Məhkəmə qərarları › İş №2-1(116)-948/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-948/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-948/2023 14.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Rasimə Telman qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə pensiya məbləğinin tam həcmdə ödənilməsi o cümlədən hər ay əsassız olaraq 36 manat məbləğində pulun tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “yaşa görə pensiya məbləğinin tam həcmdə ödənilməsi o cümlədən hər ay əsassız olaraq 36 manat məbləğində pulun tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11551/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçıya 64 yaş 6 ay tamam olduqda yaşa görə sosial muavinət təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən müəyyən edilmişdir ki,iddiaçı vergi ödəyicisidir. Bu səbəbdən də təyin edilmiş müavinət dayandırılmış,artıq ödənilən məbləğ başa çatanadək hər ay 36 manat pensiyadan pul tutulma aparılmışdır. Hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının ilkin tələbinin icrasından imtina etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi 21 yanvar 2023-cü il tarixli etirazını belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə mərkəzi filiala müraciət edərək ona yenidən yaşa görə sosial müavinət təyin edilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən xx.xx.2021-ci il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir, iddiaçı yenidən vergi ödəyiciləri fəaliyyətini xx.xx.2022-ci il tarixdə bərpa etdiyindən yaşa görə sosial müvinətin ödənilməsi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə mərkəzi filiala müraciət edərək ona yaşa görə sosial müavinət təyin edilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, tərəfimizdən aparılmış araşdırmaya əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1672,67 manat pul vəsaitinin artıq ödənilmiş məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır (iddiaçıya artıq ödənilmiş ümumilikdə 1672,67 manat pul vəsaiti onun “Azərbaycan Beynəlxalq Bankı" ASC-də olan kart hesabına körülümüşdür). Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş müavinət məbləğinin qaytarılması ilə baqlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə baqlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər ücün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki. artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pullələblərinin ödənilməsi ilə baqlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, 2022 nömrəli qərarından görünür ki, 2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərara əsasən əlavə tutulma davam etdirilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, 13791 nömrəli qərarından görünür ki, iddiaçının xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN-i olduğuna görə aryıq aldığı müavinətin məbləği tutulmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xİdmətinin 11 saylı ƏVBİ-nin xx.xx.2023-cü il tarixli, məlumatından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. - Vergi ödəyicisinin fəaliyyəti barədə məlumatdan görünür ki,iddiaçı yaşa görə sosial müavinət aldığı dövrdə müxtəlif tarixlərdə (xx.xx.2021,xx.xx.2022,xx.xx.2022) ərizəsi əsasında vergi ödəyicisi kimi fəaliyyətini dayandırmış və bərpa etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 1.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.1. dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə; 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; Maddə 12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçıya yaşa görə sosial müavinıt təyin edildiyi müddət ərzində o,əmək fəaliyyətinə başlamışdır.Digər tərəfdən də məlumat vermək vəzifəsini yerinə yetirmədiyindən müxtəlif dövrlər üçün ödəmələr həyata keçirilmişdir. Belə olan halda isə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə pensiya məbləğinin tam həcmdə ödənilməsi o cümlədən hər ay əsassız olaraq 36 manat məbləğində pulun tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar