Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-922/2020 16.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "ona məxsus 180 kv.m sahəsi olan fərdi yaşayış evinin müvafiq qeydəalmanın və sənədləşmənin həyata keçirilməsindən cavabdehlərin imtinasının qeyri-qanuni hesab edilməsi, fərdi yaşayış evinin texniki pasportunun alınması üçün maneənin aradan qaldırılması və müvafiq qeydəalma öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı "ona məxsus 180 kv.m sahəsi olan fərdi yaşayış evinin müvafiq qeydəalmanın və sənədləşmənin həyata keçirilməsindən cavabdehlərin imtinasının qeyri-qanuni hesab edilməsi, fərdi yaşayış evinin texniki pasportunun alınması üçün maneənin aradan qaldırılması və müvafiq qeydəalma öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində aşağıdakı formal xətalar müəyyən edilmişdir. Əvvəla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.3-cü maddəsinə görə, iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbi də göstərilməlidir. İddiaçı hüquqi marağı evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarət olduğu, bu səlahiyyət isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məxsus olduğu halda, iddia ərizəsində cavabdeh kimi Cavabdeh1 də göstərilmiş, lakin həmin cavabdehə qarşı tələbin nədən ibarət olması göstərilməmişdir. Bundan başqa, Cavabdeh1 ayrıca inzibati orqan olmadığına görə həmin şöbənin cavabdeh kimi göstərilməsi yolverilməzdir. Əgər iddiaçının həmin şöbənin işçilərinin hərəkətləri ilə bağlı hər hansı iddiası vardırsa, iddia ərizəsində cavabdeh kimi həmin şöbə deyil, Ağdaş Rayon İcra Hakimiyyəti göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə tələb öhdəliyin icrası haqqında iddialara aid olduğuna görə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı eyni tələblə inzibati orqanın özünə müraciət etməlidir. Lakin işdə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməsini təsdiq edən sübut yoxdur. Bundan əlavə, iddia ərizəsinə evə iddiaçının mülkiyyət hüququnun olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı evin tikilməsi barədə məlumatlandırma icraatı qaydasında Ağdaş RİH-ə evi inşa etməzdən əvvəl deyil, evin tikintisi başa çatdıqdan sonra müraciət etmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə uyğun olaraq, həmin ev özbaşına tikinti sayılır və həmin Məcəllənin 180.3-cü maddəsinə uyğun olaraq, iddiaçı özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması barədə ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edə bilər. Məhkəmənin 27.04.2020-ci il tarixli məktubu ilə həmin formal xətalar İddiaçı diqqətinə çatdırılaraq, onların aradan qaldırılması üçün 1 ay müddət təyin edilmiş və əks təqdirdə iddianın mümkün sayılmaması məsələsinin müzakirə olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş, 04.05.2020-ci ildə imza etdirilməklə ona çatdırılmış, lakin təyin olunmuş müddət ərzində iddiaçı nə formal xətaları aradan qaldırmamış, nə də məhkəmənin məktubuna cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsində deyilir ki, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "ona məxsus 180 kv.m sahəsi olan fərdi yaşayış evinin müvafiq qeydəalmanın və sənədləşmənin həyata keçirilməsindən cavabdehlərin imtinasının qeyri-qanuni hesab edilməsi, fərdi yaşayış evinin texniki pasportunun alınması üçün maneənin aradan qaldırılması və müvafiq qeydəalma öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-922/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-922/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver