Məhkəmə qərarları › İş №2-1(116)-918/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-918/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-918/2022 20.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının vəkili X33, cavabdehin nümayəndəsi X34 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı ünvan 1 ünvanına dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)-1427/2017 saylı icra vərəqəsinə əsasən paylı mülkiyyətdə olan Zaqatala şəhəri, Sülh küçəsi 3 nömrəli evin 24 saylı mənzilinin açıq hərracdan satılması qərara alınmışdır. ünvan 2 ünvanında yerləşən mənzil hərrac vasitəsi ilə satışa çıxarılmış, mənzil hərracda satılmadığı üçün tələbkar İddiaçı təklif olunmuşdur. Təklifi qəbul edərək həmin əmlaka dair iddiaçının hüquqları DƏDRX-də qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Daha sonra hazırkı iş üzrə üçüncü şəxslər X20, X38, X35, X37 və X36 cavabdehlər Zaqatala rayon İcra və Probasiya şöbəsi, İddiaçı və üçüncü şəxslər “X30” MMC-yə qarşı iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət edərək, Zaqatala şəhəri, Sülh küçəsi, 3 nömrəli evin ümumi sahəsi 100,86 kv.m yaşayış sahəsi 60,2 kv.m-dən 4 yaşayış otağından, mətbəxdən, hamamdan və ayaqyolundan ibarət 24 saylı mənzilin açıq hərracdan satılmasına dair “X30” MMC-nin Hərracın yekunları barədə 30 avqust 2018-ci il tarixli Protokolun (hərraca dair bağlanmış müqavilənin), İddiaçı adına Dövlət reyestrində alınmış qeydiyyatın, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(033)-955/2019 saylı qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 82,15 kv.m olan fərdi yaşayış evinin İddiaçı pay tam olmaqla mülkiyyətinə verilməsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mərhum X13 payı olan 1/10 hissədə etibarsız hesab edilməsi, əmlakın həmin hissədə mülkiyyətə verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 3500 manatın özünə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(033)-955/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-580/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar X20 və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(033)-955/2019 saylı qətnaməsi qismən - iddia tələbinin təmin edilməmiş - İddiaçı adına dövlət reyestrində alınmış qeydiyyatın və xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməmiş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçılar X20, X38, X35, X37 və X17 cavabdeh İddiaçı və üçüncü şəxslər Zaqatala rayon İcra və Probasiya şöbəsinə, “X30” MMC-yə qarşı hərracın yekunları barədə protokolunun (hərracda bağlanmış müqavilənin) dövlət reyestrində alınmış qeydiyyatın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməmiş hissəsi İddiaçı adına dövlət reystrində alınmış qeydiyyat və xx.xx.2019-cu il tarixli çıxarışın 9/10 hissəsin də etibarsız hesab edilməli hissəsi də təmin edilərək İddiaçı adına dövlət reyestrində alınmış qeydiyyat və xx.xx.2019cu il tarixli çıxarışın etibarlı hesab edilmiş 9/10 hissəsi də etibarsız hesab edilmiş, əmlakın mülkiyyətə verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 14000 manatın qaytarılmamış 10500 manatı özünə qaytarılmış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Zaqatala rayon İcra və probasiya şöbəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-1427/2017 saylı icra sənədinin icrası məqsədi ilə Zaqatala şəhəri Sülh küçəsi, ev 3, mənzil 24 hərracda satılması üçün “X7 Mərkəzi”nə göndərilmişdir. 11 iyun 2021-ci il tarixli X7 Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün əmlak satılmamış və qanunvericiliyə uyğun qərar qəbul olunması üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə icra işi geri göndərilmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsi tərəfindən iddiaçının fərdi yaşayış evini qəbul edib-etməməsi barədə 10 gün ərzində Zaqatala rayon İcra və probasiya şöbəsinə məlumat verməsi xahiş olunmuşdur. İddiaçı təklifə münasibət olaraq təklifi qəbul etməsinə dair Zaqatala rayon İcra və probasiya şöbəsinə məktub ünvanlanmışdır. İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib olunaraq əmlakının naturada İddiaçı verildiyi qeyd olunmuşdur. Eyni zamanda aktda İddiaçı tərəfindən borclulara ödəniləcək məbləğin qabaqcadan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2( 107)-1427/2017 saylı icra sənədinin icrası zamanı ödənilməsi qeyd olunmuşdur. İddiaçı cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********58 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Zaqatala şəhəri, Sülh küçəsi, ev 3 ünvanında yerləşən 24 nömrəli mənzil Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-1427/2017 saylı icra vərəqəsinin icrası zamanı mənzilin məbləğinin qabaqcadan ödənilməklə Zaqatala rayon İcra və probasiya şöbəsinin 25 fevral 2019-cu il tarixli Aktına əsasən iddiaçıya verilmiş və müraciəti əsasında 30 aprel 2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Daha sonra 30 aprel 2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə iddiaçının adına aparılmış qeydiyyata dair çıxarışın X14 məxsus 1/10 hissəsi Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(033)-955/2019 saylı qətnaməsinə əsasən, digər 9/10 hissəsi isə Şəki Apelyasiya Məhkəməsinin 08 avqust 2020-ci il tarixli, 2(107)-580/2020 saylı icra vərəqəsinə əsasən ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Cavabdeh imtina məktubunda iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********04 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)- 1427/2017 saylı icra vərəqəsinin icrası zamanı mənzilin məbləğinin qabaqcadan ödənilməklə əldə edildiyindən və Zaqatala rayon icra və probasiya şöbəsi tərəfindən təsdiq edilmiş akt ilə ona verilmiş mənzil üzərində hüquqların qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə qeyd olunan mənzil üzərində iddiaçının anoloji ərizəsinə əsasən aparılmış qeydiyyat ləğv edildiyindən onun ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2021-ci tarixli, **********58 nömrəli məktub göndərilmişdir. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala şəhəri, Sülh küçəsi, ev 3 ünvanında yerləşən 24 nömrəli mənzil Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-1427/2017 saylı icra vərəqəsinin icrası zamanı mənzilin məbləğinin qabaqcadan ödənilməklə Zaqatala rayon İcra və probasiya şöbəsinin 25 fevral 2019-cu il tarixli Aktına əsasən iddiaçı (tələbkar) İddiaçı verilmiş və onun müraciəti əsasında 30 aprel 2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə iddiaçı (tələbkar) İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra, 30 aprel 2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə iddiaçı (tələbkar) İddiaçı adına aparılmış qeydiyyata dair çıxarışın X14 məxsus 1/10 hissəsi Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(033)-955/2019 saylı qətnaməsinə əsasən, digər 9/10 hissəsi isə Şəki Apellyasiya Məhkəməsinin 08 avqust 2020-ci il tarixli, 2(107)-580/2020 saylı icra vərəqəsinə əsasən ləğv edilmişdir. Bundan sonra, X15 əmlakına vərəsəlik hüququ olan şəxsin müraciətinə əsasən həmin mənzil üzərində paylı mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, 18 saylı Zaqatala Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində qeyd olunur ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X20, X38, X37, X35 və X36 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, onlara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Əlvə olaraq, Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-918/2022 nömrəli qərardadı ilə X20, X38, X37, X35 və X17 işdə üçüncü şəxs qismində iştirakına hüquqi qiymət verilərək, onlar iş üzrə üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Üçüncü şəxs X20 məhkəməyə iddia tələbinə dair etiraz məktubu ünvanlamışdır. Məktubda qeyd edilmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)- 1427/2017 saylı icra sənədinə əsasən tələbkar İddiaçı X1, X25, X22 və X3 qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməlidir. İcra sənədi üzrə göstərilmiş ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə həmin il üzrə mövcud bazar dəyərinə əsasən qiymətləndirilmişdir. İddiaçı tərəfindən ödənilmiş mərhum X13 vərəsələri tərəfindən qəbul edilməmiş 3500 manat məbləğində pul vəsaiti özünə qaytarılmışdır. Zaqatala rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən müvafiq icra vərəqəsi “qismən icra edilmiş” icra sənədi kimi məhkəməyə geri qaytarılmışdır. Zaqatala RİPŞ-nin qərarından İddiaçı məhkəməyə şikayət verməmişdir. İddiaçı idda ərizəsinə əlavə etdiyi Zaqatala RİPŞ-nin xx.xx.2021-ci il tarixli aktı tərtib edilən zaman Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-1427/2017 saylı icra sənədi üzrə tərəflərin iştirakı təmin edilməmişdir. Zaqatala RİPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə icraatdan çıxarılmış məhkəmə qətnaməsinə əsasən 2021-ci il tarixdə yenidən akt tərtib edilməsi qanunsuzdur. Şəki Apelyasiya Məhkəmisinin 2(107)-580/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi Zaqatala RİPŞ-nin icraatındadır. İş üzrə icra tədbirləri davam etdirilir. Yuxarıda qeyd olunanlara əsasən üçüncü şəxs X20 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X20, X38, X37, X35 və X36 məhkəmə iclasında iştirak etməmiş və X38, X37, X35 və X36 bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. X20 məhkəməyə xx.xx.2022-ci il tarixdə məktub ünvanlayaraq məhkəmə bildirişini aldığını qeyd etmiş, iştirakı olmadan işə baxılmasını və iddia əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra (cavabdeh tərəfindən imtina məktubunun təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir) məhkəməyə iddia vermişdir. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli **********78 nömrəli məktubuna əlavə olunmuş: “Qeydiyyat vəsiqəsi”nin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala şəhəri, Sülh küçəsi ünvanında yerləşən 3 nömrəli evin 24 nömrəli mənzili X26 mülkiyyətində olmuşdur. xx.xx.2011-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X26 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 7-də yaşayan qızı İddiaçıdır. Miras əmlak Zaqatala şəhəri, Sülh küçəsi ev 3 mənzil 24-də 5 mərtəbəli binanın 5-ci mərtəbəsi, 4 otaqlı, 60,2 kv.m yaşayış sahəsi olan mənzildən ibarətdir. Göstərlən miras əmlakın qalan 1/2 hissəsinə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X26 vərəsələri İddiaçı, X27, X25, X22 və X4r. MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilin 6/10 hissəsi İddiaçı, qalan hissəsi isə hər birinə 1/10 hissə olmaqla X27, X25, X22 və X2 xüsusi mülkiyyətində olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-1427/2017 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)- 78/2017 nömrəli qətnaməsi ilə İddiaçı Feyzulla qızının cavabdehlər X21, X25, X22 və X8 qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Feyzulla qızı və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)-1427/2017 nömrəli qətnaməsi ilə təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-78/2017 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X21, X25, X22 və X3 qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməsi tələbinə dair iddiası təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən 2(107)-1427/2017 nömrəli iş üzrə icra vərəqəsi verilmişdir. "xxxx" MMC-nin Zaqatala rayon İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2018ci il tarixli QXM/824 nömrəli məktubunda qeyd olunur ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1427/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi ilə əlaqədar Zaqatala rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli Qərarı və 078 saylı xx.xx.2018-ci il tarixli müraciətinə əsasən İddiaçı, X13, X16 və X2 ümumi paylı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 24 saylı mənzil bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin bazar dəyəri 35.000 (otuz beş min) manat müəyyən edilmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş Aktın təsdiq olunmuş surətində qeyd olunur ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-1427 saylı icra sənədinin icrası məqsədi ilə Zaqatala şəhəri Sülh küçəsi ev 3, mənzil 24 Qiymətləndirmə Xidməti Mərkəzi tərəfindən 35000 manat olaraq qiymətləndirilmiş və əmlak satılması üçün hərrac mərkəzinə müraciət edilmişdir. İcra sənədində göstərilən əmlak hərrac vasitəsi ilə satılmadığından xx.xx.2018-ci il tarixdə tələbkara naturada təklif olunmuşdur. Tələbkar İddiaçı xx.xx.2019-cu il tarixdə əmlakın naturada qəbul edilməsi üçün ərizə ilə müraciət etmişdir. Odur ki, Zaqatala şəhəri Sülh küçəsi ev 3, 24 nömrəli mənzil hərrac vasitəsi ilə satılmadığından həmin əmlak naturada İddiaçı verildi. Zaqatala rayon İcra və probasiya şöbəsinin hazırkı iş üzər cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli 353 nömrəli məktubunda qeyd olunur ki, Zaqatala rayon İcra və probasiya şöbəsinin icraatında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-1427 saylı icra sənədinin icrası ilə əlaqədar Zaqatala şəhəri Sülh küçəsində yerləşən ev 3, 24 nömrəli mənzil İddiaçı tərəfindən naturada qəbul edilmiş və icra sənədi üzrə digər tərəflərə ödəniləsi 4/10 hissənin dəyəri olan 14.000 manat İddiaçı tərəfindən Zaqatala rayon İcra və probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. Odur ki, Zaqatala şəhəri Sülh küçəsində yerləşən ev 3, 24 nömrəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə göstəriş verməyiniz xahiş olunur. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla ünvan 7 ünvanında yerləşən mənzil iddiaçının adına qeydə alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********78 nömrəli məktubuna əlavə olunmuş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-955/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar X20, X38, X35, X37 və X17 cavabdehlər Zaqatala rayonu İcra və Probasiya Şöbəsi, İddiaçı və üçüncü şəxs “X30” MMC-yə qarşı hərracın yekunları barədə prokolun (hərracda bağlanmış müqavilənin) dövlət reyestrində alınmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 82,15 kv.m olan fərdi yaşayış evinin X9 pay tam olmaqla mülkiyyətinə verilməsinə dair ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış mərhum X13 payı olan 1/10 hissədə etibarsız hesab edilməsi, əmlakın həmin hissədə mülkiyyətə verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 3500 manat özünə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən həmin iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 580/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(033)-955/2019 nömrəli qətnaməsi qismən - iddia tələbinin təmin edilməmiş - “İddiaçı adına dövlət reyestrində alınmış qeydiyyatın və xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarsız hesab edilməmiş hissəsində ləğv edilmişdir. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar X20, X38, X35, X37 və X17 cavabdeh İddiaçı və üçüncü şəxslər Zaqatala rayonu İcra və Probasiya Şöbəsinə, "X30" MMC-yə qarşı hərracın yekunları barədə protokolun (hərracda bağlanmış müqavilənin), dövlət reyestrində alınmış qeydiyyatın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməmiş İddiaçı adına dövlət reyestrində alınmış qeydiyyat və xx.xx.2019-cu il tarixli “Çıxarış"ın 9/10 hissəsinin də etibarsız hesab edilməli hissəsinin də təmin edilməsi, İddiaçı adına dövlət reyestrində alınmış qeydiyyat və xx.xx.2019-cu il tarixli "Çıxanş"ın etibarlı hesab edilmiş 9/10 hissəsi də etibarsız hesab edilməsi, əmlakın mülkiyyətə verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 14000 manatın qaytarılmamış 10500 manatının özünə qaytarılması, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə xx.xx.2020-ci ildə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2020-ci il tarixdə 2(107)-580/2020 nömrəli icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün müvafiq qaydada göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********78 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil hazırda 6/10 hissədə İddiaçı, qalan hissədə hər birinə 1/10 hissə olmaqla X27, X28, X22 və X5 paylı mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Üçüncü şəxs Səlimət Zitayevanın etiraz məktubuna surəti əlavə olunmuş Zaqatala rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli Qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarında qeyd olunmuşdur ki, Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X29 xx.xx.2017-cı il tarixdə icraatına daxil olmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2( 107)-1427/2017 saylı icra sənədi üzrə müəyyən etmiş ki, tələbkar İddiaçı X1, X25, X22 və X3 qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməsi tələbinə dair iddiası təmin edilməlidir. İcra vərəqəsi xx.xx.2017-cı il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və iş üzrə icraata başlama haqqında qərar qəbul edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində ünvan 8 ev 24 nömrəli mənzil 35000 manat dəyərində qiymətləndirilmiş və evin hərrac vasitəsilə satışının təşkil edilməsi üçün müvafiq sənədlər “X30" MMC-yə göndərilmiş, keçirilmiş hərraclar nəticəsində ev satılmamışdır. xx.xx.2018-ci il tarixdə ünvan 8 ev 24 nömrəli mənzil X11 naturada qəbul edilməsi üçün təklif edilmiş, tələbkar xx.xx.2019-cu il tarixli ərizəsində həmin mənzili naturada qəbul etdiyini və borclulara çatası məbləğin özü tərəfindən ödəniləcəyini bildirmişdir. İddiaçı borclulara düşəcək payların dəyəri olan 14000 manat pul məbləğini xx.xx.2019-cu il tarixdə Zaqatala rayon İcra və probasiya şöbəsinin depozit hesabına köçürmüşdür. X1, X25, X22 və X12 xx.xx.2019-cu il tarixdə rəsmi şəkildə məktub göndərilərək onlara düşəcək payların dəyərinin hesablarına köçürülməsi üçün bank hesab rekvizitlərini şöbəyə təqdim etmələri barədə məlumatlandırılmışdır. X25, X22 və X12 onlara düşəcək pul məbləğinin hesablarına köçürülməsi üçün bank hesab rekvizitlərinin şöbəyə təqdim elmiş və pul məbləğləri borcluların hesabına köçürülmüşdür. X10 bank hesab rekvizitini şöbəyə təqdim etməmiş və əlaqə saxlamamışdır. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2( 107)-1427/2017 saylı icra sənədi qismən icra olunmuşdur. Odur ki, icra sənədinin həmin Məhkəməyə qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən 14000 manat məbləğdə pulun Zaqatala İcra Şöbəsinin depozit hesabına köçürülməsini təsdiq edən xx.xx.2019-cu il saat 14:49 tarixli qəbzin surəti iddia ərizəsinə əlavə edilmişdir. Qəbzdə alan müştəri: “Məhkəmə icraçıları Zaqatala”, təyinat: “Şəki AP MƏH 1427 Y xx/xx/2017 TAR İC SƏN ZitayevSalehF ZitayevQurbanF ZitayevTeyyubF HacıəliyevaGüldənəF”, məbləğ: “on dörd min manat sıfır qəp” qeyd olunmuşdur. İş materiallarında olan Zaqatala rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 353078 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarda qeyd olunur ki, Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X43 xx.xx.2017-cu il tarixdə icraatına daxil olmuş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1427/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədini nəzərdən keçirərək müəyyən etmişdir ki, tələbkar İddiaçı X1, X25, X22 və X6 qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməsi tələbinə dair iddiası təmin edilməlidir. Əmlakın satışının təşkil edilməsi üçün müvafiq sənədlər "X7 Mərkəzi" MMC-yə göndərilmişdir. Keçirilən hərraclar nəticəsində alıcı olmadığından həmin əmlak satılmamışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələblərinə uyğun olaraq borcluların ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evi naturada tələbkara təklif olunmuşdur. Tələbkar İddiaçı Zaqatala rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixil ərizəsinə əsasən əmlakı naturada qəbul etdiyini və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zaqatala rayon icra və Probasiya şöbəsində xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur. Akta əsasən ünvan 8 24 saylı mənzil naturada tələbkar İddiaçı verilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsi rəhbər tutularaq icra sənədinin Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri... 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: [53] 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi, ilkin mərhələdə hərrac yolu ilə satılmamış mübahisəli əmlak iddiaçıya təklif edilmiş və iddiaçı tərəfindən əmlakın qəbul olunmasına razılıq verilərək, İcra şöbəsinin depozit hesabına digər payçılara ödənilməli olan 4/10 pay müqabilində 14.000 manat pul köçürülmüşdür. Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən müvafiq xx.xx.2019-cu il tarixli akt tərtib edilərək cavabdehə göndərilmiş və cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılaraq ünvan 7 ünvanına dair iddiaçının adına xx.xx.2019-cu il tarixli çıxarış tərtib edilmişdir. Lakin üçüncü şəxslərin iş materiallarında göstərilən iddialarının təmin olunması və qanuna müvafiq şəkildə həyata keçirilmiş növbəti proessual hərəkətlər nəticəsində çıxarış ləğv edilmişdir. Sonrakı mərhələdə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1427/2017 nömrəli iş üzrə İcra vərəqəsinin icrası məqsədilə yenidən hərrac keçirilmiş, bu dəfə təkrarən əmlak satılmadığından iddiaçıya təklif olunmuş, iddiaçı yenidən əmlakın naturada qəbul edilməsinə yazılı razılığını ifadə etmiş, ilkin hərracdan sonra iddiaçı tərəfindən ödənilmiş və ona geri qaytarılmamış məbləğ nəzərə alınmaqla Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilərək əmlak naturada İddiaçı verilmişdir. Aktın təsdiq olunmuş surəti iş materiallarına əlavə olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan əvvəllər həyata keçirmiş olduğu inzibati praktikaya zidd olaraq, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməsinin məntiqi sonluğu olan aktı hüquqi əhəmiyyətli sənəd qismində qəbul etməyərək, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. Halbu ki, ilkin prosedur zamanı eyni akt əsasında iddiaçının mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadının qorunması ilə bağlı normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Hazırkı vəziyyətdə iddiaçı əmlakın naturada qəbul edilməsinə münasibətdə yazılı razılığını ifadə etməklə inzibati orqanların, yəni həm İcra və Probasiya şöbəsinin, həm də cavabdehin inzibati praktikasına etimadını ifadə etmişdir. Belə ki, analoji hal üzrə har-hansı üçüncü şəxsə nəzərən deyil, məhz iddiaçıya münasibətdə inzibati orqan hazırkından fərqli praktika nümayiş etdirərək, daha əvvəl hüquqlarını qeydə almış, sonuncu halda isə eyni faktiki əsaslardan çıxış etməklə imtina cavabı vermişdir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız və inzibati praktikaya zidd olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin tərtib edilməsi zamanı formal xətaya yol verilərək evin nömrəsini səhvən “34” olaraq qeyd edilmiş, iddiaçının vəkili tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək bunun texniki səhv olduğu, 3 kimi nəzərə alınması xahiş edilmişdir. Məhkəmə ərizədəki yalnışlığı texniki səhv olaraq qəbul etmişdir. Belə ki, iş materiallarında olan bütün sənədlərdə, cavabdehin və üçüncü şəxsin iddiaya münasibətində, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sübutlarda mübahisəli əmlakın ünvanı ünvan 12nə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə Zaqatala şəhəri Sülh küçəsi ünvanında yerləşən 3 nömrəli evin 24 nömrəli mənzilinə dair İddiaçı mülkiyyət hüququun qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Zaqatala şəhəri Sülh küçəsi ünvanında yerləşən 3 nömrəli evin 24 nömrəli mənzilinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar