Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-930/2020 27.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi Hava Qüvvələri komandanı X3 xx xxxxxxx 2019-cu il tarixli, 054 gm saylı əmrinin ləğv edilərək onun əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xx xxxxxxx 2019-cu il tarixli, 054 gm saylı əmrin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-413/2020 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Sözügedən inzibati iş xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin gündən inzibati icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı ildə Kürdəmir rayonunda AR Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus N saylı hərbi hissədə baş mexanik vəzifəsində əmək müqaviləsi əsasında çalışmağa başlamışdır. əmək müqaviləsi 5 il müddətinə bağlanmışdır. Lakin o Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanı Elmir Məmmədovun xx xxxxxxx 2019-cu il tarixli 054gm saylı əmri ilə müqavilə bitmədən öncə işdən azad olunmuşdur. Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndində xidməti uyğunsuzluq nəticəsində ehtiyata buraxılma barədə qeyd olunmuşdur. Lakin iddiaçının hərəkətlərində xidməti uyğunsuzluq olmamışdır. xx xxxxxxx 2019-cu ildə iddiaçı istirahət otağında olarkən iş yoldaşı Natiq Dəmirov içəri daxil olmuş və ona bıçaqla 3 nahiyədən xəsarət yetirmişdir. Tərtər Hərbi Prokurorluğunun müstəntiqi, ədliyyə baş leytenantı X7 tərəfindən xx xxxxxx 2019-cu tarixli qərarına əsasən mən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışam. Bu məsələdə iddiaçı zərərçəkmiş olmasına baxmayaraq, həmin gün hər ikisi işdən azad edilmişdirlər. "Hərbi Xidmətkeçmə haqqında” qanunun 165-ci maddəsinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Lakin əmr verildiyi zaman iddiaçı xəstəxanada müalicə alırdı və onunla heç bir söhbət aparılmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Hərbi Hava Qüvvələri komandanı X3 xx xxxxxxx 2019-cu il tarixli, 054 gm saylı əmri ləğv edilərək onun əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iclasda məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı Xanhüseyin oğlunun iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı Xanhüseyin oğlu “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasına əsas olan sənədlərə baxılmışdır. O, öz arzusu ilə müddətdən artıq hərbi xidmətə qəbul olunmaq üçün müvafiq hərbi hissəyə müraciət etmiş və xx.xx.2016-cı il tarixdən N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçı Xanhüseyin oğlu xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Təqdimatında İddiaçı Xanhüseyin oğlu xidmətdə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. Buna görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müqavilə müddəti bitməmiş ehtiyata buraxılmışdır. xx.xx.1994-cü il tarixli 885 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (intizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbiidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrların komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütün göstərilənləri nəzərə alaraq Müdafiə Nazirliyini Hərbi X4 əmri ləğv edilərək İddiaçı xidməti bərpası mümkün deyil. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Qərarın surətində qeyd olunur ki, ********* nömrəli cinayət işi xx.xx.2019-cu il tarixdə Tərtər hərbi prokuroru ədliyyə polkovnik-leytenantı Hümmət Məmmədov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, X2n onunla tabelik münasibətlərində olmayan həmin hərbi hissənin giziri İddiaçı xəsarət yetirməsi faktı üzrə X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə başlanıraq istintaq aparılması ona həvalə edildiyindən həmin tarixdən cinayət işi icraatına qəbul edilərək istintaq aparılmış və qərara alınmışdır ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərəçəkmiş şəxs qismində tanınsın. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 28 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli 054gm əmr ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 374 nömrəli əmrdən çıxarışında qeyd olunmuşdur ki, təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanın xx.xx.2019-cu il tarixli 045gm nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq gizir İddiaçı N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının (Su-25) 3-cü aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki vəzifəsinin qəbuluna və icrasına başlasın. N nömrəli hərbi hissənin komandirinin N nömrəli əmrdən çıxarışında qeyd olunmuşdur ki, gizir İddiaçı 1-ci aviasiya eskadrilyasının (Su-25) 3-cü aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə müvafiq olaraq, Müdafiə nazirinin müavini-Hərbi X4 xx.xx.2019cu il tarixli 054gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, xx.xx.2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Ağsu rayon idarəsinə göndərilsin. Gizir İddiaçı 2019-cu ilin yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Gizir İddiaçı 2019-cu il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2019-cu ilin məzuniyyətindən tam istifadə edib, bir aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. Gizir İddiaçı ehtiyata buraxılması ilə əlaqədar pul təminatının 0.5 misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. İş materiallarında olan Müdafiə Nazirliyi 950 Hərbi Hissənin xx.xx.2020-ci il tarixli 5566 nömrəli məktubunda və ona əlavə olunmuş sənədlərdə qeyd olunur ki, xx.xx.2019-cu il tarixdə silah və hərbi texnikaların payız-qış mövsümü istismarı şəraitinə hazırlanması zamanı, N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının 3-cü aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki gizir İddiaçı ilə 1-ci aviasiya eskadrilyasının 3-cü aviasiya manqasının texniki istismar hissəsinin baş texniki gizir X13, “hərbi nəzakət və hərbi qulluqçuların davranışı haqqında qaydalar”a riayət olunması barədə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 42-ci maddəsinin tələblərini kobud surətdə pozaraq, hərbi qulluqçular bir-birilərinə qarşı həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olduqları halda, nalayiq ifadələr işlətməklə aralarında münaqişə törətmişlər. Baş vermiş münaqişə zəminində gizir X13, gizir İddiaçı bıçaqla bədən xəsarəti yetirmişdir. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(098)- 47/2020 hökmündə təqsirləndirici şəxs X13 Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, 2016cı ilin dekabr ayından xx xxxxxxx 2019-cu il tarixədək isə 1-ci aviasiya eskadrilyasının 3-cü manqasının baş texniki vəzifəsində gizir hərbi rütbəsində xidmət etmiş, xx xxxxxxx 2019cu il tarixdə xidməti uyğunsuzluqla ordu sıralarından ehtiyata buraxılmışdır. İddiaçı 2016-cı ilin dekabr ayında N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının 3-cü manqasının təyyarənin baş mexaniki vəzifəsinə təyin edildiyi vaxtdan tanımış, onunla münasibəti xidməti olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 08:20 radələrində hərbi hissənin səhər düzülüşündən iş yerinə getdikdən sonra manqanın texniki istismar hissəsinin rəisi, X18 onları sıraya düzərək qış mövsümünə keçidlə bağlı təlimatlandırmış və xidmət göstərdikləri təyyarələrin yanına göndərmişdir. O, və baş mexanik gizir İddiaçı yaxınlıqda olan 14 nömrəli SU-25 markalı təyyarənin yanına getmişlər. Şəxsi heyət az olduğundan həmin təyyarəyə yalnız ikisi qulluq göstərməli olmuşlar. O, təyyarənin qanadında olan boltları bağlayan zaman gizir İddiaçı təyyarənin arxasında yerdə oturduğunu görüb İddiaçı köməklik göstərməsini bildirmiş, lakin gizir İddiaçı ona köməklik etməkdən imtina etmişdir. O da məcbur olub, X20dən ona köməklik etməsini xahiş etmiş və Fərid Kərimli ona kömək etmişdir. Gizir İddiaçı isə sonradan gəlib onlara köməklik etmişdir. 3-cü manqa 2 zabitdən və gizirdən ibarət olmuş, manqada olan gizirlər nahar yeməyini anqarın sağ tərəfində olan anqara bitişik yerləşən istirahət otağında yemişlər. xx xxxxxxx 2019-cu il tarixdə isə manqanın 5 giziri ezamiyyətdə olduğundan o, X20 və gizir İddiaçı ilə həmin gün saat 13 radələrində anqara bitişik olan otağa gəlib hər biri öz evindən gətirdiyi yeməyi yemişlər. 3-cü manqanın gizirləri, həmçinin o, bir müddət əvvəl könüllü olaraq aralarında pul yığıb naharda istifadə etmək üçün özlərinə mətbəx ləvazimatları, yəni, qab-qaşıq, bıçaq və s. əşyalar almış və həmin əşyaları ümumi istifadə üçün otaqda saxlamışlar. Nahar zamanı gizir İddiaçı ilə hər hansı mübahisəsi olmamış, həmin gün saat 15:00-da kapitan H. İsbatovun göstərişinə əsasən keçirilən düzülüşdən sonra o, yenidən 14 nömrəli təyyarənin yanına getmiş, lakin gizir İddiaçı, onunla bərabər təyyarənin yanına getməsi haqda heç bir söz deməmişdir. Gizir İddiaçı isə nahar etdikləri otağa keçmişdir O, təyyarənin üzərinə örtük bağlamaq istəmiş, lakin günortadan sonra külək gücləndiyi üçün tək halda bunu bacarmadığından mobil telefon vasitəsilə gizir İddiaçı zəng vurub təyyarənin üzərinə örtük bağlaması üçün köməyə çağırmış, İddiaçı isə çay içdiyini və örtüyü tək bağlamasını bildirmiş, telefonda bir daha İddiaçı, örtüyü tək bağlaya bilmədiyi üçün ona kömək etməsini demiş, lakin gizir İddiaçı çay içdikdən sonra gələcəyini bildirmiş, o İddiaçı çayı sonra içməsini, gəlib kömək etməsini bildirdikdə gizir İddiaçı “gəlmirəm” deyib telefon əlaqəsini kəsmişdir. O da məcbur qalıb, təxminən 5-6 metr aralıda olan və öz təyyarəsinə qulluq göstərən gizir Allahşükür Paşazadəni köməyə çağıraraq, sonuncu ilə birlikdə 14 nömrəli təyyarənin örtüyünü bağlamışdır. Bundan sonra təxminən 16 radələrində nahar etdikləri otaqdan təxminən 200 metr aralıda öz otağında olan manqanın texniki istismar hissənin rəisi, kapitan H. İsbatovun yanına gedib, təklikdə H. İsbatovun göstərişinə əsasən o, nahar etdikləri otağa gəlib orada olan gizir İddiaçı onun göstərişini icra etmədiyi barədə kapitan H. İsbatova bildirdiyini, buna görə də, H. İsbatovun İddiaçı otağına çağırdığını demişdir. Gizir İddiaçı ona gülə-gülə “yaxşı eləmisən” deyib otaqdan çıxamış və birlikdə kapitan H. İsbatovun otağına getmişlər. Otaqda tək olan kapitan H. İsbatov ona çölə çıxmasını bildirərək gizir İddiaçı ilə təklikdə qalmışlar. O isə otaqdan çıxıb çöldə gözləmişdir. Təxminən 5 dəqiqədən sonra kapitan H. İsbatov onu otağa çağırmış, o, otağa daxil olduqdan sonra gizir İddiaçı ona “bağışla, bundan sonra sənə köməklik edəcəm” deyərək üzr istəmiş, o isə kapitan H. İsbatova əsgər gizir İddiaçı bir daha onun göstərişini icra etməsə bu barədə birbaşa eskadriliya komandirinə məlumat verəcəyini demişdir. O, və gizir İddiaçı kapitan H. İsbatovun otağından çıxıb eskadriliyanın digər gizirləri ilə bərabər N nömrəli hərbi hissənin qərargahının qarşısında keçirilən düzülüşə gəlmiş, düzülüşdən sonra hər kəs öz evinə getmiş və həmin gün gizir İddiaçı ilə aralarında hər hansı mübahisə olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 08:30 radələrində 1-ci eskadriliyanın gizirləri kapitan H. İsbatovun göstərişinə əsasən sonuncunun otağının yanında açıq havada düzülmüşdür. Kapitan H. İsbatov göstərişlərini verdikdən sonra düzülüşdə arxasında dayanan gizir İddiaçı, ona kömək edib–etməməsini soruşmuş, lakin İddiaçı ona kömək etməyəcəyini bildirmişdir. O da düzülüşdə kapitan H. İsbatova müraciət edərək gizir İddiaçı ona kömək etmək istəmədiyini, bu səbəbdən ona başqa gizir verməsini bildirmişdir. Kapitan H. İsbatov gizir İddiaçı heç bir söz demədən sırada olan X20yə ona kömək eməsi barədə göstəriş vermişdir. Bundan sonra o, X20 ilə 14 nömrəli SU-25 markalı təyyarənin yanına gedərək öz işləri ilə məşğul olmuş və gizir İddiaçı haraya getdiyini bilməmişdir. Həmin gün saat 13 radələrində H.İsbatovun otağının yanında keçirilən düzülüşdən sonra nahar fasiləsinə çıxmış, gizirlər Fərid Kərimli və İddiaçı ilə birlikdə öz otaqlarına gəlib hər biri öz evindən gətirdiyi yeməyi yemişlər. Yemək yeyən zaman aralarında hər hansı bir söhbət olmamışdır. Saat 15:00-da H.İsbatovun otağının yanında keçirilən düzülüşdə iştirak etmişdir. Nahardan əvvəl təyyarə ilə işini tam qutardığı üçün, düzülüşdən sonra gizir İddiaçı və Fərid Kərimli ilə birlikdə otaqlarına gedərkən Fərid Kərimlidən çay qoymasını xahiş etmiş, X20 isə işinin olduğunu və çayı sonra qoyacağını bildirdikdən sonra harasa getmişdir. Bu vaxt gizir İddiaçı ona “sən normalnı oğlan olsaydın sənə çay qoyardıq” deyə bildirmiş, o gizir İddiaçı ilə birlikdə otağa daxil olduqdan sonra İddiaçı “guya sən normalnı adamsan, o gün sənə üzr istətmədim?” deyə bildirdikdə aralarında yaranmış mübahisə zamanı masanın üzərindəki göy, qırmızı və ağ zolaqlı, bir tərəfi qırıq plastik materialdan dəstəyi olan, kəsici hissəsinin uc tərəfi isə bir qədər əyri olan mətbəx bıçağını sol əli ilə götürüb gizir İddiaçı bədəninin müxtəlif nahiyələrinə 3 dəfə zərbə vurmuşdur. O, İddiaçı bıçaqla zərbə vurarkən çarpayıda uzanıqlı vəziyyətdə olmuş və İddiaçı üçüncü dəfə bıçaqla zərbə vurduqdan sonra X20 otağa daxil olaraq gizir İddiaçı ondan aralamışdır. X20 İddiaçı ondan araladıqdan sonra İddiaçı onun üzərinə gəlməyə cəhd etməmiş, o çarpayıdan ayağa qalxdıqdan sonra heç kimin müdaxiləsi olmadan əlindəki bıçağı yerə atmış, bundan sonra gizir İddiaçı ona «məni bıçaqla vurdun» sözləri dedikdə o, İddiaçı nə olduğunu soruşmuş, İddiaçı isə ona ayağından qan axdığını bildirmişdir. O da İddiaçı şalvarında qan olduğunu görmüşdür. X20 köməyə adam çağırmaq üçün çölə çıxmış, o isə otaqda qalıb İddiaçı ayağına qan axmanı dayandırmaq üçün su vurmuşdur. Bir müddət sonra X20 ilə bərabər eskadriliyanın gizirləri gəlmiş, gizir Səid Gərayev İddiaçı əynindəki şalvarı soyundurmuşdur. Bu vaxt o, İddiaçı şalvarı qana bulaşdığına görə onun xəstəxanaya aparılacağını düşünüb şalvarı təmiz olması üçün otaqda içində su olan vedrədə yumuşdur. Sonra gizirlərdən kimsə baş vermiş hadisə barədə yuxarı komandanlığı məlumat vermişdir. Sonra X18 oraya gəlmiş, daha sonra isə N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi gələrək İddiaçı ilkin tibbi yardım göstərmiş və bir müddət sonra İddiaçı xəstəxanaya aparılmış, o isə hərbi hissədə qalmışdır. Zərərçəkmiş şəxs, İddiaçı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, X2 2016cı ilin dekabr ayında N nömrəli xidmət etdiyi müddətdə tanımış, Natiq Dəmirova qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 16 radələrində xidmət etdiyi manqanın istirahət otağında çay içərkən gizir Natiq Dəmirov ondan təyyarənin üzərinə örtük bağlamağa kömək etməsini istədikdə o, Natiq Dəmirova “çayımı içim gəlib kömək edərəm” deyə bildirmiş, Natiq Dəmirov isə ona hirsli formada “çay vaxtıdı? Tez gəl kömək elə” deyə bildirdikdə o, Natiq Dəmirova “gəlmirəm” deyə cavab vermişdir. Natiq Dəmirov isə başqa qrupdan olan bir nəfərlə həmin işi görüb qurtardıqdan sonra onun işləməməsi barədə mühəndis vəzifəsini icra edən X18a məruzə etmişdir. X18 isə bu barədə ona bildirdikdə o, “bir də belə etmərəm” demişdir. Bu vaxt X18 ondan Natiq Dəmirovu çağırmasını istəmiş, o da Natiq Dəmirovu çağırmış və Həmid İsbatovun yanında Natiq Dəmirovdan üzr istəmişdir. Daha sonra isə işləri ilə məşğul olmuşlar. xx xxxxxxx 2019-cu il tarixdə saat 08:30 radələrində 1-ci eskadriliyanın gizirləri X18un göstərişinə əsasən sonuncunun otağının yanında açıq havada düzülmüş, X18 göstərişlərini verdikdən sonra düzülüşdə ondan gizir Natiq Dəmirova kömək edib-etməməsini soruşmuş, lakin o X18a ona təhkim olunmuş 39 nömrəli təyyarəni yuyacağını və Natiq Dəmirova kömək edə bilməyəcəyini bildirmişdir. Buna görə Natiq Dəmirov sıradan X18a müraciət edərək X24 kömək edə bilməyəcəyini, bu səbəbə görə Natiq Dəmirova köməyə başqa gizir verməsini bildirmişdir. X10 heç bir söz demədən sırada olan gizir X19 Dəmirova kömək etməsi barədə göstəriş vermişdir. Bundan X23 X20 ilə 14 nömrəli SU-25 markalı təyyarənin yanına, o isə təyyarəni yumağa getmişdir. Həmin gün saat 13 radələrində Həmid İsbatovun otağının yanında düzülüşdə iştirak etdikdən sonra nahar fasiləsinə çıxmışlar, Fərid Kərimli və Natiq Dəmirovla birlikdə öz otaqlarına gəlib yemək yemişlər. Yemək yeyən zaman aralarında hər hansı bir söhbət olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 15:00-da xidmət etdiyi eskadriliyanın şəxsi heyətinin düzülüşü olmuş, düzülüşdən sonra gizir Natiq Dəmirov, onunla eyni manqada baş mexanik vəzifəsində xidmət edən X20 və o xidmət etdikləri 3-cü manqaya məxsus istirahət otağına tərəf gedərkən X22 Kərimliyə “get çay qoy” deyə bildirmişdir. Fərid Kərimli isə Natiq Dəmirova “gözlə işim var” deyib aviasiya silahları qrupunun istirahət otağına getmişdir. O isə istirahət otağının qapısının qarşısında Natiq Dəmirova zarafatla “sən normalnı oğlan olsaydın sənə çay qoyardı” deyə bildirdikdə Natiq Dəmirov ona “guya sən normalnı adamsan, o gün sənə üzr istətmədim?” deyə cavab vermişdir. Bu vaxt aralarında yaranmış mübahisə zamanı Natiq Dəmirov onun hər iki ayağına, sonra sağ döş nahiyəsinə zərbə vurduğunu hiss etmişdir. X5 yumruq vurduğunu zənn etmişdir. Bu zaman nə vaxt içəri daxil olduğunu bilmədiyi X20 onu kənara çəkmiş, Natiq Dəmirovun əlində bıçaq olduğunu və ayağına baxdıqda hər iki ayağından qan axdığını görmüşdür. Natiq Dəmirovdan “neynədin, bıçaqladın məni” deyə soruşduqda Natiq Dəmirov əlindəki bıçağı yerə tullayaraq onu qucaqlamış və üzündən öpərək “bağışla qardaşım” deyə bildirmişdir. O isə Natiq Dəmirova və Fərid Kərimliyə “məni burax get uşaqları çağır köməyə gəlsin” demişdir. Fərid Kərimli və Natiq Dəmirov dərhal çölə qaçmış digər qruplarda xidmət aparan şəxsi heyət də gəlib ona kömək etməyə başlamışlar. Əvvəlcə onun paltarını çıxartmış, sonra gizir Seyid Gərayev öz maykasını cırıb əynindən çıxarmış və qanaxmanı kəsmək üçün hər iki ayağında olan yaraların üstünə basmışlar. Paltarını soyunduran zaman o, sağ döş nahiyəsində də ağrı hiss etmiş və oradanda qan axdığını görmüşdür. Orada ona ilkin yardım göstərərək qanaxmanın qarşısını almışlar. Natiq Dəmirov arada otağa daxil olaraq onu qucaqlasa da o, Natiq Dəmirovdan uzaq durmasını istəmişdir. X11 şalvarını yumağa başlamışdır. Lakin sonradan ona başqa şalvar gətirmişlər və həmin şalvarı geyinmişdir. Təxminən beş dəqiqə sonra hərbi hissənin həkimi gəlmiş və yenidən şalvarı soyunmuşdur. Həkim həmin sarğıları açaraq ona ilkin tibbi yardım göstərmiş, sonra onu mülki avtomobillə hərbi hissənin tibb məntəqəsinə aparmışlar. Orada ona ağrıkəsici iynə vurduqdan sonra isə onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. X15rşı heç bir şikayəti, tələbi və ya iddiası yoxdur, məhkəmədən də Natiq Dəmirova güzəşt edilməsini xahiş etmişdir. İş materiallarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 894 nömrəli məktubuna əlavə olunmuş xidmət dəftərçəsindən görünür ki, Ağsu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsi tərəfindən xx.xx.2013-cü ildə hərbi xidmətə çağırılmışdır. xx.xx.2013-cü ildə N saylı hərbi hissədə hərbi andı qəbul edib. xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. İddiaçı 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlı kursunu aviasiya texniki (mexaniki) ixtisası üzrə bitirib və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilib. xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissədə 1-ci aviasiya eskadrilyanın (SU-25) aviasiya manqasının (SU-25) texniki-istismar hissəsinin (SU-25) baxış mexaniki vəzifəsində fəaliyyət göstərmişdir. xx.xx.2019-cu il tarixdə 054gm əmr ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Xidməti Xasiyyətnamədən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə təhsil aldığı müddət ərzində özünü əsasən nizam-intizamlı, vəzifə borclarını vicdanla yerinə yetirməyə çalışan bir hərbi qulluqçu kimi göstərmişdir. Komandirlərin və rəislərin verdiyi əmr və tapşırıları vaxtında və dəqiq yerinə yetirilməsinə, günün nizam qaydalarına riayət edir və hərbi intizamın və qayda-qanunun saxlanılmasında onlara yardım etməyə səy göstərir. Ümumqoşun nizamnamələrinin və rəhbəredici sənədlərin tələblərini zəif bilir, lakin hərbi biliklərini təkminləşdirməyə çalışır. Dərslərdə və müstəqil hazırlıq saatlarından səmərəli istifadə edir, tədris edilən fənlər üzrə movzuları tam mənimsəməyə səy göstərir. Kursant yoldaşları arasında hörmətə malikdir. Hərbi geyim qaydalarına riayət edir. Fiziki və mənəvi cəhətdən sağlamdır. Tərcümeyi-haldan görünür ki, İddiaçı qohumlarından heç kim xarici dövlətin vətəndaşlığını qəbul etməmiş, heç biri xarici dövlətin Silahlı Qüvvələrində xidmət etmir. Özü və yaxın qohumları cinayət məsuliyyətinə cəlb olunmayıblar. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə qəbul haqqında xx.xx.2016-cı il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi, polkovnik X6 şəxsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi kursant İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini rəhbər tutaraq bağlaşma imzalanmışdır. Daxili İşlər Nazirliyinin xx.xx.2016-cı il tarixli M-15814 nömrəli arayışında qeyd olunur ki, İddiaçı məhkumluğu barədə məlumat yoxdur. SX seriyalı ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı N saylı hərbi hissədə xidmət keçmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 28 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər, Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin xx.xx.2020-ci il tarixli 134 nömrəli məktubu və ona əlavə olunmuş sənəd, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(120)-413/2020 nömrəli qərardad, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/3315 nömrəli məktubu və ona əlavə olunmuş sənəd, Müdafiə Nazirliyi 950 saylı Hərbi Hissənin xx.xx.2020-ci il tarixli 5566 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər, N nömrəli hərbi hissənin göndərilən sənədlərin qeydiyyat kitabının təsdiqlənmiş surəti, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(098)-47/2020 nömrəli hökmü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 894 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da. mahiyyət baxımından uğursuzdur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – əmrin ləğv edilməsinə dair tələb mümkündür. Cavabdeh orqanın mübahisə predmeti olan əmrinə qarşı yönəlmiş mübahisələndirmə haqqında iddianın mümkünlüyü sual doğurmamalıdır. Çünki, sözügedən əmrlə iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından söhbət, şübhəsiz, İPM-in 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirilə bilən inzibati aktdan gedir. İddiaçı bu aktın İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Bununla yanaşı iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın, yəni əmrin ləğv edilməsinə yönəlmişdir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı ilk dəfə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş 30 (otuz) günlük iddia müddəti ötürülməmişdir və iddia mümkün iddiadır. İddia mahiyyət etibarilə əsassızdır və rədd edilməlidir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. 2-ci bəndində əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. 146-cı bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. 156-cı bəndinin e) yarımbəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğu müddət ərzində qanunvericiliklə (Hərbi xidmətkeçmə haqqında Əsasnamə) üzərinə qoyulmuş vəzifə və öhdəliklərini yerinə yetirməmiş, onun şəxsi və peşə keyfiyyətləri hərbi xidmətini davam etdirməsi üçün kifayət deyildir. Məhkəmə hesab edir ki, xidməti və şəxsi keyfiyyətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətini davam etməsinə imkan verməyən iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyyata buraxılması qanuni olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının xidməti uyğunsuzluğa görə Hərbi Hava Qüvvələri komandanı X3 xx xxxxxxx 2019-cu il tarixli, 054 gm saylı əmri ilə ehtiyata buraxılması qanunauyğun olduğundan iddia tələbi əmrin ləğvi hissəsində əsassızdır və rədd edilməlidir. İddia tələbinin digər, yəni əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın qeyd olunan hissələri birinci hissənin (Hərbi Hava Qüvvələri komandanı X3 xx xxxxxxx 2019-cu il tarixli, 054 gm saylı əmrinin ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən iddianın digər hissələri də rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi Hava Qüvvələri komandanı X3 xx xxxxxxx 2019-cu il tarixli, 054 gm saylı əmri ləğv edilərək onun əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-930/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-930/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver