Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-942/2020 08.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 07.10.2012-ci ildən 07.10.2015-ci ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cabahdehin üzərinə qoyulması" tələbi barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 07.10.2012-ci ildən 07.10.2015-ci ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cabahdehin üzərinə qoyulması" tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra İddiaçı məhkəməyə 27.05.2020-ci il tarixli ərizə göndərərək, iddia tələbindən imtina etməyini nəzərə alaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Daha sonra o, məhkəməyə digər bir ərizə göndərərək, iddia ərizəsinin və əlavə olunmuş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Həmin ərizə məhkəməyə 04.06.2020-ci ildə daxil olmuşdur. Göründüyü kimi, hər iki ərizədə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etsə də, birinci ərizədə o, iddiadan imtina etdiyini bildirmiş, ikincidə isə bunu bildirməmişdir. Hər iki ərizə iddiaçının iradəsini ifadə etsə də, məhkəmə hesab edir ki, ikinci ərizə zaman etibarı ilə sonuncu olduğuna görə məhz həmin ərizə nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı iddia sənədlərinin geri qaytarılmasını tələb etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının öz iddia ərizəsini geri tələb etməsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 07.10.2012-ci ildən 07.10.2015-ci ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cabahdehin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-942/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-942/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver