Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-95/2024 22.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi isə 28,0 m2 hissəsi ilə bağlı X5 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi isə 28,0 m2 hissəsi ilə bağlı X5 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1220/2023 nömrəli qərardadı ilə X10 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı və bacısı X1 hər birinin payı ½ hissə olmaqla ümumi paylı mülkiyyətində Zaqatala şəhəri, Xalqlar Dosluğu küçəsində (keçmiş - Zaqatala rayonu, Çökəkoba kəndi) 1961-ci ildə inşa edilmiş, ümumi sahəsi 37,1 m2 olan fərdi yaşayış evi, o cümlədən, iddiaçının 1/4, X1 1/4 və X5 2/4 pay olmaqla 0,0716 ha həyətyanı torpaq sahələri vardır. Qeyd olunan daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Son dövrdə məlum olmuşdur ki, əvvəlki texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahə, həmçinin iddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 7 m2 sahəyə malik köməkçi sahəsi, ümumilikdə 28,0 m2 hissəsi X11 və X2 mülkiyyətinə işlənmiş,onların həmin əmlak üzərində hüquqları daşınmaz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahə, həmçinin 7 kv.m sahəyə malik köməkçi sahəsi, ümumilikdə 28,0 m2 hissəsi X11 və X2 mülkiyyət hüququ ilə bağlı qeydiyyatın hansı əsasla aparılması ilə bağlı müraciətinə cavab olaraq, reyestr xidməti həmin qeydiyyatın Zaqatala RİH- nin 23 avqust 2021-ci il tarixli, 9/1134 nömrəli məktubuna əsasən aparıldığını bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 13 sentyabr 2021-ci il tarixli, 329 inventar nömrəli texniki pasportdan görünür ki, iddiaçı X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahə, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsi üzərində X11 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsaslarından biri də "Memarlıq planlaşdırma həlli"dir. Halbu ki, elə həmin texniki pasportda fərdi yaşayış evinin tikilmə ili 1961-ci il kimi göstərilmişdir. Göründüyü kimi, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş iddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsi lə bağlı X5 adına tərtib edilmiş "Memarlıq planlaşdırma həlli" qanunsuz olaraq tərtib edilmişdir. Qeyd olunan sahələr 1992-ci ildə iddiaçı tərəfindən müvafiq icazə sənədləri olmadan inşa edilmişdir və həmin hissələrin nə X13ma, nə də X3 heç bir aidiyyatı yoxdur. Digər bir tərəfdən, Zaqatala Rayon İcra Hakimiyyətinin ixtiyarı olmamışdır ki, 1992-ci ildə inşa edilmiş özbaşına tikiliyə, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin digər mülkiyyətçilərinin (iddiaçı və X1) razılığı və məlumatı olmadan "Memarlıq planlaşdırma həlli" sənədini versin. İddiaçı məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdehdən daxil olmuş xx.xx.2024-cü il tarixli etiraz məktubda qeyd olunur ki, X10 2021-ci ilin iyul ayında Zaqatala rayonunun Çökəkoba kəndində yaşadığı fərdi yaşayış evinə artırılmış əlavə sahələrin qeydiyyata alınmasına razılıq verilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bununla əlaqədar ərizəçinin təqdim etdiyi sənədlər araşdırılmış, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX N20053144, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarışa və xx.xx.2012-ci il tarixli 562 inventar nömrəli texniki pasporta əsasən X10 və mərhum X4 birgə mülkiyyətində 0.07161 ha torpaq sahəsinin və ümumi sahəsi 30.1 kvm olan fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Z.Cindarovamn Rayon İcra Hakimiyyətinə müraciəti, təqdim etdiyi Çökəkoba kəndində mərhum əri ilə birgə mülkiyyətində olan torpaq sahəsindəki mövcud 1 mərtəbəli fərdi yaşayış evinə artırılmış əlavə sahələrin memarlıq planlaşdırma həlli və digər sənədlər nəzərə alınaraq mərhum əri Ə.Qədirovun mülkiyyətində olan yaşayış evinə artırılmış əlavə sahələrin qeydiyyata alınmasına etiraz olunmadığı barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə məktub ünvanlanmışdır. Üçüncü şəxs tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına əsasən 2013-cü ildək tikilmiş evlərin DƏDR-də qeydiyyata alınması üçün əsaslardan biri evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə olmasına dair sənəddir. Belə ki, üçüncü şəxs və Əfəndi 1991-ci ildə evlənmişdir. 2009-cu ilin oktyabr ayında boşanmışdır. Evin artırılma hissəsi yəni iddiaçının mübahisələndirdiyi hissə X6 və Əfəndinin birgə nikahı dövründə inşa edilmişdir. Yəni həmin evin həmin hissəsi 2004-2009-cu illərdə inşa edilmişdir. Məryəm 1992-ci ildə öldüyünə görə onun mülkiyyətinə torpaq sahəsi 1996-cı ildə verilə bilməzdi. Torpaq islahatı zamanı həmin həyətyanı X6 və Əfəndinin mülkiyyətinə verilmiş və bundan sonra evdə artırma edərək yaşayış şəraiti yaxşılaşdırılmışdır. 2013-cü ilədək inşa edilmiş evlərin qeydiyyata alınması üçün həmin evin yerləşdiyi torpaq sahəsinin sənədinin olması və icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında yazılması kifayət edirdi. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişlər.Üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən fərdi yaşayış evi İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olmuşdur.
3. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən fərdi yaşayış evi X6 ümumi birgə mülkiyyətində olmuşdur.
4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin xx.xx.2010-cu il tarixli məktubunun surəti.
5. A seriyalı 148098 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 nömrəli qərarı ilə X7 həyətyanı məqsədi ilə 719.13 kv.m torpaq sahəsi ayrılmış, X20 kitabında xx.xx.2012-ci il tarixli 247 nömrə ilə uçota alınmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4793/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsinin, 7 kv.m köməkçi tikilinin yerləşdiyi sahənin 28.0 kv.m hissəsinin yerləşdiyi ərazi Zaqatala şəhərinin inzibati hüdudlarının daxilində yaşayış məntəqələri torpaqlarına aid ölçüsü 0.0719 ha olmaqla həyətyanı məqsədilə fərdi yaşayış evlərinin tikintisi məqsədi üçün nəzərdə tutulan torpaq sahəsidir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri X10, İddiaçı, X1 xüsusi mülkiyyətinə işlənimşdir və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Mübahisələndirilən sahə ilkin texniki sənəddə icazəsiz artırmalar kimi qeyd olunmuşdur.Hazırda mübahisələndirilən sahə "Memarlıq planlaşdırma həlli" əsasında üçünçü şəxslərin adına verilmiş çıxarışda göstərilmişdir
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.İddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsasssızdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı cavadeh tərəfindən 18 saylı Zaqatala Ərazi İdarəsinə təqdim edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsindən ibarətdir. İş materiallarına əlavə olunan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən ümumi sahəsi 30,10 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi X1 xüsusi mülkiyyətindədir.Fərdi yaşayış evinin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin 2/4 hissəsi X6,hər birinin payı 1/4 hissə olmaqla qalan hissədə İddiaçı, ½ hissəsi X1 xüsusi mülkiyyətində olmuşdur. X6 torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan xx.xx.2015-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki,xx.xx.1992-ci ildə vəfat etmiş X12 miras əmlakı 1961-ci ildə inşa olunmuş,Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 1 mərtəbəli,2 otaqlı,ümumi sahəsi 30,1 kv.m yaşayış,37.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarına əlavə olunan **********72-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən ümumi sahəsi 58,10 kv.m olan fərdi yaşayış evinin 30,1 kv.m hissəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi X1, 28,0 kv.m hissəsinin ½ hissəsi X4, ½ hissəsi isə X6 xüsusi mülkiyyətindədir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mübahisələndirilən Memarlıq planlaşdırma həlli fərdi yaşayış evinin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin ½ hissəsində inşa olunmuş fərdi yaşayış 28,0 kv.m hissəsi üzərində X9 və X6 hər birinin payı ½ hissədə olmaqla paylı mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuşdur. İlkin çıxarışlara əsasən müəyyən edilir ki, 1961-ci ildə inşa olunmuş,Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 1 mərtəbəli,2 otaqlı fərdi yaşayış evinin sahəsi 30,1 kv.m olmuşdur.Həmin evin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçiləri tərəfindən həmin hissədə ümumi sahəsi 28,0 kv.m olan fərdi yaşayış evi sonradan inşa edilmişdir. Memarlıq planlaşdırma həllinin verilməsi nəticəsində həmin inşa olunmuş (sonradan icazəsiz artırmalar) hissə üzərində X9 və X6 hər birinin payı ½ hissədə olmaqla paylı mülkiyyət hüququnun qeydə alınması həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mübahisələndirilən Memarlıq planlaşdırma həlli fərdi yaşayış evinin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin ½ hissəsində inşa olunmuş fərdi yaşayış 28,0 kv.m hissəsi üzərində X9 və X6 paylı mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. İcra hakimiyyətinin memarlıq-planlaşdırma həlli şəhərsalma və infrastruktur layihələrinin planlaşdırılması və həyata keçirilməsi ilə bağlı olan qərar və yanaşmaları əhatə edir. Bu həll tikinti və infrastruktur layihələrinin tənzimlənməsi məqsədini güdür. Bu baxımdan, memarlıq-planlaşdırma həlli, çıxarışların verilməsi üçün qanuni, texniki və inzibati əsasları təşkil edə bilir. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki,üçüncü şəxsə verilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
qərara aldı:
İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı və X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəyə malik köməkçi sahəsi isə 28,0 m2 hissəsi ilə bağlı X5 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə