Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-95/2020 07.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X3, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Balakən rayon şöbəsinə qarşı “Dövlət X12 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxx 1971-ci ildə anadan olmuşdur. 2006-cı ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2006-cı ildə Balakən rayon X6 X1 şöbəsinin tibb bacısı vəzifəsinə təyin edilmişdir. Uşaq Xəstəxanası ixtisar olduğu üçün Balakən rayon Mərkəzi Xəstəxanasının Baş Həkiminin xx xxxxxx 2010-cu il tarixli 01K nömrəli əmrinə əsasən xəstəxananın uşaq şöbəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. Hal- hazırda da həmin şöbənin tibb bacısı vəzifəsində işləyir. Xəstəliyi ilə əlaqədar İİİ qrup əlildir. Ona xx.xx.2017-ci il tarixdən 10 il 10 ay sığorta stajına əsasən əlilliyə görə əmək pensiyası təyin edilmiş və 160 manat pensiya müəyyən edilmişdir. 2019-cu ilin iyun ayında əmək pensiyasında azalma olmuşdur. Buna görə də o, Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Balakən rayon şöbəsinə şifahi olaraq müraciət etmişdir. Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Balakən rayon şöbəsi xx xxxx 2019-cu il tarixli 194 nömrəli məktub göndərərək aşağıdakıları qeyd etmişdir: Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Balakən rayon şöbəsi Sizin şifahi sorğunuza cavab olaraq bildirir ki, Sizə xx.xx.2017-ci il tarixdən 10 il 10 ay sığorta stajına əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin xx.xx.2019-cu ildən müəyyən olunmuşdur ki, Forma-4 əlavədə göstərilən 10 il 10 ay X14 (PAS) qeydə tam alınmamışdır. Ona görə də Sizə əlilliyə görə ödənişi qanunauyğun olmamış və dayandırılmışdır. Əgər tələb olunan sığorta stajınız PAS-da qeydiyyat almarsa pensiyanızın ödənişi davam etdirilə bilər. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək Balakən rayon X6 X1 şöbəsində tibb bacısı, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tariədək 10 il 10 ay sığorta stajının X14 (PAS) tam qeydə alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Dövlət X12 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə 10 il 10 ay sığorta stajına əsasən əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 2006-cı ilin 11 ayı və 2012-ci ildə 8 ay PAS-da (X14) görünmür, ona görədə İddiaçının pensiyası dayandırılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2017-ci ildə 46 yaşı tamam olduğundan əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 4 ay sığorta stajı tələb olunur. Lakin onun PAS-da (X14) faktiki olaraq 9 il 3 ay sığorta stajı müəyyən edilmişdir. Ona görədə İddiaçı pensiya ödənişi dayandırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Fondun Balakən rayon şöbəsi İddiaçı iddiasını təmin edilməməsi barədə qərar qəbul edilməsini Sizdən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 194 nömrəli imtina məktubu, Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 1058 nömrəli arayışı, xx.xx.2007-ci il tarixli ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubu, AZE seriyalı 08077259 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 373 nömrəli qərarının təsdiqlənmiş surəti və arayışlarının təsdiqlənmiş surətləri, 2012-ci il tarixli Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat, Əmək və X8 Nazirliyi 16 nömrəli X17 Komissiyasının SER TSE-01 saylı 349356 nömrəli, SER TSE-01 saylı 012697 nömrəli, SER TSE-01 saylı 349346 nömrəli arayışları, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu, Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 102 nömrəli məktubu, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu, DSMF-nin Balakən rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli qərarı, Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 104 nömrəli məktubu, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 457 nömrəli məktubu, Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 40 nömrəli məktubu, A seriyalı 004367 nömrəli diplomun təsdiqlənmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu, Vİ-ЖГ seriyalı 314983 nömrəli nikahın bağlanamsı haqqında şəhadətnamənin surəti, İ-AZ seriyalı 142169 nömrəli, XİX- ЖГ seriyalı 390015 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətləri, AZE seriyalı 16222223 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu, AZE seriyalı 15172882 nömrəli şəxsiyyət vəsiqəsinin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə qərar xx.xx.2019-cu ildə qəbul edilmiş, iddiaçıya xx.xx.2019-cu il tarixində təqdim edilmiş, iddiaçı xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. (İddia ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur.) Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan Dövlət X12 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixə cəmi PAS-da 8 il 7 ay sığorta stajı olmuşdur. Lakin həmin tarixə İddiaçı 44 yaşı tamam olduğuna görə ona tələb olunan iş stajı 9 il 8 aydır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2017-ci ildən müraciət etdiyindən həmin tarixə tələb olunan 10 il 4 ay sığorta stajı olduqdan əmək pensiyası təyin edilə bilər. Cavabdeh tərəfindən mübahisələndirilən məqam ondan ibarətdir ki, 2006-cı ilin 11 ayı və 2012-ci ildə 8 ay PAS-da (X14) görünmür, ona görədə İddiaçının pensiyası dayandırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən Balakən rayon Mərkəzi Xəstəxanasına sorğular verilmiş və sorğulara cavab olaraq göndərilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli 40 nömrəli məktubdan görünür ki, mübahisəli aylarda iddiaçıya ödənilmiş əmək haqqından sosial sığorta haqqı DSMF-yə köçürülmüşdür. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixindən Balakən rayon Mərkəzi Xəstəxanasında işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Dövlət X12 Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydalarının 1.2.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; 1.2.2-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; 1.2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X18 - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; 1.2.4-cü maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; 1.2.5-ci maddəsinə əsasən sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, baxılan işdə sığorta edənin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən 2006-cı ilin 11 ayı və 2012-ci ildə 8 ay PAS-da (X14) görünməməsi səbəbi ilə iddiaçının pensiya ödənişinin dayandırılması barədə qərarı əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sığortaolunan iddiaçının təqsiri deyildir. Bu vəzifə sığorta edənə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə Dövlət X12 vəzifəsidir. Qeyd olunan nöqsan inzibati orqan tərəfindən asanlıqla aradan qaldırıla bilən olmaqla bərabər, inzibati icraat zamanı həll olunması mümkün olan hal olmuşdur. İnzibati orqan olan cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçı əsassız yerə süründürməçiliyə məruz qalmışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, hətta iddiaçının xəstəxanada stajı natamam olsa idi belə, iş materiallarından müəyyən olunur ki, iddiaçının xx.xx.1995-ci il tarixində X7 və xx.xx.2000-ci il tarixində X9 adlı övladları anadan olmuşdur. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuş, onun hüququ yarandığı xx.xx.2016-cı ildə 44 yaşı olmuş, lakin pensiya təyin oluna xx xxxx 2017-cı il tarixdə 46 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 10 il 4 ay sosial sığorta stajı tələb olunur (46 il - 15 il = 31x4ay /12 = 10 il 4 ay). İddiaçının məhkəməyə təqdim etdiyi ******* nömrəli əmək kitabçasına və körpə uşaqlara qulluq etdiyi 6 iləəsasən isə iddiaçının həmin tarixə tələb olunan 10 il 4 aydan artıq sosial sığorta stajı var. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunmasıöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Dövlət X12 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilir. Cavabdeh Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Balakən rayon şöbəsinin üzərinə xx.xx.2019-cu il tarixdən İddiaçı pensiya ödənişinin bərpa olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-95/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-95/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver