Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-919/2020 08.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Rüstəmzadə Səmayə Abdurəhim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Yevlax Rayonu Cırdaxan Bələdiyəsinə qarşı “147031 manat mədən vergisi tutulması barədə Yevlax rayonu Cırdaxan Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 07 saylı qərarının və “xxxxxxx” MMC-Konsultinq və Qiymətləndirmə şirkətinin xx xxxx 2018-ci il tarixli mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Yevlax Rayonu Cırdaxan Bələdiyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixində poçt vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur.) “147031 manat mədən vergisi tutulması barədə Yevlax rayonu Cırdaxan Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 07 saylı qərarının və “xxxxxxx” MMC-Konsultinq və Qiymətləndirmə şirkətinin xx xxxx 2018-ci il tarixli mütəxəssis rəyinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. ünvan 1 mənzil 20 ünvanında yaşayan iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli AZ6600/********** nömrəli teleqram göndərərək, hazırda əlavə sübutların toplanması və iddia tələbində dəqiqləşdirmə edilməsi ilə bağlı hazırkı iddiaya baxılmasını istəmədiyini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın geri götürülməsinə etiraz etmədiyi bildirdi. Məhkəmə, teleqramı iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə göndərdiyi teleqramdan görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Yevlax Rayonu Cırdaxan Bələdiyəsinə qarşı “147031 manat mədən vergisi tutulması barədə Yevlax rayonu Cırdaxan Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 07 saylı qərarının və “xxxxxxx” MMC-Konsultinq və Qiymətləndirmə şirkətinin xx xxxx 2018-ci il tarixli mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-919/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-919/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver