Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-93/2020 31.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.04.1992-ci il tarixdən 09.09.1999-cu il tarixdə Rusiya Federasiyasının Silahlı Qüvvələri sırasında xidmət müddətinin nəzərə alınması və pensiya hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair inzibati işə baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.04.1992-ci il tarixdən 09.09.1999-cu il tarixdə Rusiya Federasiyasının Silahlı Qüvvələri sırasında xidmət müddətinin nəzərə alınması və pensiya hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 11.12.2019-cu il tarixli məktubda iddiaçının tələbi üzrə cavab verməli orqanın Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olduğu bildirilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 29.01.2020-ci il tarixli nömrəli yardım məktubu ünvanlanaraq cavabdehi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz etmək təklif olunmuşdur. İddiaçıya bunun üçün 10 (on) gün vaxt verilmişdir. 29.01.2020-ci il tarixdə məktub iddiaçının ünvanına göndərilmiş və 04.02.2020-ci il tarixində xəbərnaməyə imza edilməklə alınmışdır. Cavabdeh tərəfindən yardıma münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı tələbində qeyd olunan müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə pensiyasının yenidən hesablanması və artırılması hüququnun reallaşmasından ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019- cu il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun “İri sığortaedənlərlə iş üzrə Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2003- cü il tarixli 133 nömrəli və “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 11.01.2007-ci il tarixli 06 nömrəli əmrlər ləğv edilmiş, “Xüsusi şərtlərlə təyinat İdarəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında” 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrdə isə qeyd olunmuşdur ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılır. İddiaçının ərizəsi 01.08.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən Fondun rayon (şəhər) şöbələritərəfindən belə təyinatların (“Əmək pensiyaları haqqında” AzərbaycanRespublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərəpensiya təyinatının) həyata keçirilməsi həmin tarixdən dayandırılmış, yəni həmin tarixdən Fondun rayon (şəhər) şöbələrinin bu tələblər üzrə cavabdeh olması istisna edilmişdir. Məhkəmə iclaslarında iddiaçıya cavabdehi düzgün cavabdehlə əvəz etmək təklif olunmuş, onun tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı 01.04.1992-ci il tarixdən 09.09.1999-cu il tarixdə Rusiya Federasiyasının Silahlı Qüvvələri sırasında xidmət müddətinin nəzərə alınması və pensiya hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.04.1992-ci il tarixdən 09.09.1999-cu il tarixdə Rusiya Federasiyasının Silahlı Qüvvələri sırasında xidmət müddətinin nəzərə alınması və pensiya hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-93/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-93/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver