Məhkəmə qərarları › İş №2-1(116)-933/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-933/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-933/2024 27.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ şəhəri, Heydər Əliyev prospekti 153 ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi ilə bağlı üçüncü şəxs Maraqlı şəxs adına aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasənda verilmiş xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli və xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışların torpaq sahəsinə münasibətdə ləğv edilməsi və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 03 saylı 2001-ci il tarixli qərarı ilə 862 nömrə ilə qeydiyyat kitabında qeydə alınmış JN- 897F (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 1/3 hissədə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən üçüncü şəxs Maraqlı şəxs adına verilmiş dövlət reyestrində 1 nömrəli reyestr kitabında 108 nömrəli vərəqində qeydə alınmış **********351-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli, seriya MH, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3360/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs və X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Qəbələ şəhəri, Heydər Əliyev prospekti 153 ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi ilə bağlı üçüncü şəxs Maraqlı şəxs adına aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasənda verilmiş xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli və xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışların torpaq sahəsinə münasibətdə ləğv edilməsi və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 03 saylı 2001-ci il tarixli qərarı ilə 862 nömrə ilə qeydiyyat kitabında qeydə alınmış JN- 897F (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 1/3 hissədə iddiaçının mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 03 saylı 2001-ci il tarixli qərarı ilə Qəbələ şəhəri, H.Əliyev prospekti, 153 (keçmiş ünvan 2 ünvanında yerləşən 0.07 hektar həyətyanı torpaq sahəsi JN 897 F Kod 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının atası olan üçüncü şəxs Maraqlı şəxs, anası X1 və iddiaçının ümumi birgə mülkiyyətinə verilmişdir. Qəbələ şəhəri, H.Əliyev prospekti, ev 153 (keçmiş İ.Qutqaşınlı küçəsi, 56, sonradan ünvan 3 ünvanda yerləşən 0.07 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 2 mərtəbəli, 2 otaqlı, 77.0 kv.metr yaşayış, 77.0 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsin 9 saylı Ərazi İdarəsində tam mülkiyyət hüququ üzrə üçüncü şəxs Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 108 nömrəli vərəqində qeydə alınmışdır və bu barədə adına **********351-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli, seriya MH, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarış alınandan sonra həmin yaşayış evində dəyişiklik edilərək artırmalar edilmişdir. Bundan sonra üçüncü şəxs yenidən cavabdeh inzibati orqana müraciət edərək həmin yaşayış evinə təkrar çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2008-ci il tarixdə həmin yaşayış evi və 0.07 hektar həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə təkrar üçüncü şəxsin adına qeydə alınmış və bu barədə adına və **********351-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli, seriya MH, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi 0.07 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətimizdə olmasına baxmayaraq həmin 0.07 hektar həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi 04 oktyabr 2006-cı və 29 iyul 2008-ci il tarixdə qanunsuz olaraq vahid daşınmaz əmlak kimi yalnız üçüncü şəxs Maraqlı şəxs adına qeydə alınmışdır.Ona görə də iddiaçı həmin çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə cavabdeh inzibati orqan cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-Ə-0131-8/2023 saylı məktubla iddiaçıya fərdi yaşayış evinə və yerləşdiyi 0.07 hektar həyətyanı torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, üçüncü şəxs Maraqlı şəxs adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli Çıxarışın ləğv edilməsi "Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri" X6 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ünvanında ev 56 yerləşən fərdi yaşayış evi və 0.07 ha həyətyanı torpaq sahəsi Maraqlı şəxs adına qeydə alınmışdır.

3. MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.07 ha həyətyanı torpaq sahəsi Maraqlı şəxs adına qeydə alınmışdır.

4. 25.07.2008-ci il tarixli, 406-1/1254 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu.

5. JN-897F KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 09 saylı qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi Maraqlı şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qəbələ şəhəri vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyahısında Maraqlı şəxs, X1 və iddiaçının adı qeyd olunmuşdur.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı Qəbələ şəhəri, Heydər Əliyev prospekti 153 ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi ilə bağlı üçüncü şəxs Maraqlı şəxs adına aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasənda verilmiş xx.xx.2006cı il tarixli, MH seriyalı ******* nömrəli və xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışların torpaq sahəsinə münasibətdə ləğv edilməsi və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 03 saylı 2001-ci il tarixli qərarı ilə 862 nömrə ilə qeydiyyat kitabında qeydə alınmış JN-997F (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 1/3 hissədə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Cavabdeh tərəfindən imtina dəlili kimi inzibati orqanın səlahiyyətinin olmaması və ilkin qeydiyyat aparılan zaman iddiaçının razılıq ərizəsi verilməsindən ibarətdir.Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki,həmin ərizənin məzmununda torpaq sahəsinə deyil,fərdi yaşayış evinə Maraqlı şəxs mülkiyyət hüququnun qeydə alınmasına razılıq verilmişdir.Digər tərəfdən daşınmaz əmlaka mülkiyyət hüququ yalnız rəsmi qeydə alınan müqavilə əsasında digər şəxsə ötürülə bilər.İş materiallarında isə alqı-satqı,bağışlamaya dair belə bir müqavilə mövcud deyildir. Göründüyü kimi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə aqrar islahat zamanı əsasən JN 897 F Kod 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha torpaq sahəsi verilmişdir.Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsi üzərində X1 və iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq həmin hüquq pozulmuş,nəticədə fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququ qeydə alınmışdır. Fərdi yaşayış evinin üzərində Maraqlı şəxs mülkiyyət hüququ mübahisə predmeti olmadığından həmin daşınmaz əmlak üzərində aparılmış ilkin qeydiyyat torpaq sahəsinə münasibətdə 1/3 hissədə ləğv edilməlidir.Qeydiyyatın əsasında verilmiş xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli və xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışların torpaq sahəsinə münasibətdə 1/3 hissədə ləğv edilməli,ümumi birgə mülkiyyətə verilmiş 0,07 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən cavabdehin etirazının dəlillərini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Qəbələ şəhəri, Heydər Əliyev prospekti 153 ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi ilə bağlı üçüncü şəxs Maraqlı şəxs adına aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasənda verilmiş xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli və xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışların torpaq sahəsinə münasibətdə ləğv edilməsi və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 03 saylı 2001-ci il tarixli qərarı ilə 862 nömrə ilə qeydiyyat kitabında qeydə alınmış JN-997F (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 1/3 hissədə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gəl hən işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ şəhəri Heydər Əliyev prospekti 153 ünvanında yerləşən fərdi yaşayış evi və 0,07 ha həyətyanı torpaq sahəsi ilə bağlı üçüncü şəxs Maraqlı şəxs adına aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş xx.xx.2006cı il tarixli, MH seriyalı ******* nömrəli və xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışların torpaq sahəsinə münasibətdə 1/3 hissədə ləğv edilməsi və JN-897F KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,07 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar