Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-927/2020 25.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 nömrəli 29.02.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7-ci bəndinə əsaslanaraq 01.10.2016-cı il tarixli, 941 nömrəli qərarın qismən (Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndinə istinad olunan hissədə) “yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” qeydi hissəsində ləğv edilməsi və xəstəliyinin səbəbli əlaqəsinin “Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilməklə yeni qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 nömrəli 29.02.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7-ci bəndinə əsaslanaraq 01.10.2016cı il tarixli, 941 nömrəli qərarın qismən (Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndinə istinad olunan hissədə) “yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” qeydi hissəsində ləğv edilməsi və xəstəliyinin səbəbli əlaqəsinin “Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilməklə yeni qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı 13 sentyabr 1994-cü il tarixində Zaqatala rayonu Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə xidmət keçmişdir. Müvafiq hərbi hissənin tərkibində Tərtər rayonu ərazisində olan döyüş mövqelərində xidmət etmişdir. 1997-ci ilin iyul ayının 6-da Tərtər bölgəsində döyüş mövqeyində olduğu zaman döş qəfəsindən güllə yarası almışdır. 08.07.1997-ci il tarixdən 04.09.1997-ci il tarixədək N nömrəli hərbi hissədə müalicə və müayinə olunmuşdur. Yaralanma diaqnozu “Döş qəfəsinin sağ yarısının daxilə keçməyən güllə yarası” olmuşdur. 24.09.1997-ci il tarixdən 19.11.1997-ci il tarixinədək Mərkəzi Hərbi Klinik Hospitalında həmin diaqnozla müalicə və müayinə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası 01.10.2016-cı il tarixli, 941 nömrəli Qərarla “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 2-ci maddəsinin “c” yarımbəndinə əsasən xəstəliyin qazanma səbəbini “yaralanmadır, hərbi xidmət dövründə almışdır” təyin etmişdir. İddiaçı Azərbaycan Respublikasının azadlığı uğrunda, suverenliyinin müdafiəsində olduğu zaman güllə yarası alımışdır. Lakin cavabdeh orqan onun xəstəliyinin mənbəyinin Azərbaycan Respublikasının müdafiəsi zamanı, azadlığı uğrunda döyüşlər zamanı aldığı xəsarətlər deyil, hərbi xidmət dövrü alınmış xəsarət kimi qeyd etmişdir. Bu səbəbdən də cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, Zaqatala RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən 06.07.1997-ci ildə aldığı və 08.07.1997-ci ildən 14.09.1997-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu "Döş qəfəsinin sağ yarısının daxilə keçməyən güllə yarası” və 24 09.1997-ci ildən 19.11.1997-ci ilə kimi MN Mərkəz Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu "Döş qəfəsinin sağ yarısına işləməyən dəlib keçən güllə yaralanmasının nəticəsi” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK tərəfindən 01.10.2016-cı il tarixdə “Yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3 bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin İddiaçı xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin edilməsi mümkün deyildir. Vətəndaş İddiaçı təyin edilmiş xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2 bəndinin “a" yarımbəndinin tələblərinə ziddir. Vətəndaş İddiaçı təyin edilmiş xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskression səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1 -ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı C.Uluxan qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Vətəndaş İddiaçı eyni iddia tələbi ilə 2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 16.09.2019-cu il tarixli 2-1 (84)- 992/20 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Vətəndaş İddiaçı məhkəmə həmin qərardadından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 05.12.2019-cu il tarixli 2-1(107)-684/2019 saylı qərardadı ilə X2 Məhkəməsinin qeyd olun qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2019-cu il tarixli 2- 1(84)-992/2019 nömrəli qərardadından görünür ki, iddiaçıeyni tələblə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 16.09.2019-cu il tarixli 2-1(84)-992/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçının qərardaddan verdiyi apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 05.12.2019-cu il tarixli 2-1(107)- 684/2019 saylı qərardadı ilə təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2019-cu il tarixli 2-1(84)-992/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə işin faktiki hallarını, yuxarıda qeyd olunan prosessual normaları nəzərə alaraq hesab edir ki, artıq bir dəfə iddiaçı tərəfindən qeyd olunan tələblə məhkəmədə iddia qaldırılmış və məhkəmə tərəfindən müddətin ötürülməsi səbəbindən iddia mümkün sayılmamışdır. İddiaçı yenidən eyni iddia tələbi ilə müraciət etmiş və müddətin ötürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olduğundan iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 nömrəli 29.02.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7-ci bəndinə əsaslanaraq 01.10.2016-cı il tarixli, 941 nömrəli qərarın qismən (Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndinə istinad olunan hissədə) “yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” qeydi hissəsində ləğv edilməsi və xəstəliyinin səbəbli əlaqəsinin “Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilməklə yeni qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-927/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-927/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver