Məhkəmə qərarları › İş №2-1(116)-937/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-937/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-937/2022 30.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində İddiaçı doğum tarixinin “xx.xx.1989-cu” ildən xx.xx.1989-cu” ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində İddiaçı doğum tarixinin “xx.xx.1989-cu” ildən xx.xx.1989-cu” ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı xx.xx.1989-cu ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. Onun doğumu barədə Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə 136 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X3r. Onlar xx.xx.1987-ci il tarixdə 70 nömrə ilə Balakən rayonu Katex kənd İƏD-də rəsmi nikaha daxil olmaqla evlənmişlər. Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən iddiaçı barəsində xx.xx.1989-cu il tarixdə 136 saylı doğum haqqında akt qeydi tərtib olunarkən doğum tarixi səhvən 16 iyul 1989-cu il göstərilmişdir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət etmişdir. Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində xx.xx.2021-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən göndərilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən İddiaçı doğum tarixi xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilmişdir. Lakin həmin düzəliş qanunauyğun olmadığına görə Cavabdehnə xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə müraciət edərək doğum tarixinin “xx.xx.1989-cu” ildən “xx.xx.1989-cu”ilə düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya məktub təqdim edərək göstərmişdir ki, Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində İddiaçı doğum tarixinin “xx.xx.1989-cu” ildən “xx.xx.1989-cu”ilə düzəliş edilməsi şöbədə mümkün deyildir. Belə ki, Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində xx.xx.2021-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən göndərilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən İddiaçı doğum tarixi xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları"nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifavət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də, kifayət qədər əsaslar olmadığından, həmçinin xx.xx.2021-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin rəyinə əsasən İddiaçı doğum tarixi xx.xx.1989-cu ildən xx.xx.1989-cu iə düzəliş edildiyindən, yenidən xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilir. İddiaçı qeyd edir ki, ona məxsus olan bütün sənədlərdə doğum tarixi 09 avqust 1989-cu il göstərilmişdir. Lakin Cavabdeh onun doğum tarixini 08 avqust 1989-cu il qeyd etməsi doğum haqqında şəhadətnamə ilə ona məxsus olan şəxsiyyət vəsiqəsi və digər sənədlərin arasında uyğunsuzluq yaradır. Belə olan halda iddiaçı nə işə girə, nə qeydiyyata düşə, nə də digər notariat əməliyyatları apara bilmir. Ona görə də doğum akt qeydində düzəliş edilməsini istəyir. Cavabdehin iddiaçının nümayəndəsi X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/76- 48/09 nömrəli imtinası iddia ərizəsinə əlavə edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaya imtinasına uyğun məlumatları qeyd etməklə münasibət bildirmiş və iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.1989-cu il tarixli 136 nömrəli İddiaçı aid Doğum haqqında akt qeydinin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, ilkin olaraq iddiaçının ikinci övlad olaraq xx.xx.1989-cu il tarixdə dünyaya gəldiyi qeyd edilmiş, sonradan doğum tarixi xx.xx.1989cu il tarixə dəyişdirilmişdir. Doğum haqqında akt qeydinin üzərində “Düzəliş və əlavə: Balakən ASAN xidmət mərkəzi qeydiyyat şöbəsindən göndərilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən uşağın doğum tarixi xx.xx.1989-cu ilə düzəliş edilib. xx.xx.2021” qeydi aparılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli 2-18/85 nömrəli məktubla məhkəməyə təqdim edilmiş iddiaçıya aid məlumatlarda onun doğum tarixi xx.xx.1989-cu il göstərilmişdir. Həmin məktuba əlavə edilmiş “Doğum haqqında kat qeydi”ndə doğum tarixli xx.xx.1989-cu il qeyd olunmuşdur. X1 (xx.xx.1951), anası X3r (xx.xx.1962). Cavabdehinin xx.xx.2022-ci il tarixli 05/a-591 nömrəli məktubuna əlavə edilmiş X4 adına tərtib edilmiş 810 nömrəli “Doğum haqqında tibbi şəhadətnamə”də uşağın cinsi oğlan, doğum tarixi xx.xx.1989-cu il, doğum saatı 23:40 göstərilmişdir. Balakən Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi haqqında” xx.xx.2021-ci il tarixli rəyin müəyyən etdi hissəsində qeyd edilmişdir ki, Balakən rayon katex icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 136 nömrəli xx.xx.1989-cu il tarixli doğum akt qeydinin uşaq haqqında məlumat qrafasında uşağın doğum tarixi xx.xx.1989-cu il yazılmışdır. Yoxlama nəticəsində aşkar edilir ki, Balakən rayon Mərkəzi xəstəxanasının xx.xx.2021-ci il tarixli 810 nömrəli doğum haqqında tibbi şəhadətnaməsində İddiaçı doğum tarixi xx.xx.1989-cu il qeyd edilmişdir. İddia tələbinin əsaslarından da göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı məhz doğum doğum akt qeydində doğum tarixinin düzgün qeyd olunmadığını iddia edərək, dəyişdirilməsindən və cavabdehin hərəkətlərinin mübahisələndirilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166-cı maddəsi doğumun qeydə alınması qaydasını tənzimləməkdədir. Həmin maddənin tələbinə görə: 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir... Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 13-N nömrəli Qərarının 7.1-ci bəndinə əsasən qeydiyyat şöbəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: ... 7.1.7. doğumun, nikahın bağlanmasının, övladlığa götürmənin, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamələr vermək; ... “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən: ... 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. ... 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. ... İşin hallarının araşdırılması zamanı X9 Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş “Doğum aktı qeydi”nə və “Doğum haqqında tibbi şəhadətnamə”yə əsasən müəyyən edilmişdir ki, iddiaçının doğum tarixi xx.xx.1989-cu il, saat 23:40-dır. İddiaçının doğum akt qeydində olmuş yalnışlıqlar Balakən ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən düzəldilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində İddiaçı doğum tarixinin xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar