Məhkəmə qərarları › İş №2-1(116)-927/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-927/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-927/2022 05.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 Qax Rayon Aqrar İslahat Komissiyasının 30.12.2007-ci il tarixli 02 nömrəli qərarı ilə rəsmiləşdirilmiş Qax şəhər Bələdiyyəsinin inzibati ərazisində yerləşən 1999,99 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılaraq uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 Qax Rayon Aqrar İslahat Komissiyasının 30.12.2007-ci il tarixli 02 nömrəli qərarı ilə rəsmiləşdirilmiş Qax şəhər Bələdiyyəsinin inzibati ərazisində yerləşən 1999,99 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılaraq uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddia tələbini "X4 məxsus fərdi yaşayış evinə və 1999,99 kv.m həyətyanı torpaq sahəsində olacaq subyektlərin siyahısında göstərilmiş X3 adının hüquq sahiblərinin siyahısına daxil edilməməklə texniki pasport və reyestrdən çıxarış verilməsi" kimi ifadə etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin iddia tələbi tam aydın deyil. Belə ki, iddiaçının texniki pasportun və reyestrdən çıxarışın yalnız yaşayış evinə, yoxsa yaşayış evi ilə yanaşı həm də 1999,99 kv.m həyətyanı torpaq sahəsinə verilməsini tələb etməsi bəlli olmur. Ona görə də məhkəmənin 14.03.2022-ci il tarixli məktubu ilə iddiaçıya iddia tələbini, eləcə də X1, iddiaçı ilə qohum olubolmadığını, hansı ünvanda yaşadığını, onun adının subyektlər siyahısına niyə daxil edilməsini, onun adının texniki pasportda və reyestrdən çıxarışda niyə göstərilməli olmamasını yazılı şəkildə izah etməsi təklif olunmuşdur. Lakin İddiaçı məhkəməyə 28.04.2022-ci il tarixli ərizə göndərərək, hazırda işə baxılmasını istəmədiyini bildirmiş və sənədlərin əsllərinin özünə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı iddia sənədlərinin geri qaytarılmasını xahiş etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçıların hazırkı ərizəsi onların 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 Qax Rayon Aqrar İslahat Komissiyasının 30.12.2007-ci il tarixli 02 nömrəli qərarı ilə rəsmiləşdirilmiş Qax şəhər Bələdiyyəsinin inzibati ərazisində yerləşən 1999,99 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılaraq uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar