Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-931/2020 31.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Mingəçevir Bələdiyəsinə qarşı “Mingəçevir Bələdiyyəsinin icarə haqqı və vergi borcları olanlar barədə inzibati qaydalarda tədbir görülməsi haqqında 14 fevral 2020-ci il tarixli 03/2 saylı İddiaçı1 və İddiaçı2 haqlarında olan qərarların əsassız və qanunsuz olduğuna görə qərarların ləğv edilməsi üçün onların üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi”tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Mingəçevir Bələdiyəsinə qarşı “Mingəçevir Bələdiyyəsinin icarə haqqı və vergi borcları olanlar barədə inzibati qaydalarda tədbir görülməsi haqqında 14 fevral 2020-ci il tarixli 03/2 saylı İddiaçı1 və İddiaçı2 haqlarında olan qərarların əsassız və qanunsuz olduğuna görə qərarların ləğv edilməsi üçün onların üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar 31.05.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edib cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı qərarın ləğv olunması barədə 31.03.2020-ci il tarixdə verdikləri iddianın baxılmamış saxlanmasını xahiş etmişlər. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın baxılmamış saxlanması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçıların iddianın baxılmamış saxlanmasını tələb etməsi onların 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Mingəçevir Bələdiyəsinə qarşı “Mingəçevir Bələdiyyəsinin icarə haqqı və vergi borcları olanlar barədə inzibati qaydalarda tədbir görülməsi haqqında 14 fevral 2020-ci il tarixli 03/2 saylı İddiaçı1 və İddiaçı2 haqlarında olan qərarların əsassız və qanunsuz olduğuna görə qərarların ləğv edilməsi üçün onların üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-931/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-931/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver