Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-949/2024 22.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli qərarı ilə Balakən rayon Mahamalar kənd ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin atası X2 məxsus olması barədə arayışı verilməsi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmaqla Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli qərarı ilə Balakən rayon Mahamalar kənd ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə atası X1 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli qərarı ilə Balakən rayon Mahamalar kənd ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin atası X2 məxsus olması barədə arayışın verilməsi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmaqla Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli qərarı ilə Balakən rayon Mahamalar kənd ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə atası X1 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, cavabdeh orqana qarşı yönəlmiş tələb iki hissədən ibarətdir: - Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli qərarı ilə Balakən rayon Mahamalar kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin mərhum X2 məxsus olması barədə arayışın verilməsi, - Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli qərarı ilə Balakən rayon Mahamalar kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə mərhum X1 adına çıxarışın verilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdeh orqana qarşı “Balakən rayon Mahamalar kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin mərhum X2 məxsus olması barədə arayışın verilməsi” tələbində sözügedən torpaq sahəsi üzərində məhz hansı hüququn mərhum Ramiz Cəbrayılova məxsus olması barədə arayışın verilməsi aydın və konkret qeyd edilməmişdir. İddiaçı, mərhum atasının xx.xx.2003-cü il tarixdə vəfat etdiyini bildirir. Odur ki, atasının vəfat etdiyi tarixədək iddia olunan 0.08 ha torpaq sahəsi üzərində müqavilə və ya digər əsaslara görə mülkiyyət və ya digər əşya hüququnu əldə etməsinə dair sübutlar təqdim etməlidir. İddia ərizəsinə sözügedən 0.08 ha torpaq sahəsinin atası X2 ayrılması və onun qanuni istifadəsində olmasını təsdiq edən hər hansı sübut əlavə edilmədiyindən həmin torpaq sahəsi üzərində mərhum Ramiz Cəbrayılovun hansı əmlak hüququnun yaranması aydın deyildir. İddia ərizəsinə surəti əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli əmri “Dövlətgeolkomda” Baş Qafqaz geoloji ekspedisiyasının balansında olan 4 ədəd 2 mərtəbəli, 12 mənzilli daş binaların orada yaşayan sakinlərin şəxsi mülkiyyətinə əvəzsiz verilməsi və həmin məsələnin həlli ilə bağlı tədbirlərin görülməsi barədədir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli arayışı mərhum Ramiz Cəbrayılovun 1969-2002-ci illərdə əmək fəaliyyəti barədədir. Sözügedən sənədlərdə iddia olunan 0.08 ha torpaq sahəsinin mərhum Ramiz Cəbrayılova ayrılması ilə bağlı hər hansı qeyd yoxdur. Odur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun mövcudluğu baxımından iddia olunan 0.08 ha torpaq sahəsinin mərhum Ramiz Cəbrayılova ayrılması, onun qanuni istifadəsində olması barədə sübutlar, o cümlədən sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini və naturada yerini müəyyən etməyə imkan verən texniki sənədlər (sxem, yeruquruluşu planı, təhkim aktı, plan-ölçü və s.) təqdim edilməlidir. Tələb olunan sənədlər təqdim edilmədiyi halda iddia olunan torpaq sahəsinin mərhum Ramiz Cəbrayılova hər hansı aidiyyətinin olmaması qənaəti yaranacaqdır ki, bu da hazırkı iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüquqununun mövcudluğunu istisna edir. İddia tələbinin “Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli qərarı ilə Balakən rayon Mahamalar kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə atası X1 adına çıxarışın verilməsi” hissəsinə münasibətdə isə bir daha izah olunur ki, yuxarıda istinad olunan Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Odur ki, ölmüş şəxsə münasibətdə hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRdən Çıxarışın verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından sözügedən tələbə mahiyyəti üzrə baxılması mümkün deyil. İddiaçıya izah olunmuşdur ki, hazırkı iddia tələbinin 1-ci hissəsində qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan (subyektiv hüququn mövcudluğu ilə bağlı torpaqayırma sənədləri təqdim edildikdən və ölmüş şəxsə məxsus olduğu iddia olunan əmlak hüququnun növü dəqiqləşdirildikdən sonra) sonra iddia tələbinə mahiyyəti üzrə baxılaraq müsbət nəticə əldə olunarsa, əldə edilmiş arayış əsasında vərəsəlik sənədlərini cavabdeh orqana təqdim edərək hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsini tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia tələbinin mümkünlüyü məsələsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə 10 gün müddətində münasibət bildirilməsi iddiaçıya təklif olunmuşdur. Müvafiq məktub xx.xx.2023-cü il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İşin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi iddiaçı, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn mövcudluğuna dair zəruri sübutlar təqdim etmədiyindən (o cümlədən ölmüş şəxsə məxsus olduğu iddia olunan əmlak hüququnun növü aydın olmadığından) iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli qərarı ilə Balakən rayon Mahamalar kənd ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin atası X2 məxsus olması barədə arayışı verilməsi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmaqla Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı, xx.xx.1994-cü il tarixli qərarı ilə Balakən rayon Mahamalar kənd ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə atası X1 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-949/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-949/2024
22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver