Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-916/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Balakən rayonu keçmiş Q.Musabəyov adına kolxozun 07.09.1989cu il tarixli 05 nömrəli ümumi yığıncaq protokol qərarı ilə mərhum anası X2 adına keçirilmiş 0,15 ha həyətyanı torpaq sahəsinə olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Balakən rayon Mahamalar kəndi Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 05 nömrəli ümumi yığıncaq qərarı ilə X9 vəfat etdiyi üçün onun adına olan 0,15 ha həyətyanı torpaq sahəsinin arvadı X2 adına keçirilməsi qərara alınmışdır. Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, X2 mülkiyyətinə 0,29 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bununla bağlı JN-1902 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına istinadən, 0,06 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmiş və onun adına bu barədə JN-517A kod 40108038 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Balakən rayon Mahamalar kənd XDS İcraiyyə Komitəsi və icra nümayəndəliyinin 1991-1995-ci illərə aid 23 nömrəli təsərrüfatbaşına kitabında X2, İddiaçı, X4, X3 adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olması barədə qeydiyyat aparılmışdır. Nümayəndəliyin 1996-2000-ci illərə aid 24 nömrəli təsərrüfatbaşına kitabında isə X2 adı yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olması barədə qeydiyyat aparılmışdır. X6 01.02.2007-ci ildə vəfat etmiş, 0,29 ha və 0,06 ha torpaq sahələri İddiaçı miras qalmış və o həmin miras əmlaka müvafiq olaraq 06.04.2021-ci il tarixli və 13.04.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"lər almışdır. Bundan sonra 06.04.2021-ci il tarixli 2V-251 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı adına 0,2905 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ilə bağlı AA-603195 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Həmin 0,29 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.04.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, 13.04.2021-ci il tarixli 2V-268 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında cavabdeh tərəfindən İddiaçı adına 0,0593 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Həmin 0,0593 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.05.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, mərhum anası X5 verilmiş 0,15 ha torpaq sahəsinin çıxarış əsasında öz adına rəsmiləşdirilmiş 0,0593 ha torpaq sahəsindən əlavə olan hissəsinə ölçülərini yerində müəyyən edərək faktiki sahəyə uyğun onun adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin cavabdeh 29.07.2021-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının müraciət ərizəsinə qeyd olunan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin (Balakən rayonu Mahamalar kənd Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokolundan çıxarışın və ya arxiv arayışının) əsli, qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Daha sonra iddiaçı "reyestr nömrəsi **********38 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın qismən ləğv edilməsi, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü"nün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, mərhum anasının adına olan 0,15 ha həyətyanı torpaq sahəsi heç bir əsas olmadan azaldılmış və 0,05 ha həyətyanı torpaq sahəsi kimi ona "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. O, anasının ölümündən sonra ona məxsus daşınmaz əmlakları vərəsəlik qaydasında öz adına keçirmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, 0,15 ha torpaq sahəsi qanuni istifadəsində olduğundan əvəzsiz olaraq onun mülkiyyətinə verilməlidir. Bundan başqa, həmin 0,15 ha torpaq sahəsinin 0,05 ha torpaq sahəsinə azaldılması ilə bağlı hər hansı kolxozun qərarının olmadığını bildirmişdir. Cavabdeh iddiaya 01.10.2021-ci il tarixli **********465 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli 2-1(116)-1291/2021 nömrəli qərarı ilə iddia rədd edilmiş, lakin iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 12.01.2022-ci il tarixli 2-1(107)-67/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Bundan sonra iddiaçı iddianı dəyişdirmiş və yeni iddia ərizəsi verərək iddia tələbini "Balakən rayonu keçmiş Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 05 nömrəli ümumi yığıncaq protokol qərarı ilə mərhum anası X2 adına keçirilmiş 0,15 ha həyətyanı torpaq sahəsinə olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin 30.03.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, eyni zamanda cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 26.04.2022-ci il tarixli ayrıca qərardadı ilə iddia 0,0593 ha həyətyanı torpaq sahəsinə aid hissədə mümkün sayılmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Balakən rayon Mahamalar kəndi Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 05 nömrəli ümumi yığıncaq qərarından görünür ki, X9 vəfat etdiyi üçün onun adına olan 0,15 ha həyətyanı torpaq sahəsinin arvadı X2 adına keçirilməsi qərara alınmışdır. - İşdə olan, JN-1902 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, X2 mülkiyyətinə 0,29 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. - İşdə olan, JN-517A kod 40108038 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına istinadən, 0,06 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. - İşdə olan, 06.04.2021-ci il tarixli 2V-251 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, X6 01.02.2007-ci ildə vəfat etmiş, 0,29 ha torpaq sahəsi İddiaçı miras qalmışdır. - İşdə olan, 13.04.2021-ci il tarixli 2V-268 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, X6 01.02.2007-ci ildə vəfat etmiş, 0,06 ha torpaq sahəsi İddiaçı miras qalmışdır. - İşdə olan, AA-603195 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, 06.04.2021-ci il tarixli 2V-251 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı adına 0,2905 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,29 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.04.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, 13.04.2021ci il tarixli 2V-268 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında cavabdeh tərəfindən İddiaçı adına 0,0593 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,0593 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.05.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, cavabdehin 29.07.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciət ərizəsinə qeyd olunan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin (Balakən rayonu Mahamalar kənd Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokolundan çıxarışın və ya arxiv arayışının) əsli, qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. Hazırkı iş üzrə Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.01.2022-ci il tarixli qərardadında deyilir ki, məhkəmə iddiaçıya onun hüquqi marağını nəzərə almaqla tələbinin düzgün qoyulması istiqamətində yardım etməli idi. İddiaçının hüquqi marağı isə Balakən rayonu Mahamalar kəndi Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokoluna kolxozçu H.Qımrıyeva adına olan 0,15 ha həyətyanı torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq qeydiyyata alınmasına nail olmaqdır. Belə olan halda, onun tələbi də məhz bu hüquqi marağa uyğun formalaşdırılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yalnız dövlət reyestrindən **********38 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X2 adına verilmiş 0,06 ha torpaq sahəsinə dair JN-517A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhafətnaməyə hüquqi qiymət verilmiş, Balakən rayonu Mahamalar kəndi Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokoluna kolxozçu H.Qımrıyevanın adına olan 0,15 ha həyətyanı torpaq sahəsi barədə hər hansı bir araşdırma aparmamışdır, halbuki "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiqedən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər ... 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə olunmasını təsdiq edən sənədlərdən hesab edilir. Birinci instansiya məhkəməsinin baxışında bu istiqamətdə iddiaçıya yardım edilməli, dəyişdirilmiş tələbə isə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları kimi Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı" tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq, məhkəmə tərəfindən iddiaçıya yardım məktubu yazılaraq iddiasını dəyişdirməsi təklif edilmiş və iddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək iddia tələbini "Balakən rayonu keçmiş Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 05 nömrəli ümumi yığıncaq protokol qərarı ilə mərhum anası X2 adına keçirilmiş 0,15 ha həyətyanı torpaq sahəsinə olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin 30.03.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddianı dəyişdirməsi qəbul edilmişdir. Eyni zamanda, məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.5-ci bəndi əsasında həll edilməlidir. Həmin bənddə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin normalara görə, Balakən rayonu keçmiş Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 05 nömrəli ümumi yığıncaq protokol qərarı 0,15 ha həyətyanı torpaq sahəsinə iddiaçının mərhum anası X2 mülkiyyət hüququnun yaranmasına əsas verir. Həmin torpaq sahəsi vərəsəlik qaydasında iddiaçıya keçdiyinə görə isə torpaq sahəsinə mülkiyyət hüququnu iddiaçı əldə etmişdir. Lakin bununla yanaşı, yuxarıda qeyd olunduğu kimi, 0,15 ha torpaq sahəsinin 0,0593 ha hissəsinə artıq iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, belə olan halda, göstərilən 0,15 ha torpaq sahəsinin qalan 0,0907 ha hissəsinə (0,15-0,0593=0,0907) iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Ona görə də iddia qismən təmin edilməli, iddiaçının 0,0907 ha torpaq sahəsinə olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddianın qalan hissəsi məhkəmənin ayrıca qərardadı ilə mümkün sayılmadığına görə həmin hissəyə hazırkı qərarda münasibət bildirilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Balakən rayonu keçmiş Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 05 nömrəli ümumi yığıncaq protokol qərarı ilə X2 adına keçirilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin 0,0907 ha hissəsinə iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-916/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-916/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver