Məhkəmə qərarları › İş №2-1(116)-93/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-93/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-93/2025 14.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğaçılarına qarşı aparılan hərbi əməliyyatlar zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirakını və yaralanmağını nəzərə almaqla iddiaçının İİ dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəmənin 2-1(114)-2289/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş ümumi səbəbdən İİ dərəcəli əlilliyin əsasında hərbi travma ilə əlaqədar onda mövcud olan xəstəliyin diaqnozunun mətnində uyğunlaşdırılmasını, səbəbinin isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, mütəqilliyinin və konsitutusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını baradə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddiaçı növbəti dəfə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: İddiaçı xx.xx.1989 cu il tarixdən xx.xx.1991-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.Ağdam RHK tərəfindən xx.xx.1992-ci il tarixdə çağrılaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmiş, xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin N №-li əmrinə əsasən xx.xx.1992-ci il tarixdən Artilleriya divizionunun Şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda xx.xx.1992-ci il tarixdən, xx.xx.1996-cı il tarixə kimi Müdafiə Nazirliyinin N №-İi hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə və xx.xx.1994-cü il tarixdə döyüş zonasında xidmət keçərkən Ağdam rayonu uğrunda gedən döyüşlərdə ağır yaralandığına görə ,yaralanmadiaqnoz Sol bud sümüyünün diafizinin burmaarası sınığı ilə budun yuxarı l\3-nin bayır səthinin kor qəlpə yaralanmasından sonra sol bud sümüyünün bitişmiş sınığı,sol budçanaq oynağımın osteoartirozu və kontrakturası,funksiyanın cuzi dərəcədə pozulmasının müddət Mingəçevir şəhər Mərkəzi Xəstaxanasında və Azərbaycan Respublikasının Mərkəzi Hərbi Polikilinikasında müalicədə olduğuma görə müvəqqəti olaraq taborun ştatından çıxarılmışdır. Xəstəliyi lə əlaqədar Mingəçevir MHH-na göndərilmiş, bütün təminatlardan azad edilərək ərzaq attestatı ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən,Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 36 nömrəli əmrinə əsasən şəxsi heyətin siyasından,bütün növ təminatlardan çıxarılaraq Ordu sıralarından azad edilərək qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmişdir,Ağdam RHK-da hərbi qeydiyyata durmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda Müdafiə Nazirliyinin N №-li hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iki dəfə yaralanaraq uzun müddət müalicə olunmağına baxmayaraq vəziyyəti ağır olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 30 saylı Qərarına əsasən “Hərbi Travmadir Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət -Sosial Ekspertiza və Reablitasiya Xidməti 23 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən mənə 3 (üçüncü) qrup əlilik təyin etmişdir. xx.xx.2016-ci il tarixdə vəziyyəti ağır olduğu üçün ona ikinci dərəcəli əlilik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunda müayinədən keçmiş və ona **********/1118 nömrəli Arayış verilmişdir. O, dəfələrlə müxtəlif xəstəxanalarda (Akademik M.Ə.Mirqasımov adına Xəstəxanada iki dəfə,Elmi-Tədqiqat Travıııatolgiya və Ortopedya inistutunda, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında, Kiirdaxanı Sağlamlıq Mərkəzində) müayinə və müalicə olunmuşdur, buna baxmayaraq xx.xx.2022 ci il tarixdə Tibbi- Sosial Ekspert Komissiyasından keçərkən, onun Müharibə ilə əlaqəli əliliyi ləğv edilib və ona Şəkərli diabet İİ tip. Orta ağır forma Diaqnozu qoyaraq Əliliyin səbəbi Ümumi xəstəlik göstərilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Əlilik alt sistemdəki məlumatlara əsasən xx.xx.2003-ci ildə iddiaçı 1 il müddətinə, üçüncü dərəcə əlillik almışdır. xx.xx.2013-cü ildə yenidən müayinədən keçmiş 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, 08.05,2014-cü il də 1 il, xx.xx.2015-ci ildə 1 il müddətinə, xx.xx.2016-cı i! elektron təyinat əsasənda 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2021-ci il, xx.xx.2021 -cİ il, 11,02.2022-ci il tarixdə iddiaçıya imtina edilmişdir. İş üzrə məhkəmə əyani müayinə qərardadı və məhkəmə tibbi ekspertizasını təyin edilməsini xahiş edirik. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 30 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Mingəçevir şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Qoşdan oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0288003AAHBL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 17 nömrəli Qərar verilmişdir, Həmin qərarda “Sol bud sümüyünün diafizinin burmaarası sınığı ilə budun yuxarı 1/3-nin bayır səthinin kor qəlpə yaralanmasından sonra sol bud sümüyünün bitişmiş sınığı, sol budçanaq oynağının osteoartrozu УƏ kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə" dıaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şəkərli-diabetdən və bununla əlaqədar olaraq sağ gözündə görmənin olmamasından şikayətlənmiş, sol budun yuxarı 1/3-də əməliyyat izi, sol belində çapıqlar qeyd olunmuş, əzələ gücü, tonusu normal, reflekslər aşağı ətraflarda bır qədər enmiş, hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlaməti, hərəki məhdudiyyət aşkar edilməmişdir. X2 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 6100 nömrəli Tibbi Rəydə diaqnoz “Vis OD-O, Vis QS-0,6 k/etmir. Monokulvar korluq. Diabetik retinopatiya" kimi müəyyən edilmiş, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022- ci il tarixdə oftalmoloq müayinəsi aparılmış, diaqnoz “Vis OD-"0", Vis QS-0,5-0,6. PDR, PLK,- dan sonra vəziyyət, neovaskulyar glaukoma" kimi müəyyən olunmuş və diaqnoz öz təsdiqini tapmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə'nin 2.2.7 bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul cdilmişdir.Gözdən əlil. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi- sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrr’nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1,5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli Qərarı

2. TSEK-in xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticələri

3. H3 № 5912961-li Hərbi Bilet

4. xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006, xxxxxxx0008 nömrəli qiymətləndirmə nəticələri

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı

6. AR TƏBİB “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubu

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-550/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

8. “Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyi” nin 11 fevral 2025-ci il tarixli ekspert rəyi.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı iddiaçının əliliyinin səbəbəlaqəsinin ümumi xəstəlikdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə dəyişdirilməsindən ibarətdir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya ilk dəfə xx.xx.2003-cü il tarixindən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Əliliyin təyin edilməsi zamanı diaqnoz “Sol budun yuxarı 1/3-nin bayır səthinin kor qəlpə yaralanması, xx.xx.1997. Sol bud sümüyünün yuxarı 1/3 düzgün bitişməyən sınığı, sol bud-çanaq oynağının osteoartrozu və don trakturası. Funksiyanın orta dərəcədə pozulması ilə. Döş qəfəsinin bel nahiyyəsinin və sol budun yuxarı 1/3 nayihəsinin güllə yaralanmasından sonrakı bərkimiş çapıqları” diaqnozu kimi qeyd edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən etibarən isə əlilliyin təyin edilməsi zamanı “Burmadan keçən sınıq Sol budun diafizin iriburmaarası sınığı ilə budun yuxarı 1\3 kor aqəlpə yaralanmasından sonra düzgün bitişməyən sınığı 1994 il Digər postravmatik kontrakturası Sol bud-çanaq və sol diz oynaqlarında kontraktura-hər iki oynaqda bükmə funksiyasının orta dərəcə pozulması Xroniki xolesistit insuldən asılmı olmayan şəkərli diabet Şəkərli diabet İİ tip arta ağır gedlşli Dəqiqləşdirilməmiş хг hepatitXr bepatii Onurğanın dəqiqləşdirilməmiş osteoxondrczu Bcyun fəqərələrinin ostexondrazu kökçük sindromu” diaqnozu qoyulmuşdur. Eyni diaqnoz sonrakı qiymətləndirmələr zamanı dadəfələrlə təsdiqlənərək xx.xx.2021-ci il il tarixədək qüvvədə olmuş əlilliyin təyin edilməsi əsası olmuşdur. MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 17 nömrəli Qərarında da iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir şəhər xəstəxanasında müayinə və müalicə olunduğu qeyd edilmiş, yaralanma diaqnozu “Sol budun yuxarı 1/3-nin bayır səthinin kor qəlpə yaralanması, xx.xx.1997. Sol bud sümüyünün yuxarı 1/3 düzgün bitişməyən sınığı, sol bud-çanaq oynağının osteoartrozu və don trakturası. Funksiyanın orta dərəcədə pozulması ilə” kimi göstərilmişdir. İddiaçı barədə xx.xx.2022-ci il il tarixli qiymətləndirmə aparılarkən yuxarıda qeyd olunan diaqnozun təsdiqini tapmaması və iddiaçıya “İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip. Orta-ağır forma. İnsulin tələbli forma” diaqnozu qoyularaq “ümumi xəstəlik” səbəbi ilə əlillik təyin edilmişdir. Göründüyü kimi digər sübutlarla təsdiq olunur ki, hazırkı əliliyin təyin edilmə diaqnozu “İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip. Orta-ağır forma. İnsulin tələbli forma”ndan ibarət olsa da, lakin şəxs barəsində təyin edilmiş ekspertizanın nəticələrindən də görünür ki, xx.xx.2022-ci il tarixdə onun “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu PHŞ-də müayinəsi zamanı mütəxəssis travmotoloqların müəyyən etdikləri diaqnoz, MN MHHK-nın xx.xx.2003-cü il tariixli 17 №-li qərarında qeyd edilmiş “Sol bud sümüyünün diafızinin burmaarası sınığı İlə budun yuxarı l\3-nin bayır səthinin kor qəlpə yaralanmasından sonra bud sümüyünün bitişmiş sınığı, sol bud-çanaq oynağının osteoartrozu və kontrakturası, funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozun (fəsadıdır) ağırlaşmasıdır. Həmin xəsarətin yaranma səbəbi isə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ” olması MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 17 nömrəli Qərarı, eləcə də iddiaçı barəsində 2003-2016-cı illərdə dəfələrlə qiymətləndirilmə zamanı cavabdehin təyin etmiş olduğu təyinatlarla təsdiq olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. ... 3.5. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)

1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. ... İddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməlidir. Azərbaycan Respublikasının Ali məhkəməsinin 2-1(102)-2437/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən müəyyən edilmiş əlilliyinin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar