Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-920/2020 13.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X28 qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə (üçüncü şəxs: X13) qarşı “Cavabdeh 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə (üçüncü şəxs: X13) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 41 saylı qərarı ilə X10, ailə üzvləri - arvadı X20, oğlu - İddiaçı, qızları - Əliyeva Könül Təvəkkül qızına, X4 və X14 həyətyanı sahə məqsədi ilə 0.06 ha torpaq sahəsi verilmişdir. X5, ailə üzvləri - arvadı X15, oğlu - İddiaçı, qızları - Əliyeva Könül Təvəkkül qızının, X2 və X11 torpağa mülkiyyət hüququ JN-49 B, KOD 40814005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin 0.06 ha torpaq sahəsi X10, ailə üzvləri - arvadı X20, oğlu - İddiaçı, qızları Əliyeva Könül Təvəkkül qızına, X4 və X14 ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin torpaq sahəsi cavabdehlər X23, X16, X21 və X17 tərəfindən zəbt edilmiş və onlar tərəfindən qeyri-qanuni istifadə edilir. Bundan başqa iddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin sərhədlərinə hasar çəkmək və darvaza qoymaq istəyir, lakin cavabdehlər X23, X16, X21 və X17 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin sərhədlərinə hasar çəkilməsinə və darvaza qoyulmasına mane olurlar, imkan vermirlər. Belə ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 41 saylı qərarı ilə X10, ailə üzvləri - arvadı X20, oğlu - İddiaçı, qızları Əliyeva Könül Təvəkkül qızına, X4 və X14 həyətyanı sahə məqsədi ilə verilmiş 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərar qəbul edilmişdir. Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 41 saylı qərarı ilə X10, ailə üzvləri - arvadı X20, oğlu - İddiaçı, qızları - Əliyeva Könül Təvəkkül qızına, X4 və X14 həyətyanı sahə məqsədi ilə verilmiş 0.06 ha torpaq sahəsi və Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarda sözügedən 0.12 ha torpaq sahəsi yerində faktiki ölçülərkən, rəsmi sənədlərdə göstərilən sərhədlərlə üst-üstə düşür. Belə ki, JN-49 B, KOD 40814005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə D-dən E-yə kimi gediş-gəliş yerləri kimi qeyd olduğu halda, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarında qeyd olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeyd alındıqdan sonra həmin ərazi X1. Bunun nəticəsində JN-49 B, KOD 40814005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı kordinat sürüşməsi yaranmışdır. Bu səbəbdən hesab edir ki, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli 13 saylı qərarı ləğv edilməlidir. Bələdiyyənin mülkiyyət hüququ qeydə alındıqdan sonra onun mülkiyyətində olan torpaq sahəsi sürüşmə nəticəsində qonşunun hasar çəkdiyi əraziyə düşür. Həmin ərazidə 0.12 ha bələdiyyə mülkiyyəti olmadığı halda, elektron bazada sürüşmə edilmiş, həmin əraziyə bələdiyyə mülkiyyəti kimi 0.12 ha torpaq sahəsi yerləşdirilmişdir. Bununlada İddiaçı və ailə üzvlərinin hüquqları kobud şəkildə pozulur. Üçüncü şəxs etirazında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə qərarının və çıxarışının ləğv edilməsini istəyən İddiaçı Göyçay Rayon Məhkəməsində torpaq sahəsindən çıxarılmağa dair iddia qaldırmışdır. Ekspertiza təyin edilmiş son nəticədə həmin torpaq sahəsinin ona məxsus olan sahə ilə üst-üstə saxlanmışdır. İddiaçı ilə bizim aramızda uzun illərdir ki, torpaq mübahisəsi vardır. Belə ki, həmin iddia üzrə Göyçay Rayon Məhkəməsində işə baxılmış və ekspertiza təyin olunmuşdur. Ekspertizanın rəyinə əsasən, torpaq sahələrinin üst-üstə düşməməsi aydınlaşdırılmışdır. Bu səbəbdən İddiaçı ərizə verərək işi baxılmamış saxlamışdır və yenidən, İnzibati Məhkəmədə iddia qaldırmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı xx.xx.2020-ci il tarixli telegram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan JN seriyalı 049B seriyalı KOD 40814005 nömrəli torpağın mülkiyyətə verilməsinə şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Göyçay rayon X19 xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə X22 və ailə üzvlərinə 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ərəbcəbirli Bələdiyyəsinin xx.xx.2016 cı il tarixli Qərarından görünür ki, Ərəbcəbirli bələdiyyəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin həyətyanı məqsədi üçün hər sotu 40 manatdan satılması qərara alınmışdır. İş materiallarında olan Ərəbcəbirli Bələdiyyəsinin xx.xx.2016 cı il tarixli Qərarından görünür ki, Ərəbcəbirli bələdiyyəsinin Mirzəhüseynli ərazisində alqı-satqı predimenti olan 0.12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmağı qərara alınmışdır. İş materiallarında olan A seriyalı 083013 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən **********66 reystr nömrəli 0.12 ha torpaq sahəsinin hüquqi sahibi Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsidir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən **********66 reystr nömrəli 0.12 ha torpaq sahəsi Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsi tərəfindən Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən **********66 reystr nömrəli 0.12 ha torpaq sahəsi X1. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)- 22/2020 saylı Qərardadından görünür ki, İddiaçı cavabdehlər X18, X7, X12 və X8 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. İş materiallarında olan A seriyalı 244156 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli DƏDRX-dən Çıxarışın surətindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2016-cı il 03 oktyabr tarixində qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-22/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər X18, X7, X12 və X8 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Hazırkı iş üzrə mübahisələndirilən qərardan iddiaçı ən azından xx.xx.2020-ci il tarixində məlumatlı olmuşdur. Bundan başqa iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2020-ci tarixli məktubundan da müəyyən olunur ki, o bələdiyyəyə xx.xx.2020-ci ərizə ilə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Buradan da göründüyü kimi iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, onu almış, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, məhkəməyə xx.xx.2020-cu il tarixində poçt vasitəsi ilə müraciət etməklə (iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəmənin dəftərxanasına daxil olmuşdur.) həmin aktı mübahisələndirmə imkanını itirmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə (üçüncü şəxs: X13) qarşı “Cavabdeh 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-920/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-920/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver