Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-94/2020 04.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "əmək pensiyasına 3 il 3 ay əmək stajı əlavə edilməklə ümumi stajının 27 il 3 ay müəyyən edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "əmək pensiyasına 3 il 3 ay əmək stajı əlavə edilməklə ümumi stajının 27 il 3 ay müəyyən edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 21.02.1966-cı ildən 01.12.2010-cu ilədək müxtəlif sahələrdə işləmiş və 27 il 3 ay əmək stajı vardır. Lakin ona yaşa görə əmək pensiyası təyin edilərkən stajının son 3 il 3 ayı nəzərə alınmamışdır. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İddiaçı öz iddia ərizəsində mövcud olan 27 il 3 ay stajının 3 il 3 ayının cavabdeh tərəfindən nəzərə alınmadığını bildirərək, məhz hansı müddətdən və hansı iş yerindən söhbət getdiyini dəqiqləşdirməsə də, şifahi məhkəmə baxışı zamanı veridiyi izahatda bildirdi ki, nəzərə alınmayan müddət 19.02.2007-ci ildən 12.08.2008-ci ilədək "Yolnəqliyyatservis" Departamentinin 71 nömrəli Yol-istismar müəssisəsində sürücü və 12.08.2008-ci ildən 01.12.2010-cu ilədək "xxxx" MMC-də sürücü işlədiyi müddətlərdir. Həmin müddətlərin cəmi 3 il 7 ay 12 gün təşkil edir. İşdə toplanmış sənədlərlə, o cümlədən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 12.06.2019-xcu il tarixli **********2 nömrəli və 23.08.2019-cu il tarixli **********9 nömrəli arayışları, həmçinin iddiaçının adına olan 108806 nömrəli "Pensiyaçının uçot vərəqi" və iddiaçının 108806 nömrəli "Pensiya işi" ilə müəyyən edildi ki, iddiaçıya 01.10.2011-ci ildən yaşa görə əmək pensiyası təyin edilmiş və onun 01.01.2006-cı ildən ("Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi tarix) əvvəlki 23 il 7 ay sosial sığorta stajı nəzərə alınmışdır. İddiaçı cavabdehə müraciət edərək 19.02.2007-ci ildən 01.12.2010-cu ilədək işlədiyi müddətin də nəzərə alınmasını və pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin 05.07.2016-cı il tarixli sərəncamına əsasən, iddiaçının 01.01.2006-cı ilədək 23 il 7 ay sığorta stajı, habelə 19.02.2007-ci ildən 01.12.2010-cu ilədək 3 il 8 ay müddət İri Sığortaedənlərlə İş İdarəsinin 12.01.2015-ci il tarixli 99/08/04-106 nömrəli məktubuna əsasən 649,01 manat, Bakı Şəhəri üzrə X3 İdarəsinin 08.07.2016-cı il tarixli 88/07/07F-6267 nömrəli məktubuna əsasən 753,54 manat fərdi hesabının sığorta hissəsi pensiya kapitalına çevrilərək yenidən hesablanmışdır. 01.10.2011-ci ildən 01.07.2016-cı ilədək olan müddət üçün yaranmış 605,94 manat fərq məbləği iddiaçıya birdəfəyə ödənilmişdir. Göründüyü kimi, iddiaçının hazırda nəzərə alınmasını tələb etdiyi 3 il 3 ay da daxil olmaqla 3 il 8 ay sosial sığorta stajı ona 01.10.2011-ci ildə pensiya təyin edilərkən nəzərə alınmasa da, 05.07.2016-cı ildə iddiaçının müraciəti əsasında araşdırılaraq onun sosial sığorta stajına daxil edilmiş, pensiya yenidən hesablanmış, ötən müddət üçün yaranan fərq məbləği iddiaçıya ödənilmiş və növbəti aylar üçün artırılan məbləğin ödənilməsinə başlanmışdır. Artıq tərəflər arasında inzibati mübahisə mövcud deyil. Odur ki, iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "əmək pensiyasına 3 il 3 ay əmək stajı əlavə edilməklə ümumi stajının 27 il 3 ay müəyyən edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-94/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-94/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver