Məhkəmə qərarları › İş №2-1(116)-950/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-950/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-950/2020 27.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “1973-1997-ci illərdə Ağdaş rayonu Aralbir kənd “Azərbaycan” kolxozunda işlədiyi 22 il 2 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci ildə Ağdaş rayon Aral Bir kəndində anadan olmuşdur. 1970- 1973-cü illərdə Dövlət X4 çilingər peşəsi üzrə təhsil almışdır. 1973-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kəndində sabiq “Azərbaycan” kolxozunda işləmiş, lakin əmək kitabçasında qeyd olunmamışdır. DSMF-nin Ağdaş rayon şöbəsinə əmək pensiyasına çıxmaq üçün müraciət etmiş, təhsil illərini və arxiv arayışını staja əlavə etməmiş və imtina vermişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1973-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd “Azərbaycan” kolxozunda işlədiyi 22 il 2 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2- ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi Qaydalarına ziddir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İşdə olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 20 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1973-1974, 1977-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd sabiq “Azərbaycan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Dövlət X5 Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli arayışından görünür ki, İddiaçı yaşa gorə əmək pensiyası almaq hüququ xx xxxxxx 2020ci ildə yaranmışdır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı Ağdaş rayon Aral Bir kənd sabiq “Azərbaycan” kolxozunda 1973-1997-ci illərdə işlədiyi 22 il 2 ay 22 gün, mübahisələndirilməyən sosial sığorta stajı 1970-1973-cü illərdə Peşə məktəbində təhsil aldığı və xx.xx.1973-xx.xx.1975-ci illərdə həqiqi hərbi xidmətdə olduğu illərdir. İddiaçı Ağdaş rayon Aral Bir kənd sabiq “Azərbaycan” kolxozunda 1973-1997-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edildikdə xx xxxxxx 2020-ci il tarixinə 27 il 0 ay 26 gün sosial sığorta stajı təşkil edəcəkdir. İşdə olan Dövlət X5 Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı adına Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 12.102.2020-ci il tarixli 20 saylı arayışın düzgünlüyü öz təsdiqini tapmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu, 085255 nömrəli diplomun təsdiqlənmiş surəti, SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 270 nömrəli arayışı, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli etirazı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1973-1974, 1977- 1997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd sabiq “Azərbaycan” adına kolxozda işlədiyi dövr Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 20 nömrəli arxiv arayışı və Dövlət X5 Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktı ilə öz təsdiqini tapır. İşdə olan Dövlət X5 Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli arayışından görünür ki, İddiaçı yaşa gorə əmək pensiyası almaq hüququ xx xxxxxx 2020ci ildə yaranmışdır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı Ağdaş rayon Aral Bir kənd sabiq “Azərbaycan” kolxozunda 1973-1997-ci illərdə işlədiyi 22 il 2 ay 22 gün , mübahisələndirilməyən sosial sığorta stajı 1970-1973-cü illərdə Peşə məktəbində təhsil aldığı və xx.xx.1973-xx.xx.1975-ci illərdə həqiqi hərbi xidmətdə olduğu illərdir. İddiaçı Ağdaş rayon Aral Bir kənd sabiq “Azərbaycan” kolxozunda 1973-1997-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edildikdə xx xxxxxx 2020-ci il tarixinə 27 il 0 ay 26 gün sosial sığorta stajı təşkil edəcəkdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X3” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1973-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd “Azərbaycan” kolxozunda işlədiyi 22 il 2 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə İddiaçı 1973-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd “Azərbaycan” kolxozunda işlədiyi 22 il 2 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar