Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-936/2025 14.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil, üçüncü şəxs X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadədə olan, elektron uçotu aparılarkən iddiaçının adına qeydə alınmış 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X3 mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifasində olan, elektron uçotu aparılarkən iddiaçının adına qeydə alınmış 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X3 mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2999/2024 nömrəli qərardadı ilə X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999cu il tarixli 50 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir, (torpağın mülkiyyətə verilməsinə dair JN-271 saylı dövlət aktı(kod ********) Lakin onun və ailəsinin istifadəsində 4.50 ha torpaq sahəsi var və bütün vergiləri tərəfindən ödənilir. Halbuki ailələri 6 nəfərdən ibarətdir və Göyçay rayonu Q.Qasımov adına kolxozun yerli aqrar islahat komissiyasının 10 may 1999-cu il tarixli iclas protokolu ilə müəyyən edilmişdir ki, kolxozun 1115 hektar torpaq sahəsi var və həmin torpaq sahəsi 1578 nəfər subyekt arasında bölünməlidir. Göyçay rayonunun Şəkili kəndində yaşayan mərhum X11 tək yaşadığı halda onun mülkiyyətinə 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X6 adına çap edilmişdir.Bu hal Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubu və arxiv arayışları ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci i! tarixli 29 saylı məktubunda keçmiş Q Qasımov adına təsərrüfat üzrə hər adam başına orta torpaq normasının fiziki ölçüdə 0,70 ha təşkil etdiyi, bizə naturada 4,26 ha pay torpağının ayrıldığı, 2000-ci ildə sənədləşmə aparılan zaman istifadənizə verilmiş 4.26 ha pay torpağının sənədinin texniki səhv nəticəsində qonşu mülkiyyətçi X11 ilə dəyişik çap edilməsi. Gözəl Məmmədovanın təsərrüfatda tək olması, həyətində 0,10 ha zəbt torpaq sahəsi nəzərə alınmaqla ona ‘Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq naturada 0,55 ha pay torpağının ayrılmasına baxmayaraq texniki səhv nəticəsində JN-266 saylı dövlət aktı ilə 4,50 ha pay torpağının ayrılması, halbuki G.Məmmədovamn naturada istifadəsində orta norma daxilində 0,55 ha torpaq sahəsinin olduğu göstərilir. X12 filialının 26 iyul 2022-ci il tarixli 271 saylı arayışından görünür ki, islahat zamanı mənim ailəm 6 nəfərdən ibarət olmuşdur. Dövlət X2 ölümündən sonra mərhumun adına olan torpağa mülkiyyət huququna dair JN-266 saylı dövlət aktında göstərilən 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X3 mülkiyyəti kımı qeydiyyata alınmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 2-1(116)-961/2023 saylı,xx.xx.2023-cü il tarixli Qərarına əsasən təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya və kassasiya şikayəti vermiş,sözügedən qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarix i 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘'Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq istifadəmdə olan 4 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ölçülmüş və faktiki sərhdlərinin koordinatları müəyyən edilmişdir. Lakin ərazidə aparılmış yerquruluşu işlən ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilib elektron kadastr məlumat bazasına daxil edilməsi işləri başa çatmadığı üçün daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi işi ləngidiyi üçün hələki 1997-ci ildən bu vaxta kimi onun istifadəsində və sahibliyində olan 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququmu qeydə aldıra bilməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də 4,50 hektar torpaq sahəsinə mülkiyyət huququnun qeydə alınmasından imtina etmiş, imtinasını arxiv məlumatlarında həmin torpaq sahəsinin mülkiyyətimizdə olmasına dair heç bir məlumatın olmaması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu m ormasıya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq münasibətlərinin tənzimlənməsində uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra öz həllini tapacağı ilə əsaslandırmış, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Göyçay rayonunun Şəkili kəndində yerləşən 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 2V-406 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq aparılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi mülkiyyət hüququnu təsdiq edən JN-271 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından da göründüyü kimi Göyçay RAİKnin xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.55 ha torpaq sahəsi verilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının X3 mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etməsinə baxmayaraq, əslində RAİK-nın qərarını mübahisələndirir. Bildirirəm ki, RAİK- nın qərarının mübahisələndirilməsi üçün iddia müddəti ötürülmüş, həmçinin, iddiaçının və ailə üzvlərinin mülkiyyətində 0.55 ha torpaq sahəsinin olmasına baxmayaraq, X3 4.5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etməsi iddianın mümkünlük şərtinə cavab verməməsini təsdiq edir. Əlavə olaraq bildirirəm ki, Göyçay RAİK-nin xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı ilə X6 mülkiyyətinə 4.5 ha torpaq sahəsi verilmiş və onun adına JN-266 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. X6 vəfatından sonra miras kütləsinə daxil olan həmin 4.5 ha torpaq sahəsini X7 miras kimi qəbul etmiş və onun adına xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reysetrində qeydiyyata alınaraq, adına **********63 reyestr nömrəli çıxarış verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili (nümayəndəsi) iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. JN-271və JN-266 nömrəli Dövlət Aktları
3. Cavabdehin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktubları,
4. xx.xx.2020-ci il tarixli Qanun üzrə X10 Şəhadətnamə
5. 2721008609 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Göyçay rayonunun Şəkili kəndində yerləşən, 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı, sözügedən torpaq sahəsinin ona və ailə üzvlərinə Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə ayrıldığını, lakin onun və ailəsinin istifadəsində 4.50 ha torpaq sahəsi olduğunu və bu torpağa görə bütün vergiləri ödədiyini qeyd edir. Onun qənaətinə görə islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan X6 adına çap edilmişdir. X11 vəfat edəndən sonra isə bu torpaq sahəsi üzərində mülkiyyət hüququ “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında onun oğlu X1. Cavabdeh orqanın imtinası da məhz Göyçay rayonunun Şəkili kəndində yerləşən 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, 2V-406 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hazırda onun mülkiyyətində olması ilə bağlıdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-266 nömrəli Dövlət Aktınan görünür ki, 4,50 ha torpaq sahəsi Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə X8 ayrılmışdır. xx.xx.2021-ci il tarixli, 2V-406 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X7 xx.xx.2000-ci il tarixində vəfat etmiş X6 vərəsəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Odur ki, mübahisələndirilən qeydiyyatın aparılmasına əsas JN-266 nömrəli Dövlət Aktı olduğundan hazırkı mərhələdə sözügedən Dövlət Aktı ləğv edilmədən onun əsasında aparılmış qeydiyyatın mübahisələndirilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxıla bilməz. Qeydiyyatın aparılmasına əsas olmuş JN-266 nömrəli Dövlət Aktı mübahisələndiriləcəyi halda onun Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı əsasında verilib-verilməməsi yoxlanılmaqla həmin dövlət aktının mübahisələndirilməsi imkanlarına hüquqi qiymət veriləcəkdir. Odur ki, mübahisələndirilən çıxarışla bağlı qeydiyyatın ləğvinə nail olmaq üçün ilk növbədə həmin qeydiyyatın aparılmasına əsas olmuş JN-266 nömrəli Dövlət Aktı mübahisələndirilməli, qaldırılmış məsələ müsbət həllini tapdıqdan sonra iddiaçı hazırkı tələblə cavabdeh orqana, müraciəti təmin edilmədikdə isə analoji qaydada məhkəməyə müraciət etməlidir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadədə olan, elektron uçotu aparılarkən iddiaçının adına qeydə alınmış 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X3 mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə.