Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-918/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanmış və iddia ərizəsində cavabdeh inzibati orqanla bağlı nöqsanın aradan qaldırılması təklif edilmişdir. İddiaçı Məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini göstərmiş və müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-N(NN6)-3344/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Azərbaycan SSRİ-nin vətəndaşı kimi N989-N99N-ci illərdə Özbəkistan və Qazaxıstan SSRİ-də həqiqi hərbi xidmət keçdikdən sonra öz ölkəsinə qayıtmış və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayonu üzrə yerli bölməsində hərbi qeydiyyata durmuşdur. xx.xx.N992-ci il tarixdə səfərbərlik üzrə çağırış əsasında Biləcəri qəsəbəsinə, daha sonra Gəncə şəhərində yerləşən N () nömrəli hərbi hissəyə göndərilmişdir. Bu fakt öz əksini Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2- 5573 nömrəli arxiv arayışında tapmışdır. Həmin arayışda da, göstərildiyi üzrə iddiaçının N () nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 40 nömrəli əmri ilə manqa komandiri kimi döyüş əməliyyatları bölgəsinə döyüş növbəsinə gedərək 3 qat pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Ağdərə rayonunda əksər döyüşlərdə (Çıldıran, Dranbon, Sərsəng su anbarı, Mehmanlı və s) iştirak etmişdir. Kəlbəcər ərazisi hesab edilən Qozlu körpü ərazisində mühasirəyə düşmüş, mühasirədən çıxaraq Murovdağ istiqamətində iki gün dağla yol gəlmiş, bu zaman döyüş yoldaşlarının əksəriyyəti donvurma nəticəsində həlak olmuş (fevralın sonu N993), ayaqları donduğu üçün yuxarıda da qeyd etdiyi arayışda da göstərildiyi kimi N () nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N24 nömrəli əmri ilə hərbi hospitala göndərilmiş və bu zaman silahını təhvil vermişdir. Həmin hospitalın hansı və harada olduğunu xatırlamır. Döyüş yoldaşlarının dediyinə əsasən, bu hospital Ağdərə rayonunun Ağdaban hospitalı olmuşdur. Ancaq həmin hərbi hospital onu bir gün saxladıqdan sonra hospitaldan çıxarmış hərbi hissəsinə qayıtmasını bildirmiş, əsas kimi isə həkim və tibbi ləvazimatın olmadığı bildirilmişdir. Lakin, həmin tarixlərdə ölkədə bütün sahələrində vəziyyətin qarışıq olması, hərbi hissədə heç kəsin faktiki olaraq olmaması və sağlamlığında ciddi problemlərin olması (donvurma) səbəbindən komandirinin icazəsi ilə müalicə olunmaq üçün Şəki rayonuna - öz evinə qayıtmışdır. Təxminən 3 ay müddətində öz evində müalicə olunmuşdur. Həmin dövrdə komandiri Səmədov Əhməd ona baş çəkmiş, sağaldıqdan sonra ehtiyac olarsa çağıracağını bildirmişdir. Həmin dövrdə ölkədə yaşanan siyasi qarışıqlıq, hərbi sistemdə baş qaldıran hərc-mərclik səbəbindən bir daha hərbi xidmətə çağrılmamışdır. Bildirmək istərdim ki, 20N8-ci ilədək bu işlərlə (veteranlıq) heç vaxt maraqlanmamış və dövlətdən heç bir təmənnası olmamışdır. Lakin cəmiyyətdə bəzi şəxslərin "müharibə veteranı" adı ilə müxtəlif imtiyazlardan istifadə etməsi onda mənəvi-pisixaloji depressiya yaratmışdır. Bu səbəbdən "müharibə veteranı" adı almaq üçün bir sıra orqanlara müraciət etmiş, lakin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığı üçün həmin adın ona verilməsindən imtina olunmuşdur. Bu yanaşma qanunvericilik aktlarının tələbi ola bilər, ancaq o, vətən torpaqları uğrunda döyüşmüş, komandirlərinin əmrlərini yerinə yetirmiş və qəti surətdə fərarilik etməmişdir. Sənədləşdirmənin düzgün aparılmaması onun günahı deyildir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, iddiaçının xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti, N993-cü ildə stasionar müayinə və müalicədə olması, həmçinin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığından ona “Müharibə veteranı" adının verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, hərbi xidməti N992-N993-cü illərdə 7 ay müddətində olmuşdur. Həmin müddət ərzində Fərrux dağı ətrafında döyüşlərdə iştirak etmişdir. Müharibə zamanı donvurmadan müalicə olunmuşdur. N993-cü ildə evə qayıtmış, müalicəsini davam etdirmiş, sağalandan sonra isə N993-cü ildə ölkəni tərk edərək Rusiya Federasiyasına getmiş, 2004-cü ildə geri qayıtmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Şəki RHK-dan çağırılmış, 732(703) №li hərbi hissə komandirinin N2 avqust N992-ci il tarixli 08 №li əmrilə (əsas: § N, səh-7, sıra-5) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. 732(703) №li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 40 №li əmrilə (əsas: § N, səh-3N, sıra-N68, əmrdə adı və atasının adı tam yazılmamışdır) manqa komandiri sıravi İddiaçı döyüş əməliyyatları bölgəsinə döyüş növbəsinə gedərək 3 qat pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Müalicəsini davam etdirmək üçün təmir bölüyünün manqa komandiri sıravi İddiaçı 732(703) №li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N24 №li əmrilə (əsas: § N, səh-27, sıra-N5) hərbi hospitala göndərilmişdir. Qeyd edirik ki, 732(703) №li hərbi hissə komandirinin mart, aprel N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-5573 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, 732(703) №-li hərbi hissə komandirinin mart, aprel N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı, hərbi xidmətinin 7 ay çəkməsini, donvurmadan müalicə almasını və N993-cü ildən sonra faktiki olaraq hərbi xidmətini davam etdirməməsini bildirmişdir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-918/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-918/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver