Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-930/2021 17.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "veteran statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "veteran statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçı hazırkı iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə inzibati orqana müraciət etməsindən ibarətdir. Lakin İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə əvvəlcədən müraciət etməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Ona görə də məhkəmənin 20.05.2021-ci il tarixli sərəncamı ilə bu çatışmazlıq iddiaçının diqqətinə çatdırılmış, ona həmin sənədlərin 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmiş və izah olunmuşdur ki, hazırkı vəziyyətdə iddia mümkün sayıla bilməz. Eyni zamanda, məhkəmənin həmin sərəncamında iddiaçının iddia ərizəsinə notariat qaydasında təsdiq olunmamış kserosurətlərini əlavə etdiyi sənədlərin əslini, yaxud notariat qaydasında təsdiq olunmuş surətlərini 10 gün müddətində məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə İddiaçı göndərilmiş və 29.05.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. İddiaçı həmin sərəncama uyğun olaraq, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin notariat qaydasında təsdiq olunmuş surətlərini, habelə Göyçay Rayon Hərbi Komissarlığının 16.11.2005-ci il tarixli 676 nömrəli arayışının əslini məhkəməyə göndərsə də, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə əvvəlcədən müraciət etməsini təsdiq edən sənədi məhkəməyə göndərməmiş, nə də məhkəmənin sərəncamına cavab olaraq məhkəməyə yazdığı ərizədə bu məsələyə münasibət bildirməmişdir. Göründüyü kimi, İddiaçı məhkəmənin təklifinə də baxmayaraq, iddianın mümkünlük şərtinə riayət etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "veteran statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-930/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-930/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver