Məhkəmə qərarları › İş №2-1(116)-922/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-922/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-922/2025 17.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 12 saylı Şəki ərazi idarəsinə qarşı “JN-382 L saylı şəhadətnaməyə əsasən ümumbirgə mülkiyyətə verilmiş Qax Güllük kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində (şəhadətnamənin koordinatlarının faktiki istifadə olunan yeriinə düzəliş edilməklə) X8, X9 və X10 ilə ümümbbirgə mülkiyyət hüquqlarının daşınmaz əmmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Qax rayonu Güllük kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın vı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, JN-382 L saylı şəhadətnaməyə əsasən ümumbirgə mülkiyyətə verilmiş Qax rayonu Güllük kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində (şəhadətnamənin koordinatlarının faktiki istifadə olunan yeriinə düzəliş edilməklə) X8, X9 və X10 ilə ümümbirgə mülkiyyət hüquqlarının daşınmaz əmmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-3821, KOD 40306018 nömrəli Şəhadətnaməyə əsasən, Qax rayon Aqrar İslahat Komissiyasının 22,04.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsi Qax rayonu Güllük kənd sakinləri X8, X9, İddiaçı Camalisa oğlu və X7 mülkiyyətinə verilmişdir. Mərhum X1 xx.xx.2010-cu il tarixdə, mərhum anası X9 isə 12.11,2014-cü il tarixdə ölmüşlər. Valideynlərinin ölümü ilə bağlı qeydiyyat orqanı tərərindən 398689 və 682530 nömrəli ölüm haqqında şəhadətnamələr verilmişdir Valideynlərinin ölümündən sonra onların ölüm haqqında şəhadətnamələrini və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni aidiyyəti üzrə Qax rayon notariat ofisinə təqdim edərək, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir, Qax rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli V-142/2016 və V-143/2016 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2010-cu ıl tarixdə ölmüş X4 və xx.xx.2014-cu ıl tarixdə ölmüş X5 vərəsəsi Qax rayonu Güllük kəndində yaşayan oğlu - İddiaçıdur və o, həmin miras əmlakdan tam hissədə pay almalıdır. Bundan əlavə, 22 may 2005-ci il tarixli vəsiyyətnamə ilə X1 Qax rayonu Güllük kəndində yerləşən mənzilini İddiaçı Camalisa oğluna vəsiyyət etmişdir. Bundan sonra İddiaçı 20 iyun 2024-cü ildə ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə Qax rayonu Güllük kəndində yerləşən 0.08 ha torpaq sahəsinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 18 iyul 2024cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə cavab məktubu ilə bildirilmişdir ki, sənəd üzrə torpaq sahəsinin yerləşmə sxemi ilə faktik vəziyyəti fərqli olduğundan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəmin icrasından imtina edilmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, aqrar islahat komissiyasının 22,04.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X1 07.0 1.2010-cu il tarixdə, anası X9 isə xx.xx.2014-cu il tarixdə ölmüşlər. Valideyinlarinin ölümündən sonra o, sənədləri Qax rayon notariat ofisinə təqdim edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qax rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli V-142/2016 və V-143/2016 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2010-cu il tarixdə ölmüş X4 və xx.xx.2014-cu il tarixdə ölmıiş X6 vərəsəsi Qax rayonu Güllük kəndində yaşayan oğlu - İddiaçıdur və o, həmin miras əmlakdan tam hissədə pay almalıdır. Göründüyü kimi 1998-ci il tarixdən qeyd edilən 0.08 ha torpaq sahəsi ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin tarixdən hıı günə kimi qeyd edilən torpaq sahəsindən onlar istifadə edir. Ancaq inzibati orqan olan 12 saylı Şəki ərazi idarəsi heç bir əsas olmadan mülkiyyət hüquqlarının qeydə alınmasında əsassız olaraq imtina vermişdir. Cavabdeh orqan etirazını torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü ilə faktiki vəziyyətinin fərqli olduğunun müəyyən edilməsi ilə əsaslandırır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunnmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. 20.06.2024-cü il tarixli Qnun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə, xx.xx.2005-ci il tarixli Vəsiyyətnamə;

3. AZ-İ 398689, AZ-İ 682530 nömrəli Ölüm haqqında şəhadətnamələr;

4. JN-382F kod, JN-373F, nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr;

5. Qax Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş Qax rayon Aqrar İslahat Komissiyasının 22,04.1998-ci il tarixli 05 nömrəli qərarı və təsərrüfatbaşına kitabdan çıxarış;

6. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Kadastr və Yerquruluşu Lyihə- Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi və digər sənədlər;

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının mərhum X1 və digər ailə üzvlərinin adına JN-382İ kod 40306018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı JN-382 L saylı şəhadətnaməyə əsasən ümumbirgə mülkiyyətə verilmiş Qax rayonu Güllük kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində (şəhadətnamənin koordinatlarının faktiki istifadə olunan yeriinə düzəliş edilməklə) X8, X9 və X10 ilə ümümbbirgə mülkiyyət hüquqlarının daşınmaz əmmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi verilməsindən ibarətdir. Cavabdeh imtinasının əsasını torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü ilə faktiki vəziyyətinin fərqli olması təşkil edir. İşin araşdırılması ilə bağlı mütəxəsis rəyində qeyd edilir ki, naturada göstərilən torpaq sahəsi 1160 kv.m olub döngə nöqtələri,koordinatları, üzərində yerləşən köməkçi tikili tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi X2 kateqoriyasına aid, (TEKUİS məlumat bazasına əsasən uqodiyası - bir hissəsi Tikinti altında olan torpaqlar,bir hissəsi çoxillik əkmələr ) olmaqla Güllük bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. lddiaçının nümayəndəsinin bildirdiyinə görə həmin torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. İddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən 1160 kv.metr torpaq sahəsi JN-328İ saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi ilə üst-üstə düşmür. lddi olunan torpaq sahəsi ilə JN-328İ tamamilə fərqli ərazidə yerləşir. İddia olunan torpaq sahəsi sərhədlərinin bir hissəsi çay daşı və metal tor ilə digər qonşu torpaq sahələrindən ayrılmışdır. Tərtib edilmiş yerqurluşu planında iddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən 1160 kv.metr torpaq sahəsi, bu torpaq sahəsinin digər torpaq mülkiyyətçilərinə məxsus **********85 və **********93 nömrəli çıxarışlarla üst-üstdə düşən hissələri göstərilmişdir. JN-382İ saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən 1160 kv.metr torpaq sahəsi DWG faylına əsasən 1038BB/0.09 ha torpaq sahəsi ilə qismən uyğunluq təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən 1160 kv.metr torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi üst-üstə düşmədiyindən (hüquqi marağına əsasən konkret hissə və ölçü göstərilməklə) koordinatların təqdim edilməsi mükün olmamışdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları həqiqətən də faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin məhkəmə imtinanı əsassız sayaraq qeyd edir ki, iddia olunan torpaq sahəsinin faktiki vəziyyətinin fərqli olması, iddiaçı və ailə üzvlərinin yaranmış mülkiyyyət hüquqlarının qeydə alınması və rəsmiləşdirilməsini maneə deyildir. Belə ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun əsası kimi hüquqmüəyyənedici sənəd təqdim edilmişdir. Qax rayon Aqrar İslahat Komissiyasının 22. 04.1998-ci il tarixli 05 nömrəli qərarı ilə JN-382İ kod 40306018 nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə” əsasında 0,08 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən həmin sənədin ləğv edildiyi və ya etibarsız hesab edildiyinə dair sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə əsas müəyyən edilməmişdir. Qeyd olunan “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə”nin əsasında iddia oluna torpaq sahəsi aqrar islahat zamanı mülkiyyətə verildiyindən hazırda cavabdehin faktiki hərəkəti (vəzifəsi) təkrar mülkiyyət hüququnun qeydə alınması və yeni nümunəli çıxarışın verilməsindən ibarət olmuşdur.Bu baxımdan da məhkəmə hesab edir ki, JN-382İ kod 40306018 nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə” torpaq üzərində mülkiyyət hüququnun yaranması əsası kimi (hüquqmüəyyənedici sənəd kimi) qəbul edilməli və şəhadətnamənin koordinatlarının “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi baxımından faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəliş edilməklə onun əsasında mülkiyyət hüququ qeydə alınmalıdır. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçı və ailə üzvlərinin adına verilmiş JN-382İ saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə torpaq sahəsinin koordinatlarını faktiki istifadə olunan torpaq sahəsinin koordinatlarına uyğun olaraq düzəliş etməli və bu koordinatlar əsasında iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsi: 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Yuxarıda qeyd olunanlara əsasən iddia təmin edilməli, JN-382 L saylı şəhadətnaməyə əsasən ümumbirgə mülkiyyətə verilmiş Qax rayonu Güllük kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində (şəhadətnamənin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun düzəliş edilməklə) X8, X9 və X10 ilə ümümi birgə mülkiyyət hüquqlarının daşınmaz əmmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə JN-382İ saylı şəhadətnaməyə əsasən ümumbirgə mülkiyyətə verilmiş Qax rayonu Güllük kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində (şəhadətnamənin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla) İddiaçı,X8, X9 və X7 ümümi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar