Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-949/2020 22.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı “mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illərin illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işləməsi faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Göyçay rayon Bığır kəndində anadan olmuşdur. İddiaçı xx.xx.1977-ci il tarixdə həyat yoldaşı X3 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. İddiaçının mərhum həyat yoldaşı X3 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işləmişdir. Bununla bağlı iddiaçı Dövlət Arxivinin Göyçay filialından müvafiq arxiv arayışı əldə etmişdir. İddiaçı cavabdeh orqana ailə başçısını itirdiyinə görə ona pensiya təyin edilməsi üçün müraciət etsə də, cavabdeh orqan pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçıya xx xxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatıdırılmışdır ki, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçının nəzərinizə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, ərizədə ”mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işləməsi faktının müəyyən edilməsi” kimi qeyd etdiyi iddia tələbində dəqiqləşmə aparmaq iddiaçıya təklif olunmuşdur. İddiaçı ona ünvanlanmış yardım məktubuna münasibət bildirərək məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizədə iddia tələbində dəqiqləşmə apararaq “mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək, xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubda qeyd etmişdir ki, Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd onun əmək kitabçası hesab edilir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin xx xxxx 2019-cu il tarixli **********5 nömrəli məktubuna əsasən stajın təsdiq edilməsi ilə bağlı Arxiv arayışlarının ikinci instansiya məhkəməsinin qərarından sonra nəzərə alınması Fondun filiallarına tapşırılmışdır. X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. A.İbrahimovun iş stajı aşağıdakı kimidir: xx.xx.1975-xx.xx.1988 = 13 il 2 ay 28 gün (mübahisələndirilən illər) Ümumi staj: 13 il 2 ay 28 gün X1 (vəfat edən günədək 6 il 4 ay sosial sığorta stajı tələb olunurdu) xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı İddiaçı ailə başçısını itirən kimi əmək pensiyası almaq hüququ yarana bilər (yəni sosial müavinət işinin dayandırıldığı növbəti aydan). Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/09-601 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.1977-ci il tarixdə Göyçay rayon Bığır kənd icra nümayəndəliyində X3 ilə 45 saylı akt qeydinə əsasən nikaha daxil olmuşdur. İddiaçının əri X3 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. İddiaçı 1988-ci il tarixdən bu günə kimi nikahda olmamışdır. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə təqdim etdiyi iddiaçının müavinət işinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı Göyçay rayon Bığır narçılıq sovxozundakı əmək fəaliyyəti nəzərə alınaraq, həmçinin 4 uşağını 8 yaşınadək özü tərbiyə etdiyi üçün X8 Mərkəzinin 243 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarına əsasən ona yaşa görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan 430917 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X3 ilə xx.xx.1977-ci il tarixdə nikah bağlamışdır. İş materiallarında olan Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 137a nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçının mərhum həyat yoldaşı X3 Göyçay rayon Bığır narçılıq sovxozunda xx.xx.1975-ci il tarixli 48 nömrəli Əmrlə əmək fəaliyyətinə başlamış, xx.xx.1988-ci il tarixli 103 nömrəli Əmrlə xx.xx.1988-ci il tarixdə vəfatı ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan 380659 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X3 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Dövlət Arxivinin Göyçay filialında iddiaçının mərhum həyat yoldaşı X1 əmək stajı yerində qarşılıqlı yoxlanmış və mərhumun həqiqətən xx.xx.1975-ci il tarixdən vəfat etdiyi xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi öz təsdiqini tapmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020ci il tarixli **********7 nömrəli imtina məktubu, 380659 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, 430917 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surəti, iddiaçının müavinət işinin təsdiq edilmiş surəti, Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 137a nömrəli arxiv arayışı, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/09-601 nömrəli arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. İddiaçı mərhum həyat yoldaşının sovxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş sosial müavinətin ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz olunmasını cavabdeh orqandan xahiş etmişdir. Cavabdeh orqan qeyd olunan müddətlərin mərhumun əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək müraciətdən imtina etmiş və bu səbəblə də tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin onun mərhum həyat yoldaşının sosial sığorta stajına daxil ediləcəyi təqdirdə iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının mərhum əri xx.xx.1953-cü ildə doğulmuş, xx.xx.1988-ci ildə ölmüşdür. Onun öləndə 35 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 7 il stajının olması kifayət edir. (35 -15=20, 20*4/12=6 il 8 ay) İddiaçının mərhum ərinin arxiv arayışına əsasən tələb olunan 6 il 8 aydan artıq, yəni 13 il 2 ay 28 gün stajı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının mərhum həyat yoldaşının Göyçay rayon Bığır narçılıq sovxozunda xx.xx.1975-ci il tarixdən vəfat etdiyi xx.xx.1988-ci il tarixədək işləməsi faktı yuxarıda qeyd olunan iş materiallarına əlavə edilmiş həm xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surəti, həm də Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 137a nömrəli arxiv arayışına əsasən öz təsdiqini tapmışdır. İddiaçı iddia tələbində mərhum həyat yoldaşının sovxozdakı əmək fəaliyyəti müddətini xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək qeyd etmişdir. Lakin 380659 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən də göründüyü kimi mərhum xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. “X7” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsiöhdəliyiqoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə İddiaçı mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-949/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-949/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver