Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-938/2024 06.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmazəmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3365/2023 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili 04 dekabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmazəmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3365/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən bildilir ki, iddiaçılar ata oğul olmaqla Balakən rayonu Qazma kəndində yaşayırlar. xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılara məxsus olan torpaq sahələri əvvəllər də onların istifadəsində olmuş və həmin ərazidə fındıq ağacları əkmişlər. Lakin həmin sənədlərdə onların faktiki istifadələrində olan ərazinin koordinatları işlənməmişdir. İddiaçı1 və İddiaçı2 faktiki istifadələrində olan əraziyə uyğun torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatların dəyişdirilməsinə köməklik edilməsi və yeni torpaq sahəsinin plan və ölçüsü sənədlərinin verilməsi ilə bağlı Balakən regional Asan xidmət mərkəzində Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına müraciət etmişdir.Cavabdeh tərəfindən imtin məktubu gəlmişdir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Balakən rayonu, Qazma kəndi ərazisində yerləşən, iddiaçıların mülkiyyətində olan 1.40 ha torpaq sahəsinin naturada müəyyən edilməsi məqsədilə mütəxəssislər tərəfindən iddiaçıların iştirakı ilə sözügedən ərazidə ölçmə işləri aparılmışdır, iddiaçılara məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında’’ 07.10 2021-ci il tarixli, 1455 nömrəli Fərmanına uyğun olaraq, Balakən rayonunda torpaq islahatı nəticəsində ayrılmış pay torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işlərinə başlanılmışdır. Bu məqsədlə hazırda pay torpaqlarında faktiki vəziyyətin dürüstləşməsi işləri aparılır və torpaqların elektron kadastr uçotu informasiya sistemində müvafiq düzəlişlərin aparılması üçün tədbirlər görülür. Əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra onların müraciətinə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya məktub ünvanlanmışdır. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Daanov X10 rayonu, Qazma kəndində yerləşən, iddiaçıların mülkiyyətinidə olan 1.40 ha və 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin plan-ölçü sənədindəki koordinatların faktiki istifadə vəziyyətinə uyğun dəyişdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərazidə mübahisəli hal olduğu üçün və hal-hazırda Balakən Rayon Məhkəməsində iddiaçı X2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı torpaqdan çıxarılma tələbinə dair e-2(019)- 644/2023 saylı iş üzrə icraatda olduğundan, ərizəyə tərəfimizdən baxılması mümkün olmamış və Balakən Rayon Məhkəməsində olan e-2(019)-644/2023 saylı iş üzrə məhkəmə prossesi yekunlaşdıqdan sonra ərizəyə qanunamüvafiq qaydada baxılacağı barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-Ə-00xx-xx/2023 (**********70) nömrəli məktub ünvanlanmışdır Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi idia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. A seriyalı 816749 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, iddiaçı X5 Balakən rayonu Qazma kəndi ərazisində 1.2685 ha torpaq sahəsi ayrılmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 1.2685 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 1.40 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir.
5. AN ******* seriya nömrəli xx.xx.2022-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X3 və digərləri özlərinə məxsus olan torpaq sahəsini iddiaçı X1.
6. AN ******* seriya nömrəli xx.xx.2018-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X11 və digərləri özünə məxsus olan torpaq sahəsini İddiaçı2 satmışdır.
7. AN ******* seriya nömrəli xx.xx.20221-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X4 və digərləri özünə məxsus olan torpaq sahəsini İddiaçı2 satmışdır.
8. RX seriyalı ******* qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 0.3350 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir.
9. JN-152 kod 40103018 saylı Dövlət Aktının surətindən görünür ki, 0.39 ha torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 08 saylı qərarı ilə X11 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
10. JN-151 kod 40103018 saylı Dövlət Aktının surətindən görünür ki, 1.63 ha torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 06 saylı qərarı ilə X3 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçıların nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Belə ki,iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki,iddiaçıların hüquqi marağı X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və yekun nəticədə torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir. İş materiallarında olan cavabdehə ilkin müraciətdən görünür ki,iddiaçılar cavabdehə ilkin müraciət edərkən torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi tələbi qeyd olunsa da, üçüncü şəxsə məxsus çıxarışın ləğvi tələbini göstərməmişdir.İndiki halda cavabdehdən çıxaırışın ləğvi tələb edilmədiyi halda həmin tələblə məhkəməyə müraciət edilmişdir.Bu zaman iddia tələbi bu növ iddialara məxsus xüsusi mümkünlük şərtinə cavab vermir.Yəni,iddiaçılar iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün ilkin olaraq qeydə alınmış hüququ mübahisələndirə bilərlər. Belə olan halda iddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. Hazırkı iddia cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. Lakin,iddiaçının həmin tələblə bağlı cavabdehə müraciət etməsini təsdiqləyən hal iş materiallarına əsasən müəyyən edilmir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçılara izah edilir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə həmin torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququna dair sənədin ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir.Cavabdeh tərəfindən tələbin icrasından imtina ediləcəyi və ya müvafiq meddət ərzində münasibət bildirilməyəcəyi halda məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmazəmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə