Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-93/2023 16.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-212A saylı Şəhadətnaməyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-212A saylı Şəhadətnaməyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, keçmiş “S.Vurğun” adına kolxozun torpaq sahələrində islahat aparılmamışdan əvvəl, 1995-ci ildə kolxoz idarə heyyətinin qərarı ilə iddiaçıya 0,12 ha torpaq sahəsi verilmişdir. İslahat aparılan zaman isə həmin torpaq sahəsi komissiyanın 28 avqust 1998-ci il tarixli 41 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş və bu barədə ona torpağın mülkiyyətə verilməsinə dair 212 A saylı Şəhadətnamə də verilmişdir. İddiaçı həmin torpaq sahəsini 1995-ci ildən 2016-cı il tarixə kimi istifadə etmiş, hər il də həmin 0,12 ha torpaq sahəsinin vergi və digər xərclərini də ödəmişdir. 2017-ci ildə Göyçay Rayon Məhkəməsində qaldırılmış iddia nəticəsində iddiaçının həmin torpaq sahəsindən çıxarılması haqqında Qətnamə olsa da, Şəki Apellyasiya Məhkəməsi ekspert təyin etmiş, ekspertin rəyinə əsasən Göyçay Rayon Məhkəməsinin məlum Qətnaməsinin iddiaçıya aid olan hissəsini ləğv etmiş və həmin qətnamə hüquqi qüvvəsini almışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********94 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları digər mülkiyyətçiyə məxsus JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üstüstə düşməsi və elektron baza məlumatlarının fərqli olması müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icası mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə JN-212A KOD 40814048 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-256/2021 nömrəli qərarı ilə təmin olunmamış, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)- 370/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-256/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1608/2021 nömrəli qərarı ilə qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-256/2021 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin iş üzrə qərarının 39, 41 və 42-ci bəndlərində qeyd edilmişdir ki, “... həmin qətnamə ilə X3 iddia tələbinin İddiaçı münasibətdə rədd edilməsinə əsas sonuncu tərəfindən torpaq sahəsinin zəbt edilməsinin öz təsdiqini tapmaması olmuşdur. Lakin həmin qətnamədə onlara məxsus torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapmışdır... Beləliklə, sözügedən qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımasa da, qətnamədə istinad edilmiş ekspert rəyi torpaq sahələrinin üst-üstə düşmə faktını göstərdiyindən hazırkı işə baxan məhkəmə öz xidməti vəzifəsindən irəli gələrək bu halı araşdırmalı idi... X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli və mübahisəli hallar onun iştirakı ilə araşdırılmalı idi...”. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-480/2021 nömrəli qərarı ilə X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-52/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sözügedən inzibati iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1041/2022 nömrəli sərəncamının icrasının təmin olunması məqsədilə məhkəməyə cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********84 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatlarında vətəndaşın göstərdiyi torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları digər mülkiyyətçi X5 məxsus **********36 və **********06 reyestr nömrəsilə qeydiyyata alınmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməsi və elektron baza məlumatlarının qismən fərqli olması müəyyən edilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, İddiaçı göstərdiyi torpaq sahəsindən götürülmüş koordinatları DWG baza məlumatlarında yoxlanan zaman məlum olmuşdur ki, sözügedən torpaq sahəsi JN-67A nömrəli pay torpaq sahəsinin üzərinə düşür. Məhkəmənin xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu iddiaçıya ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, işə baxılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə Şəhadətnamələrdə və çıxarışda göstərilən, həmçinin faktiki istifadədə olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin aydınlaşdırılması məqsədilə müvafiq sorğu verilmişdir. Məhkəmənin sorğusu cavablandırılanadək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq Məhkəmə proses iştirakçısı qismində yardım etmə məqsədindən çıxarış edərək iddiaçının nəzərinə çatdırmışdır ki, işin faktiki hallarının tədqiqi nəticəsində JN-212A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsinin və ya onun faktiki istifadə etdiyi torpaq sahəsinin üçüncü şəxs A.Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi: **********) çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi faktının müəyyən ediləcəyi təqdirdə, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranacaqdır. Belə olan halda, iddiaçı ilk öncə mübahisəli torpaq sahəsinə digər şəxslərin adına verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi tələbi ilə çıxış etməli, daha sonra həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etməlidir. Hüquqi yardım məktubunda iddiaçıya məktubda qeyd olunanlarla bağlı münasibət bildirilməsi təklif olunmuş, lakin iddia tərəfi münasibət bildirməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1041/2022 nömrəli qərardadı ilə X2, Məmmədova (Seyidova) Turanə Namiq qızı və X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1041/2022 nömrəli qərardadı ilə X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilməsi zəruri cəlbetməyə dəyişdirilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********16 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilib göstərilən JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən JN-212A (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də ilə iddiaçının mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi, o cümlədən üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün suallara cavab vermək mümkün olmadı. Lakin iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi ilə üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin 0,2486 ha hissəsi üst-üstə düşür. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması zamanı, cavabdehin etiraz məktubu və mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi ilə üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin 0,2486 ha hissəsi üst-üstə düşür. Belə olan halda iddiaçı ilkin olaraq mübahisəli torpaq sahəsinə Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin ləğvi tələbi ilə məhkəmədə iddia qaldırmalı, daha sonra həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, həmçinin məhkəmə iclasında bir daha qanunvericiliyin tələbləri izah olunaraq dinlənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə mübahisəli torpaq sahəsinə Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin ləğvi tələbi ilə məhkəmədə iddia qaldırmalı, daha sonra həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-212A saylı Şəhadətnaməyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-93/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-93/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver