Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-947/2021 06.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun, Məhkəmə iclasının katibi X7, İddiaçı, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X15) “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Zaqatala rayon AİK-nin 25 sentyabr 2003-ci il tarixli 110 saylı qərarı ilə mərhum həyat yoldaşı X11 adına verilmiş A seriyalı 521334 saylı torpaq sahəsinin plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X15) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Zaqatala rayon AİK-nin 25 sentyabr 2003-ci il tarixli 110 saylı qərarı ilə mərhum həyat yoldaşı X11 adına verilmiş A seriyalı 521334 saylı torpaq sahəsinin plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 20.05.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon AİK-nın 25 sentyabr 2003cü il tarixli 110 saylı qərarına əsasən 6 nəfər ailə üzvünün paylı mülkiyyətinə, hər birinə 0.34 ha olmaqla, cəmi 2.04 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iddiaçının həyat yoldaşının vəfatından sonra onun adına işlənmiş və hazırda da həmin torpaqlardan iddiaçı ailə üzvləri ilə birgə istifadə edir. 1996-cı il islahat müddətində X6 verilmişdir. Yenidən 2003-cü ildə islahat aparılan zaman X6 verilmişdir. 2013-cü ildə isə bələdiyyə tərəfindən saxtalaşdırılmışdır. Bundan başqa iddiaçının oğlu X1 idarə heyətinin razılığı ilə 0.28 ha sahəsi olan yararsız torpaq sahəsini təmizləmiş, yararlı hala gətirərək fındıq kolları əkmişdir. Həmin torpaq sahəsi islahat zamanı Çobankol bələdiyyəsinə verilmiş və hazırda da iddiaçının oğlu həmin torpaq sahəsindən istifadə edir. Lakin sonradan 2013-2014-cü illərdə həmin 0.28 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsi heç bir hüquqi əsas olmadan X2 adına işlənilərək sənədlərdə saxtakarlıq edilmişdir. Bu barədə iddiaçının məlumatı olmamışdır. Bütün bunlardan başqa kəndin “Daşlıbostanlar” adlandırılan ərazisində iddiaçı və ailə üzvlərinin qanuni mülkiyyətində olan 0.54 ha torpaq sahəsi ilə bağlı da sənədlər saxtalaşdırılmış, həmin torpaq sahəsinin 0.33 ha hissəsi X10 adına işlənmişdir. AİK Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə vermiş olduğu sərəncamı ilə ləğv olunmasına və islahatın başa çatmasına baxmayaraq 2013-2014-cü illərdə AİK adından istifadə edilərək saxta sənədlər hazırlanmışdır. Yuxarıda qeyd olunanlara baxmayaraq cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi Çobankol bələdiyyəsi ilə birlikdə iddiaçının oğlunun qanuni istifadəsində olan 0.28 ha torpaq sahəsini, X10 adına olan X3 məxsus 0.54 ha torpaq sahəsinin 0.33 ha hissəsini isə Əfqan Yusifovun adına işləmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan 15.02.2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 22.06.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, İddiaçı iddia tələbində qeyd olunan məsələ ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etməmişdir. Qeyd olunan məsələ ilə bağlı X14 ərazi idarəsinə ərizələrlə müraciət etmişdir. Qeyd olunan məsələnin həlli 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən X4 ərizələrinin icrası mümkün olmamış və bu barədə ərizəçiyə tərəfimizdən 15.02.2019-ci il tarixli, **********73 və təkrar 22.02.2021-ci il tarixli, **********24 nömrəli məktublar ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, X14 hal-hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 07 sentyabr 2018-ci il tarixli, 2-1(84)- 1466/2018 saylı və 18 sentyabr 2019-cu il tarixli, 2-1(84)-673/2019 saylı qərardadları ilə onun iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan A seriyalı 283614 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və RX seriyalı ******* nömrəli 27.07.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 0.3395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iş üzrə üçüncü şəxs X10 mülkiyyətindədir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.09.2018-ci il tarixli, 2-1(84)-1466/2018 nömrəli və 18.09.2019-cu il tarixli, 2-1(84)-673/2019 nömrəli qərardadlarından görünür ki, həmin iş üzrə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X15) qarşı "cavabdeh tərəfindən X10 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə mərhum atası X13 adına verilmiş A seriyalı 521334 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan A seriyalı 521334 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə 2839 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 verilmişdir. İş materiallarında olan A seriyalı 521491 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə 2804 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 verilmişdir. İş materiallarında olan A seriyalı 521466 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə 3300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 verilmişdir. İş materiallarında olan A seriyalı 521492 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə 2949 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 verilmişdir. İş materiallarında olan A seriyalı 521515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə 10606 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 verilmişdir. Hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarında olan cavabdeh orqanın etiraz məktubundan müəyyən edilir ki, İddiaçı tərəfindən cavabdeh orqana hazırkı iddia tələbi ilə müraciət olunmamışdır. Cavabdeh orqanın etiraz məktubunda qeyd edilənlərə əsasən görünür ki, hazırkı tələblə X14 cavabdeh orqana müraciət etmişdir. Yuxarıda sadalanan məhkəmə qərardadlarına əsasən isə X4 analoji iddia tələbləri mümkün sayılmamışdır. İddia ərizəsində iddiaçı qeyd edir ki, hazırkı tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan 15.02.2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Bu hal ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində cavabdeh orqana müraciət edildiyini qeyd etdikdə o, X4 analoji müraciətini nəzərdə tutmuşdur. Bununla bağlı məhkəmə iddiaçının nəzərinə çatdırır ki, cavabdeh orqana onun özü tərəfindən hazırkı iddia tələbi ilə ərizə ilə müraciət edilməli, cavabdeh orqan tərəfindən müraciət təmin edilmədiyi və ya müraciət cavabsız saxlanıldığı təqdirdə məhkəmədə iddia qaldırılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı həmin torpaq sahəsinin həyat yoldaşının vəfatından sonra onun adına işləndiyini və hazırda da həmin torpaqlardan ailə üzvləri ilə birgə istifadə etdiyini qeyd etsə də, plan-ölçü sənədlərində iddiaçının mərhum ərinin adı qeyd olunmuş, plan-ölçü sənədlərində qeyd olunan torpaq sahələri üzərində iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın reyestrində qeydiyyata alınmamışdır. İddiaçının hüquqi marağını nəzərə alaraq məhkəmə qeyd edir ki, X11 adına verilmiş A seriyalı 521334 saylı torpaq sahəsinin plan-ölçü sənədinin, həmçinin X10 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi üçün iddiaçı və onun ailə üzvləri ilk olaraq cavabdeh inzibati orqana müraciət etməli, müraciətləri təmin olunmadığı halda məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etməlidirlər. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X15) “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Zaqatala rayon AİK-nin 25 sentyabr 2003-ci il tarixli 110 saylı qərarı ilə mərhum həyat yoldaşı X11 adına verilmiş A seriyalı 521334 saylı torpaq sahəsinin plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-947/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-947/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver