Məhkəmə qərarları › İş №2-1(116)-923/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-923/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-923/2020 06.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə mərhum atası X3 verilmiş 499,35 m2 həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıbX2 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə mərhum atası X3 verilmiş 499,35 m2 həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıbX2 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasında onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə mərhum atası X3 499,35 m2 həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair atasının adına planı və ölçüsü sənədi hazırlanıb verilmişdir. Sözügedən torpaq sahəsi Dövlət kadastr kitabında 17.09.2010-cu il tarixdə 319 nömrə ilə qeydiyyata alınmışdır. Atası 09.11.2016-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra sözügedən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmişdir. Lakin sonuncu bundan imtina etmişdir. Hesab edir ki, imtina tam əsassızdır. Cavabdeh etirazında bildirmişdir ki, Xasıyev X1 şəhərində yerləşən 0.05 ha bağtorpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə baxılmış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış-olan əsaslardan biri ərizəyə əlavə etməklə Mingəçevir şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinə rəsmi müraciət etdiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi barədə cavab məktubu ünvanlanmışdır. İddiaçı cavab məktubu aldıqdan sonra bu məsələ ilə bağlı idarəyə deyil, hansı səbəbdənsə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Onun idarəyə müraciət etməməsi səbəbindən sözügedən torpaq sahəsində mütəxəssis tərəfindən həmin əraziyə baxış keçirilməmiş, inventarlaşdırma işləri aparılmamış və onun döngə nöqtələrinin koordinatları müəyyən edilməmiş, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmadığı üçün sərəncamda qeyd olunan tələblərə münasibət bildirilməsi mümkün deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. İddiaçının imtina kimi ərizəsinə əlavə etdiyi cavabdehin 25.02.2019-cu il tarixli məktubundan da, ona müraciətindən imtina edilmədiyi müəyyən olunur. İddiaçıya qanunvericiliyə uyğun olaraq tələb olunan sənədləri təqdim etmək təklif olunmuş, o isə bunu etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bu səbəblərdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3, 80, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə mərhum atası X3 verilmiş 499,35 m2 həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıbX2 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar