Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-933/2020 01.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs Mingəçevir Bələdiyyəsi) qarşı "xx.xx.2012-ci il tarixli 19 nömrəli icarə müqaviləsinə əsasən, 72 kv.m torpaq sahəsinin Mingəçevir şəhəri S.Vurğun adına parkın ərazisindən ayrılıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh (bundan sonra ŞİH) başçısının xx.xx.2002-ci il tarixli 234 nömrəli sərəncamı ilə Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən "Sahil" parkı Mingəçevir Bələdiyyəsinin balansına verilmişdir. Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamına əsasən, Mingəçevir ŞİH başçısının xx.xx.2002-ci il tarixli sərəncamının 3-cü bəndi qüvvədən düşmüş hesab edilmiş, "Sahil" parkı və fəvvarələr Yaşıllaşdırma və X4 balansına verilmişdir. Bundan sonra Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamına əsasən, Mingəçevir ŞİH və Mingəçevir Bələdiyyəsi tərəfindən "Sahil" parkındakı abadlıq işləri aparılan ərazidə torpaq sahəsi ayrılması və tikintiyə icazə verilməsi haqqındakı qərar və sərəncamları qüvvədən düşmüş hesab edilmiş, X1 obyektlərinin tikintisi məqsədilə icarəyə 20 il müddətinə 72 kv.m torpaq sahəsi ayrılmışvə həmin torpaq sahəsində sahibkarlıq (stolüstü oyunların təşkili) obyektinin tikintisinə icazə verilmişdir. Həmin sərəncama əsasən, Mingəçevir ŞİH ilə X7 arasında 72 kv.m torpaq sahəsi ilə bağlı 20 il müddətinə xx.xx.2012-ci il tarixli 19 nömrəli "Torpaq icarəsi müqaviləsi" bağlanmışdır. İddiaçı atası X7 həmin torpaq sahəsində Mingəçevir şəhərinin baş memarı ilə razılaşdırılmış layihə əsasında sahibkarlıq obyekti inşa etmişdir. Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamı ilə Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 15 nömrəli və xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamları mülki qanunvericiliyə, Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 106 nömrəli qərarına, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 76.1-ci maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilmiş, xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamla "Sahil" parkında icarə əsasında torpaq sahələri ayrılmış şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin obyektlər şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edildiyi üçün tikinti altından təmizlənsin və "Sahil" parkının ərazisində müxtəlif illərdə tikilmiş və müvafiq mülkiyyət sənədləri olan şəxslərlə razılaşma yolu ilə şəhərin digər ərazilərində müvafiq torpaq sahələrinin ayrılması və tikililərin köçürülməsi məsələlərinin həll edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçının atası X7 tərəfindən inşa edilən sahibkarlıq obyekti sökülmüşdür. X7 cavabdeh Mingəçevir ŞİH-nə qarşı "stolüstü oyunlar obyektinin sökülməsi nəticəsində 31000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın ödənilməsi" barədə iddia ilə məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehdən 31000 manat pulun tutulub iddiaçıya verilməsi qərara alınmış, iddia mənəvi ziyanla bağlı hissədə rədd edilmişdir. Həmin qərar icra edilmişdir. X7 xx.xx.2017-ci ildə vəfat etmiş, xx.xx.2018-ci ildə mərhumun əmlakının 1/6 hissəsinə onun oğlu İddiaçı adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. İddiaçı cavabdeh Mingəçevir ŞİH-nə ərizə ilə müraciət edərək, mərhum atası ilə Mingəçevir ŞİH arasında bağlanmış xx.xx.2012-ci il tarixli 19 nömrəli icarə müqaviləsinə əsasən Mingəçevir şəhəri S.Vurğun parkının ərazisindən 72 kv.m torpaq sahəsinin ona ayrılıb verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan torpaq sahəsinin ayrılması üçün Mingəçevir Bələdiyyəsinə müraciət edə bilər. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həmin ərazidə tikilmiş obyektin sökülməsinə görə Mingəçevir ŞİH tərəfindən ziyan ödənilsə də, xx.xx.2012-ci il tarixli 19 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən, ərazidən torpaq sahəsi ayrılıb verilməmişdir. Hazırda həmin icarə müqaviləsi qüvvədə olduğundan və ləğv edilmədiyindən sözügedən torpaq sahəsi ona ayrılıb verilməlidir. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, Mingəçevir ŞİH tərəfindən X6 vurulmuş 31000 manat kompensasiya tam həcmdə ödənildiyindən ŞİHİddiaçı qarşısında heç bir öhdəlik daşımır. Bundan başqa, icarə müqaviləsi torpaq sahəsinin ayrılması üçün əsas ola bilməz, çünki torpaq icarə müqaviləsi mülkiyyət hüququ verən sənəd deyil. Eyni zamanda, yaşayış məntəqələrində yerləşən bütün parklar bələdiyyənin mülkiyyətinə verilmişdir. Üçüncü şəxs Mingəçevir Bələdiyyəsi iddiaya münasibət barədə xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının mərhum atası X5 adına Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamı ilə şəhərin "Sahil" parkının kənarından 72 kv.m torpaq sahəsi ayrılaraq orada stolüstü oyunlar obyekti inşa edilmiş və tərəflər arasında xx.xx.2012-ci il tarixli 19 nömrəli icarə müqaviləsi bağlanmışdır. Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamına əsasən qeyd olunan obyekt "Sahil" parkı ərazisindən sökülmüşdür. Bundan başqa, Mingəçevir Bələdiyyəsi tərəfindən X6 və İddiaçı heç bir torpaq sahəsi ayrılmamış, heç bir icarə müqaviləsi bağlanmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən "Sahil" parkının Mingəçevir Bələdiyyəsinin balansına verilməsi barədə Mingəçevir ŞİH-in xx.xx.2002-ci il tarixli 234 nömrəli sərəncamının 3-cü bəndi qüvvədən düşmüş hesab edilmiş, "Sahil" parkı və fəvvarələr Yaşıllaşdırma və X4 balansına verilmişdir. - Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamından görünür ki, Mingəçevir ŞİH və Mingəçevir Bələdiyyəsi tərəfindən "Sahil" parkındakı abadlıq işləri aparılan ərazidə torpaq sahəsi ayrılması və tikintiyə icazə verilməsi haqqındakı qərar və sərəncamları qüvvədən düşmüş hesab edilmiş, X1 obyektlərinin tikintisi məqsədilə icarəyə 20 il müddətinə 72 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində sahibkarlıq (stolüstü oyunların təşkili) obyektinin tikintisinə icazə verilmişdir. - Mingəçevir ŞİH ilə X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 19 nömrəli "Torpaq icarəsi müqaviləsi"ndən görünür ki, həmin müqavilə xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncama əsasən, 72 kv.m torpaq sahəsi ilə bağlı 20 il müddətinə bağlanmışdır. - Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamından görünür ki, Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 15 nömrəli və xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamları mülki qanunvericiliyə, Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 106 nömrəli qərarına, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 76.1-ci maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilmiş, xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamla "Sahil" parkında icarə əsasında torpaq sahələri ayrılmış şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin obyektlər şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edildiyi üçün tikinti altından təmizlənsin və "Sahil" parkının ərazisində müxtəlif illərdə tikilmiş və müvafiq mülkiyyət sənədləri olan şəxslərlə razılaşma yolu ilə şəhərin digər ərazilərində müvafiq torpaq sahələrinin ayrılması və tikililərin köçürülməsi məsələlərinin həll edilməsi qərara alınmışdır. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-2(84)-51/2013 nömrəli qərarından görünür ki, X7 xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamla ayrılmış torpaq sahəsində Mingəçevir şəhərinin baş memarı ilə razılaşdırılmış layihə əsasında sahibkarlıq obyekti inşa etmiş, sonra həmin obyekt sökülmüş, nəticədə X6 31000 manat maddi ziyan dəymiş, X7 cavabdeh Mingəçevir ŞİH-nə qarşı "stolüstü oyunlar obyektinin sökülməsi nəticəsində 31000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın ödənilməsi" barədə iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə iddia qismən təmin edilərək cavabdehdən 31000 manat pulun tutulub iddiaçıya verilməsi qərara alınmış, iddia mənəvi ziyanla bağlı hissədə rədd edilmişdir. - xx.xx.2018-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, xx.xx.2017-ci ildə vəfat etmiş X5 miras əmlakının 1/6 hissəsinə onun oğlu İddiaçı vərəsədir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 4-cü hissəsinə əsasən, icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülkiqanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. İşdən göründüyü kimi, X7 ilə Mingəçevir ŞİH arasında torpaq icarəsi müqaviləsi xx.xx.2012-ci ildə 20 il müddətinə bağlanmışdır. Həmin müqavilənin müddəti başa çatmadan icarəçi X7 vəfat etdiyinə görə icarə müqaviləsi üzrə hüquqlar Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçməlidir. Müəyyən edildi ki, İddiaçı həmin müqaviləyə əsaslanaraq Mingəçevir şəhərindəki S.Vurğun adına parkın ərazisindən torpaq sahəsinin ayrılmasını tələb etsə də, həmin müqavilədə torpaq sahəsinin S.Vurğun adına parkın ərazisində yerləşdiyi göstərilməmişdir. İcarə müqaviləsi Mingəçevir ŞİH-nin xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamı əsasında bağlanmış, həmin sərəncamda isə torpaq sahəsinin "Sahil" adlanan tamamilə başqa bir parkda yerləşdiyi göstərilmişdir. Deməli, torpaq icarəsi müqaviləsi Mingəçevir şəhərindəki S.Vurğun adına parkın deyil, "Sahil" parkının ərazisində yerləşən 72 kv.m torpaq sahəsinə aiddir. Digər tərəfdən, X7 ilə Mingəçevir ŞİH arasında xx.xx.2012-ci il tarixli torpaq icarəsi müqaviləsinin bağlanmasına əsas verən Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamıMingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamı ilə artıq qüvvədən düşmüş hesab edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, parkların altındakı torpaqlar ümumi istifadədə olan torpaqlar kimi bələdiyyə mülkiyyətində olur. Həmin Məcəllənin 5-ci maddəsində deyilir ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 6-cı maddəsində deyilir ki, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Göründüyü kimi, bələdiyyə torpağı icarəyə yerli icra hakimiyyətinin deyil, bələdiyyənin qərarı ilə verilməli və torpağın icarəyə verilməsi bələdiyyə ilə bağlanan müqavilə ilə rəsmiləşdirilməlidir. Lakin parkın altında olan torpaq sahəsi iddiaçının atası X5 icarəsinə bələdiyyənin deyil, yerli icra hakimiyyətinin sərəncamı ilə verilmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, İddiaçı xx.xx.2012-ci il tarixli 19 nömrəli icarə müqaviləsinə əsasən, 72 kv.m torpaq sahəsinin Mingəçevir şəhəri S.Vurğun adına parkın ərazisindən ayrılıb verilməsini tələb etməkdə haqlı deyil, ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "xx.xx.2012-ci il tarixli 19 nömrəli icarə müqaviləsinə əsasən, 72 kv.m torpaq sahəsinin Mingəçevir şəhəri S.Vurğun adına parkın ərazisindən ayrılıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-933/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-933/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver