyi təmirçi çilingər vəzifəsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının bir sıra bölmələrində "təmirçi çilingər” nəzərdə tutulmuşdur.İddiaçının birbaşa əmək fəaliyyətini göstərdiyi 29-cu bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri” (çilingərlər) və son 2 il 6 ay işlədiyi vəzifə həmin bölmədə qeyd olunan “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri” vəzifəsi ilə eyniləşdirilməsi imkanını yaradır. İddiaçıının əmək kitabçasında,eləcə də "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “İşin xarakteri haqqında” arayışında xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki,iddiaçının 15 il 02 ay 26 gün müddətində işlədiyi usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının bir sıra bölmələrində "təmirçi çilingər” nəzərdə tutulmuşdur.İddiaçının birbaşa əmək fəaliyyətini göstərdiyi 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı təmiri” bölməsində nəzərdə tutulan “avadanlığın təmiri üzrə ustaları, böyük ustalar” vəzifəsi ilə eyniləşdirilməsi imkanını yaradır. Yuxarıda qeyd olunan dövrlərə əsasən iddiaçının həm ümumi,həm də xüsusi (güzəştli) dövrü qanunvericilikdə tələb olunan minimum dövrdən artıqdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan artıq ümumi iş stajı mövcuddur. İddiaçının 57 yaşı 16 iyul 2018-ci il tarixində tamam olmuşdur. İddiaçının cavabdehə ilkin müraciəti xx.xx.2021-ci il tarixində olduğundan ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli xx.xx.2018-ci ildən sayılmalıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. X3 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Beləliklə, iddiaçının 12 il 06 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2018-cü il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub, ümumi şərtlərlə kişilər üçün yaş tələbi 5 il azaldılmaqla). Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi və güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2018-ci il tarixindən hesablanaraq ödənilməsi (ilkin müraciət tarixindən əvvəlki üç ilin) öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.