Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-929/2020 09.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Rüstəmzadə Səmayə Abdurəhim qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı (X4) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməməsi faktının təsdiqi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı əsassız Qərarın ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (X4) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməməsi faktının təsdiqi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı əsassız qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci il tarixdə Şəki rayonu, Fazıl kəndində anadan olmuşdur. 1990-cı il noyabr çağırışı ilə hərbi xidmət üçün Azərbaycanı tərk etmiş, hərbi xidmətdən sonra Rusiya Federasiyasının, Sverdlovsk vilayəti, Pervouralsk şəhərində evlənmiş (1 övladı var) və bir daha Azərbaycana geri dönməmiş və həyatını RF-da davam etdirmişdir. Hal-hazırda RF, Sverdlovsk vilayəti, Pervouralsk şəhəri, Staxanovskaya küçəsi, ev 22A-da qeydiyyatda olmaqla yaşayır. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycanın heç bir orqanında qeydiyyatı olmamışdır. İddiaçı RF vətəndaşlığını qəbul etmiş və pasport almışdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməməsi faktının təsdiq edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə qəbul edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı Qərarla iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətini tanımışdır. İddiaçının qeydiyyatda olduğu ünvan 1i ünvanına xx xxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək iddiası üzrə hazırkı cavabdeh Azərbaycan Respublikası Cavabdeh tələbinə cavab verməli orqan olmadığı bildirilmiş və cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini qeyd qeyd etməsi iddiaçıya təklif edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini hazırkı iş üzrə cavabdeh olaraq qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğundan daxil olan xx.xx.2018-ci il tarixli 37774/m saylı müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılması barədə xx.xx.2018-ci il tarixdə ******* nömrəli arayış təqdim edilmişdir. Hesab edilir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı iddia ərizəsində xx.xx.1972-ci il tarixdə Azərbaycan SSR, Şəki rayonu, Fazıl kəndində anadan olduğunu,1990-cı il tarixdə (kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən isə 1992-ci ildə) Azərbaycanı tərk etdiyini və bu səbəbdən onun ölkə ərazisində heç bir qeydiyyatının olmadığını bildirsə də, MAPS sorğusuna əsasən şəxsin xx.xx.1990-cı il tarixdən bugünədək qeydiyyatı mövcud olmuşdur. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkə vətəndaşı sayıldığı müəyyən edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın əsassız olduğunu qeyd edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Yekatrinburq şəhərindəki Baş Konsulluğunun xx xxxxxx 2018-ci il tarixli, G/3-272/18 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi məqsədi ilə müraciət edən X1 surəti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. İş materiallarında olan “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Yekatrinburq şəhərindəki Baş Konsulluğunun xx xxxxxx 2018-ci il tarixli, 37774/m daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxaraq xx xxxx 1972-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli, 018-8317M-3219 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət ünvanlamış və cavab olaraq ona bildirilmişdir ki, xx.xx.1990-cı ildə Şəki şəhər Daxili İşlər Şöbəsindən aldığı XXİİİ-JQ seriyalı 591819 nömrəli keçmiş SSRİ pasportu ilə xx.xx.1990-cı il tarixdən Şəki rayonunun Fazıl kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin edilməmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli, K/M-3325 nömrəli məktubundan müəyyən edilir ki, iş üzrə iddiaçı X4 cavabdehin ünvanına xx.xx.2019-cu il tarixdə daxil olmuş və M-5005 (5888/ə) daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş ərizə ilə müraciət etmiş və müraciətinə cavab olaraq ona bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Yekatrinburq şəhərindəki Baş Konsulluğunun xx.xx.2018-ci il tarixli, G/3- 272/18 nömrəli sorğusu əsasında vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2018-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmiş və həmin qərar onun ünvanına göndərilmişdir. İş materiallarında olan AR DİN-in “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 0xx/xx- 4090 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, xx.xx.1972-ci il təvəllüdlü X4 xx.xx.1990-cı il tarixdən Şəki rayonunun Fazıl kəndində qeydiyyatdadır. İş materiallarında olan Şəki şəhər İH başçısının İbrahimkənd kənd nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 107 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı 1992-ci ildə hərbi xidmətdən Azərbaycana geri qayıtmış və həmin ilin axırlarında Azərbaycanı tərk etmiş və bir daha geri qayıtmamışdır. İddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra nümayəndəlik ərazisində Pasport və Hərbi qeydiyyata düşməmiş, Azərbaycan Respublikası öz müstəqillyini elan etdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək üçün heç bir sənəd almamışdır. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2018-ci il 24 dekabr tarixində qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı cavabdeh orqana xx.xx.2019cu il tarxidə müraciət etmiş, cavabdeh orqan isə iş materiallarında olan xx.xx.2019-cu il tarixli, K/M-3325 nömrəli məktubla müraciəti cavablandırmış və hazırkı iş üzrə mübahisələndirilən Qərarı iddiaçının ünvanına göndərmişdir. Buradan da göründüyü kimi iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı (X4) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməməsi faktının təsdiqi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı əsassız Qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-929/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-929/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver