Məhkəmə qərarları › İş №2-1(116)-93/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-93/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-93/2024 17.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhəri, İcraiyyə Komitəsinin 12 dekabr 1974-cü il tarixli 23 nömrəli İcrakom İclasının Qərarı ilə X13 ayrılmış 0,03 ha torpaq sahəsinin JN 1008 A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.02 ha torpaq sahəsi üzərində X15 və şəhadətnamədə adları göstərilən şəxslərin ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin, 0.01 ha torpaq sahəsinin mərhum X13 məxsus olmasına dair elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Zaqatala şəhəri, İcraiyyə Komitəsinin 12 dekabr 1974-cü il tarixli 23 nömrəli İcrakom İclasının Qərarı ilə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı əsasında mərhum X7 adına işlənmiş Zaqatala şəhəri, Vidadi küçəsi ev 18 A-da yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinin plan-ölçüsü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Zaqatala şəhəri, İcraiyyə Komitəsinin 12 dekabr 1974-cü il tarixli 23 nömrəli İcrakom İclasının Qərarı ilə X13 ayrılmış 0,03 ha torpaq sahəsinin JN 1008 A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.02 ha torpaq sahəsi üzərində X7 və şəhadətnamədə adları göstərilən şəxslərin ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin, 0.01 ha torpaq sahəsinin mərhum X13 məxsus olmasına dair elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Zaqatala şəhəri, İcraiyyə Komitəsinin 12 dekabr 1974-cü il tarixli 23 nömrəli İcrakom İclasının Qərarı ilə iddiaçının X3na Vidadi küçəsində qardaşı X2 artıq həyətyanı torpaq sahəsindən 300 kv.m yaşayış sahəsi 60 kv.m mərtəbəyarım olmaqla, fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarı ilə ailəsinə 0.03 ha həyətyanı torpaq sahəsi verilsə də, şəhadətnamədə səhvən 0.02 ha göstərilmişdir. Torpaq sahəsinə dair JN 1008A, kod 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı göstərilən torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi müraciətinə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, müraciətdə qeyd edilən məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Az-İİ ******* seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

2. Az-İİ 847887 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X16 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

3. Cavabdehin 22.112.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

4. 23.03.2006-cı il tarixli JN-1008A saylı həmin Şəhadətnamədən görünür ki, 0,02 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarı ilə X8 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

5. Zaqatala şəhəri, İcraiyyə Komitəsinin 12 dekabr 1974-cü il tarixli 23 nömrəli İcrakom İclasının qərarından çıxarışın surətindən görünür ki, X13 Vidadi küçəsində qardaşı X2 artıq həyətyanı torpaq sahəsindən 300 kv.m yaşayış sahəsi 60 kv.m mərtbəyarım olmaqla, fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Zaqatala şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X15 və ailə üzvləri X9, X10, X11, X12 və X5 adları qeyd olunmuşdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-47/2-4530/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X15 (həmin 1008 nömrəli Şəhadətnamədə mülkiyyətçinin soyadı X1 qeyd edilmişdir) qızına JN 1008A KOD 40201004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən verilmiş 0.02 ha torpaq sahəsi Zaqatala şəhərinin hüdudları daxilində yaşayış məntəqələri torpaqlarına aid fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsidir. Mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi və faktiki istifadəçisi X14r. Torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə vəziyyəti, koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsinin ölçüləri 0.0425 hektardır. İstifadə olunan torpaq sahəsi JN 1008A KOD 40201004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən verilmiş 0.02 ha torpaq sahəsi ilə üst-üstə düşür. Zaqatala şəhəri, İcraiyyə Komitəsinin 12 dekabr 1974-cü il tarixli 23 nömrəli İcrakom İclasının Qərarı ilə ayrılmış 300 kv.m torpaq sahəsinə dair sənədlər təqdim edilmədiyinə görə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən verilmiş 0.02 ha torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İddia olunan və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının X3nın adına qeydə alınmış həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 0.0425 hektardan ibarətdir. Həmin torpaq sahəsinin 0,02 ha torpaq sahəsinə dair X15 və ailə üzvlərinin adına JN 1008A KOD 40201004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı Şəhadətnamə ilə mülkiyyətə verilməyən və faktiki istifadəsində olan 0.01 ha torpaq sahəsinin mərhum X13 məxsus olmasına dair elektron arayışın və 0,02 ha torpaq sahəsi üzərində X15 və şəhadətnamədə adları göstərilən şəxslərin ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir. Yuxarıda qeyd olunan mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin ümumi ölçüsü 0.0425 hektardan ibarətdir. Yəni iddia olunan və hüquqmüəyyənedici sənədləri olan 0,03 ha torpaq sahəsi faktiki istifadədədir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Cavabdehin imtinasının əsasını iddia olunan 0,03 ha torpaq sahəsinin 0,01 ha hissəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə bağlı olmuşdur. İddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası kimi iki hüquqmüəyyənedici sənəd vardır :

1. Zaqatala şəhəri İcraiyyə Komitəsinin 12 dekabr 1974-cü il tarixli 23 nömrəli İcrakom İclasının qərarından çıxarışdan görünür ki, X13 şəhərin Vidadi küçəsində qardaşı X2 artıq həyətyanı torpaq sahəsindən 300 kv.m yaşayış sahəsi ayrılmış və fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir.

2. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarı əsasında JN 1008A KOD 40201004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən 0.02 ha torpaq sahəsi ümumi birgə mülkiyyətə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun : 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, Zaqatala şəhəri İcraiyyə Komitəsinin 12 dekabr 1974-cü il tarixli 23 nömrəli İcrakom İclasının qərarından çıxarışına əsasən ayrılan 0.03 ha torpaq sahəsinin 0.02 ha hissəsi Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş, qalan 0.01 ha hissəsi isə mülkiyyətə verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən mülkiyyətə verilməmiş 0,01 ha hissəsi üzərində mülkiyyət hüququ yaranmışdır. X15 vəfat etdiyindən hazırda həmin torpaq sahəsinin mərhuma məxsus olması barədə qərar qəbul edilə bilər. Göründüyü kimi, iddia olunan torpaq sahəsi aqrar islahatdan əvvəl də X15 və aiklə üzvlərinin istifadəsində olmuşdur. Qeyd olunanlara əsasən iddia təmin edilməli, iddiaçının X3nın adına qeydə alınmış Zaqatala şəhəri Vidadi küçəsində yerləşən (JN-1008A saylı Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,02 ha torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə) 0.01 ha torpaq sahəsinin mərhum X13 məxsus olmasına dair elektron arayışın və 0,02 ha torpaq sahəsi üzərində X15 və şəhadətnamədə adları göstərilən şəxslərin ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN 1008 A nömrəli Şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.02 ha torpaq sahəsi üzərində X15,X16, X17,X11,X12 və X4 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi, Zaqatala şəhəri İcraiyyə Komitəsinin 12 dekabr 1974-cü il tarixli 23 nömrəli Qərarı ilə X13 ayrılmış 0,03 ha torpaq sahəsinin 0.01 ha hissəsinin mərhum X13 məxsus olmasına dair elektron arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar