Məhkəmə qərarları › İş №2-1(116)-932/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-932/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-932/2020 29.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı Məmmədriza oğlunun cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 29 №li və xx.xx.2019-cu il tarixli, 63 №-li əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ona dəymiş 3 000 000 (üç milyon) manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ona ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməyi barədə qərar qəbul edilməsi, onun hərbi prokurorluq orqanlarında stajor kimi xidmət etdiyi altı ay, bir il sınaq müddəti, həmçinin xx.xx.2019-cu il tarixdə hərbi xidmət dövründə alınmış xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmağına baxmayaraq həmin tarixdən hal-hazıradək həqiqi hərbi xətmətdə olduğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Tərtər Hərbi Prokurorluğunda Tərtər Hərbi Prokurorunun köməkçisi hərbi vəzifəsində xidmət etdiyi 11 ay 5 günün hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Məmmədriza oğlu cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunaqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 29 №li və xx.xx.2019-cu il tarixli, 63 №-li əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ona dəymiş 3 000 000 (üç milyon) manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ona ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməyi barədə qərar qəbul edilməsi, onun hərbi prokurorluq orqanlarında stajor kimi xidmət etdiyi altı ay, bir il sınaq müddəti, həmçinin xx.xx.2019-cu il tarixdə hərbi xidmət dövründə alınmış xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmağına baxmayaraq həmin tarixdən hal-hazıradək həqiqi hərbi xətmətdə olduğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Tərtər Hərbi Prokurorluğunda Tərtər Hərbi Prokurorunun köməkçisi hərbi vəzifəsində xidmət etdiyi 11 ay 5 günün hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edərək göstərir ki, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Normaların məzmumunundan görünür ki, inzibati mübahisələrin dairəsi inzibati mübahisələrin çərçivəsində inzibati hüquq münasibətləri ilə baglı yaranan (publik hüquq münasibətləri) mübahisələrdə dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan cıxış edir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu inzibati orqanların təsnifatına daxil deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının “Məhkəmə Hakimiyyəti” adlanan Vİİ fəslindən görünür ki, prokurorluq orqanları məhkəmə hakimiyyətinə daxildir. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra - "prokurorluq") məhkəmə hakimiyyəti sistemində daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Məhkəmə qeyd edir ki, sadalanan hüquq normalarının məzmunundan da göründüyü kimi, prokurorluq orqanları inzibati orqanların təsnifatına daxil olmadığından, yəni hazırkı iş üzrə İddiaçı Məmmədriza oğlunun cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Hərbi Prokurorluğu inzibati orqan olmadığından, hazırkı iş üzrə iddia tələbi İPM-in 2-ci maddəsində göstərilmiş inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaya aid olmaması səbəbindən mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Məmmədriza oğlunun cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 29 №li və xx.xx.2019-cu il tarixli, 63 №-li əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ona dəymiş 3 000 000 (üç milyon) manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ona ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməyi barədə qərar qəbul edilməsi, onun hərbi prokurorluq orqanlarında stajor kimi xidmət etdiyi altı ay, bir il sınaq müddəti, həmçinin xx.xx.2019-cu il tarixdə hərbi xidmət dövründə alınmış xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmağına baxmayaraq həmin tarixdən hal-hazıradək həqiqi hərbi xətmətdə olduğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Tərtər Hərbi Prokurorluğunda Tərtər Hərbi Prokurorunun köməkçisi hərbi vəzifəsində xidmət etdiyi 11 ay 5 günün hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar