Məhkəmə qərarları › İş №2-1(116)-95/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-95/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-95/2021 31.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “aylıq pensiyasının dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada yenidən hesablanması və təyin edilməsi, qanunsuz olaraq ondan tutulmuş pulun özünə qaytarılması, aylıq pensiya təyinatında aylıq pensiyasının idarə rəhbərinin səlahiyyətlərini yetirdiyinə görə 15 faiz və illər üzrə hər ildə 4 dəfə aldığı mükafatların və digər ödənclərin təyin edilmiş aylıq pensiyasına əlavə edilməsi və bu qaydada sabit aylıq pensiyanın təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dövlət qulluqçusu kimi aylıq əmək pensiyasının azaldılması barədə qəbul edilmiş inzibati aktın ləğv edilməsi, aylıq təqaüdünün dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada yenidən hesablanması və təyin edilməsi, qanunsuz olaraq ondan tutulmuş 416 manat pulun özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.1950-ci ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. O, xx.xx.2013-cü ildə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmışdır. 2009-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar ayında 982 manat təqaüd almışdır. 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Hesablama Palatası Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF publik hüquqi şəxsin Mingəçevir şəhər filialında yoxlama keçirərkən iddiaçının təqaüdə çıxdığı dövrdə komitə sədri işlədiyi son illəri, yəni 1992-1994-cü illərin əmək haqqı və mükafatın təqaüd sənədləri arasında olmadığını əsas gətirərək onun aylıq təqaüdünü 982 manatdan 774 manatadək azaldılması barədə qərar vermişdir. Yoxlama komissiyasının qənaətinə görə artıq hesablanmış 208 manatın iddiaçının aylıq pensiyasından tutulması qərara alınmış və 2 ayda ondan 416 manat pul tutulmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək aylıq pensiyasının dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada yenidən hesablanması və təyin edilməsi, qanunsuz olaraq ondan tutulmuş pulun özünə qaytarılması, aylıq pensiya təyinatında aylıq pensiyasının idarə rəhbərinin səlahiyyətlərini yetirdiyinə görə 15 faiz və illər üzrə hər ildə 4 dəfə aldığı mükafatların və digər ödənclərin təyin edilmiş aylıq pensiyasına əlavə edilməsi və bu qaydada sabit aylıq pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X4 məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olan vəsatətində hazırkı cavabdehin əsl cavabdehlə, yəni Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatət təqdim edərək hazırkı cavabdehin əsl cavabdeh, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı cavabdehin əsl cavabdehlə, yəni Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasına və işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin xx.xx.2021-ci tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialı əsl cavabdehlə, yəni Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunması qərara alınmışdır. Məhkəmə iş materiallarını, həmçinin cavabdehin nümayəndəsinin vəsatətini araşdırıb hesab edir ki, iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun “İri sığortaedənlərlə iş üzrə Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2003-cü il tarixli 133 nömrəli və “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 06 nömrəli əmrlər ləğv edilmiş, “Xüsusi şərtlərlə təyinat İdarəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrdə isə qeyd olunmuşdur ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi, pensiyaların yenidən hesablanması həmin tarixdən dayandırılır. İddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, onun ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının) həyata keçirilməsi, pensiyaların yenidən hesablanması həmin tarixdən dayandırılmış, yəni həmin tarixdən Fondun rayon (şəhər) şöbələrinin bu tələblər üzrə cavabdeh olması istisna edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İş üzrə əsl cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hüquqi ünvanı Bakı şəhəri ərazisində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarında Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı əsl cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “aylıq pensiyasının dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada yenidən hesablanması və təyin edilməsi, qanunsuz olaraq ondan tutulmuş pulun özünə qaytarılması, aylıq pensiya təyinatında aylıq pensiyasının idarə rəhbərinin səlahiyyətlərini yetirdiyinə görə 15 faiz və illər üzrə hər ildə 4 dəfə aldığı mükafatların və digər ödənclərin təyin edilmiş aylıq pensiyasına əlavə edilməsi və bu qaydada sabit aylıq pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “aylıq pensiyasının dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada yenidən hesablanması və təyin edilməsi, qanunsuz olaraq ondan tutulmuş pulun özünə qaytarılması, aylıq pensiya təyinatında aylıq pensiyasının idarə rəhbərinin səlahiyyətlərini yetirdiyinə görə 15 faiz və illər üzrə hər ildə 4 dəfə aldığı mükafatların və digər ödənclərin təyin edilmiş aylıq pensiyasına əlavə edilməsi və bu qaydada sabit aylıq pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar