Məhkəmə qərarları › İş №2-1(116)-941/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-941/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-941/2020 29.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Qax rayon şöbəsinə qarşı “xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1975-ci ildə Qax rayonunda anadan olmuşdur. 11 illik tam orta məktəbi bitirmiş və xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. Döyüş tapşırıqlarını yerinə yetirmək məqsədi ilə dəfələrlə döyüş zonalarına xidməti ezamiyyətlərə göndərilərək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ona müharibə veteran adı verilmişdir. Bundan sonra DSMF-nin Qax rayon şöbəsinə müavinət təyin olunması üçün müraciət etmiş, lakin xx.xx.2020-ci il tarixdə DSMF-nin Qax rayon şöbəsi tərəfindən iddiaçıya imtina məktubu göndərilmişdir. İddiaçı imtinanı əsassız hesab etmiş və məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazı: İddiaçı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Qax rayon şöbəsindən pensiya almır. İddiaçı Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Qax rayon şöbəsindən Müharibə veteranı kimi Prezident təqaüdü ödənilir. xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubla Əmək və X1 Nazirliyi yanında Dövlət X4 X2 İdarəsinə vətəndaşın hərbi rütbəli şəxs kimi pensiya alıb almaması barədə sorğu məktubu göndərilmiş və müvafiq olaraq xx.xx.2020-ci il tarixdə **********1 nömrəli məktubla cavab göndərilmişdir. Cavab məktubunda qeyd olunan məlumatlara əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən pensiya alır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli M/V seriyalı 084183 nömrəli veteran vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İşdə olan, DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Qax rayon şöbəsindən pensiya almır. İddiaçı Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Qax rayon şöbəsindən Müharibə veteranı kimi Prezident təqaüdü ödənilir. Bildiririk ki, xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubla Əmək və X1 Nazirliyi yanında Dövlət X4 X2 İdarəsinə vətəndaşın hərbi rütbəli şəxs kimi pensiya alıb almaması barədə sorğu məktubu göndərilmiş və müvafiq olaraq xx.xx.2020-ci il tarixdə **********1 nömrəli məktubla cavab göndərilmişdir. Cavab məktubunda qeyd olunan məlumatlara əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən pensiya alır. Dövlət X4 Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubuna cavab olaraq DSMF-nin X2 İdarəsi bildirmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdən İdarə tərəfindən pensiya ödənilir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu, DSMF-nin X2 İdarəsinin xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. İşə əlavə edilmiş Dövlət X4 X2 İdarəsinin xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, iddiaçıya idarə tərəfindən xx.xx.2013-cü il tarixdən pensiya ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanununqüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. İddiaçıya Dövlət X4 X2 İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdən pensiya təyin olunduğu və vəsiqəni də xx.xx.2018-ci il tarixində aldığı üçün ona əvvəlki 3 ilin müavinəti ödənilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərclər olmamışdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Qax rayon şöbəsinə qarşı “xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar